Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə151/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   147   148   149   150   151   152   153   154   ...   166

436

CÜMHURİYYƏT QURUCULARI

ÜZEYİR 

HACIBƏYLİ



(1885 – 1948)

Ü

zeyir bəy Hacıbəyli 1885-ci ilin



 

sentyabrın 18-də Ağcabədidə 

anadan olmuş, uşaqlıq illəri isə 

Şuşada keçmişdir.

O, ilk təhsilini rus-türk məktəbində 

alıb. Sonradan Qori Müəllimlər Semina-

riyasında oxuyub.

Ü. Hacıbəyli musiqi təhsilini artırmaq 

məqsədi ilə Moskvaya gedib, orada Fi-

larmonik Cəmiyyətin musiqi kurslarında 

və Peterburq Konservatoriyasında təhsil 

alıb.


Ü.Hacıbəyli “Kaspi”, “Həyat”, “İrşad”, 

“Tərəqqi”, “Həqiqət”, “Azərbaycan” qəzet-

ləri ilə əməkdaşlıq edib və həmin mət-

buat orqanlarında “Filankəs”, “Üzeyir” və 

digər imzalarla yazılar çap etdirib.

Üzeyir bəy “Həqiqət” qəzetində, bir müddət isə “Azərbaycan” qəzetində re-

daktorluq edib.

Ü.Hacıbəyli 1908-ci ilin yanvarında Azərbaycanın musiqi tarixində ilk dəfə 

olaraq “Leyli və Məcnun” operasını tamaşaya qoyub.

O, müasir Azərbaycan musiqişünaslığının elmi əsasını qoyaraq çoxlu 

məqalələr yazıb, tədqiqatlar aparıb.

Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də Bakıda vəfat edib.




ÜZEYİR HACIBƏYLİ

437


 AZƏRBAYCAN CÜMHURİYYƏTİ 

HİMNİNİN MÜƏLLİFİ 

Azərbaycanın görkəmli ictimai xadimi, tanınmış bəstəkarı və publisisti Üze-

yir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ilin sentyabrın 18-də Ağcabədidə 

anadan olmuşdur. Onun uşaqlıq illəri isə Şuşada keçmişdir.

Ü.Hacıbəyli ilk təhsilini Şuşadakı ikisinifl i rus-türk məktəbində almışdır. Sonra 

o, Qori Müəllimlər Seminariasında oxumuşdur.

Üzeyir bəy hələ gənc yaşlarından musiqiyə böyük maraq göstərmişdir. 

Onun böyüdüyü Şuşa mühitinin zəngin musiqi ənənələri var idi.

Ü.Hacıbəylinin qardaşı C.Hacıbəyli “İlk Azərbaycan operası necə yaran-

dı?” məqaləsində bu haqda maraqlı məlumatlar vermişdir: “Qardaşım Üzeyirlə 

(o, məndən üç yaş böyükdür) gənc yaşlarımızdan musiqiyə maraq göstərdik. 

Qarabağın öz təbiəti, xüsusən, rəsm kimi çəkilmiş paytaxtı Şuşa lirika və poe-

ziya sahəsində romantizm və yaradıcı ilhamla bol idi. Ən istedadlı müğənni və 

sazəndələr əslən Qarabağdan olanlar idi... Bizim ana qohumları arasında dayıoğ-

lular, dayımız və digərləri daxil olmaqla 4 nəfər xanəndə, 3 tarçı isə hörmətli 

şəxslərin xahişi ilə məclislərdə çıxış edirdilər. 

Qardaşım Üzeyirlə mənim çox gözəl səsimiz vardı və tezliklə təcrübə əsa-

sında klassik musiqinin bütün incəliklərini öyrəndik...”

1

.

Ü.Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Cəbrayıl qə-



zasının Tuğ kəndində müəllimlik etdi. O, ilk yazılarını da buradan – Cəbrayıl qə-

zasından “Kaspi” qəzetinə göndərmişdir. Onun ilk göndərdiyi yazı 1904-cü ilin 

sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında bu başlıqda çap edilib: “Yazış-

ma. Cəbrayıl qəzasından (Müxbirimizdən)”

2

.

Ü.Hacıbəylinin Cəbrayıl qəzasından “Kaspi”yə göndərdiyi sonuncu yazı 



1905-ci ilin 13 yanvarında çap edilib.

Tuğ kəndində müəllimlikdən sonra Ü.Hacıbəyli 1905-ci ildə Bakıya qayıtdı. 

O, burada bir müddət “Bibiheybət”də çalışdıqdan sonra, “Həyat” və “İrşad” qəzet-

ləri ilə əməkdaşlıq etdi

3

.

Ü.Hacıbəylinin 1904-1920-ci illərdə (Sovet rejiminə qədər) çap edilən yazı-



ları haqqında məlumat belədir: 1) “Kaspi” qəzetində 10 məqalə (2 sentyabr 1904 

– 13 yanvar 1905; 2) “Həyat” qəzetində 5 məqalə və felyeton; 3) “İrşad” qəzetində 

1

 Д. Гаджибейли. Избранные. Б., 1993, с. 120.



2

 Ü.Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. B., 2009, s. 275.

3

 Üzeyir Hacıbəyov Ensiklopediyası. B., 2007, s. 216.




CÜMHURİYYƏT QURUCULARI

438


Ü.Hacıbəylinin redaktorluğu ilə nəşr edilən “Həqiqət” qəzeti. 

25 dekabr 1909-cu il.

     241 məqalə və felye-

ton (1905-ci ilin 28 

dekabrından – 1908-

ci ilin 24 iyununa qə-

dər); 4) “Tərəqqi” qə-

zetində 102 məqalə 

(1908-ci ilin 24 iyu-

nundan – 1909-cu 

ilin 28 sentyabrına 

qədər); 5) “Həqiqət” 

qəzetində 43 

məqalə (1909-cu ilin 

25 dekabrından – 

1910-cu ilin 9 mayı-

na qədər); 6) “Molla Nəsrəddin” jurnalında 1 məqalə (1911-ci il); 7) “Məktəb” jur-

nalında 1 məqalə (1911-ci il); 8) “İqbal” qəzetində 12 məqalə (1912-1913-cü illər); 

9) “Yeni İqbal” qəzetində 70 məqalə (1915-1917-ci illər); 10) “İttihad” qəzetində 2 

məqalə; 11) “Azərbaycan” (rusca) qəzetində 1 məqalə; 12) “Azərbaycan”(Azər-

baycan dilində) qəzetində 68 məqalə (1918-1920-ci illər).

Ü.Hacıbəyli 1909-cu ilin iyunun 28-dən oktyabrın 25-dək “Tərəqqi” qəzetində 

(Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra), 1909-cu ilin 25 dekabrından 1910-cu ilin ma-

yın 28-nə qədər “Həqiqət” qəzetində, 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 28 apre-

linə qədər (fasilələrlə) “Azərbaycan” qəzetində redaktor (müdir) olaraq çalışmışdır.

O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”,  “Ü.Hacıbəy-

li”, “Çı”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”.

Üzeyir bəy “Oradan-buradan”, “O yan, bu yan” başlıqları altında olan felyeton-

larına “Filankəs” imzası qoyurdu.

Ü.Hacıbəylinin 1920-ci ilə qədər iki kitabı nəşr edilmişdir: 1) “Hesab məsələlə-

ri”, 2) Türk-Rusi və Rusi-Türk lüğəti” (1907-ci il). Bu kitabın naşiri M.Ə.Rəsulzadə 

olmuşdur

4

.



Ü.Hacıbəyli 1920-ci ilə qədər olan fəaliyyətində “Leyli və Məcnun”dan başqa 

aşağıdakı operalarını yazmışdır: “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), 

“Şah Abbas və Xurşid banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915).

4

 Türk-Rusi və Rusi-Türk lüğəti (müəllif Üzeyir Hacıbəyov, naşiri Məhəmməd Əmin Rəsulzadə). 



B., 2013, s. 30.


Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə