Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə147/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   143   144   145   146   147   148   149   150   ...   166

CÜMHURİYYƏT QURUCULARI

424


nazir ola bilərdi”; “Xeyr, azəri türkləri vardır”; “Bilmirəm. Bu, ingilis komandanlığı-

nın biləcəyi bir şeydir”; “Azərbaycanın siyasəti türklərlə və Avropa hökumətləri 

ilə dostcasına yaşamağa bağlı idi”; “Azərbaycan bolşevik istilasına uğradı, hö-

kumət də təslim oldu”

30

.

Ş.Rüstəmbəyli mühacirətdə olduğu dövrdə siyasi cəhətdən də ağır həyat 



yaşamışdır. Onun 1920-1930-cu illərdəki mühacirət həyatında M.Ə.Rəsulzadəyə 

qarşı ziddiyyətli fikirləri özünü göstərmişdir. Xüsusən, Müsavat Partiyasının Xari-

ci Bürosunun üzvü olarkən çəkişmələr getdikcə dərinləşmiş və o, 1934-cü ildə 

M.Ə.Rəsulzadənin əleyhinə “Yıxılan bütlər” kitabını yazmışdır

31

. Buna cavab ola-



raq M.Ə.Rəsulzadə 1934-cü “Şəfibəyçilik” kitabını çap etdirmış, bu mövqeyi “Milli 

Azərbaycan hərəkatına qarşı şübhəli intriqalar” adlandırmışdı. 

Qeyd edək ki, mühacirət həyatının ağır şərtləri müəyyən məqamlarda hə-

min şəxsiyyətlər arasındakı münasibətlərə də təsirsiz ötüşmürdü.

Əlavə edək ki, Ş.Rüstəmbəyli mühacirətdə olduğu illərdə böyük siyasi fəal-

lıq göstərmişdir. 

M.Ə.Rəsulzadənin Polşa Dövlətinə təqdim etdiyi məlumatlarda Ş.Rüstəm-

bəylinin də adına Azərbaycan Milli Mərkəzinin 1-ci (1927-1928-ci illər) siyahısın-

da rast gəlmək mümkündür

32

.



M.Ə.Rəsulzadənin 1937-ci ilin 22 iyulunda Polşa Dövləti üçün hazırladığı 

“Azərbaycanın mühacirətdə olan məsul xadimləri” siyahısında Ş.Rüstəmbəylinin 

adı 15-ci sırada yazılaraq “Keçmiş Daxili İşlər Nazirinin müavini olaraq qeyd edil-

mişdir


33

.

Ş.Rüstəmbəyli də digər mühacirlər kimi ağır həyat yaşamışdır. Azərbay-



candan gedən mühacirlərin ona yardım etdiklərini və bunun nəticəsində 

Ş.Rüstəmbəylinin xırda təsərrüfatla, müəyyən qədər də ticarətlə məşğul oldu-

ğu faktı söylənilir. 1930-cu illərin sonlarından onun siyasi fəaliyyəti ilə bağlı mə-

lumatlar, demək olar ki, yoxdur. 

Ş.Rüstəmbəyli 1953-cü ildə dünyadan köçmüşdür. Məzarı İstanbuldakı Fəri-

köy qəbiristanlığındadır. 

30

 Ə.Cəmaləddin. Torlokyan davası: Behbud xan Cavanşirin qətli. B., 2007, s. 262.



31

 X.İbrahimli. Azərbaycan siyasi mühacirəti. B., 1996, s. 170.

32

 Из истории Азербайджанской эмиграции. М., 2011, с. 249-250.



33

 Yenə orada, s. 254.




425

CEYHUN HACIBƏYLİ

CEYHUN 

HACIBƏYLİ



(1891 – 1962)

A

zərbaycanın görkəmli ictimai-si-



yasi və mətbuat xadimi Ceyhun 

Əbdülhüseyn oğlu Hacıbəyli 

1891-ci ilin fevralın 3-də Şuşa şəhərində 

anadan olub. İbtidai təhsilini Şuşada, orta 

təhsilini isə Bakıda alıb.

C.Hacıbəyli 1908-ci ildə Ə.Hüseynza-

dənin müdir olduğu “Səadət” məktəbin-

də müəllim işləyib.

O, Peterburq Universitetinin hüquq 

fakültəsində bir il oxuduqdan sonra 

1909-cu ildə Fransaya gedib və Sorbon-

na Universitetində təhsil alıb.

1916-cı ildə Fransada təhsilini başa 

vurduqdan sonra Bakıya qayıdıb, “İttihad” 

və “Müsəlmanlıq” qəzetlərində redaktor 

olaraq çalışıb.

1918-ci ilin 28 mayında Azərbaycan istiqlalının elanından sonra C.Hacıbəyli 

Ş.Rüstəmbəyli ilə birlikdə “Azərbaycan” qəzetini nəşr edib (qəzet Azərbaycan di-

lində onun, rus dilində isə Ş.Rüstəmbəylinin redaktorluğu ilə çıxıb).

1919-cu ilin yanvarında C.Hacıbəyli Azərbaycan Nümayəndə Heyətinin tər-

kibində məsləhətçi kimi həmin il keçiriləcək Versal Sülh Konfransında iştirak et-

mək üçün Parisə yola düşüb.

1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal 

edildiyindən bir daha vətənə qayıda bilməyib.

C.Hacıbəyli 1962-ci ilin oktyabrın 22-də Parisdə vəfat edib.



CÜMHURİYYƏT QURUCULARI

426


“AZƏRBAYCAN” QƏZETİNİN REDAKTORU

Tanınmış ictimai-siyasi xadim olan Ceyhun Hacıbəyli Azərbaycanın icti-

mai-siyasi fikir tarixində mühüm yer tutmaqdadır. O, həm də Azərbaycanın bö-

yük bəstəkarı Ü.Hacıbəylinin doğma qardaşıdır.

C.Hacıbəyli 1891-ci ilin fevralın 3-də Şuşada anadan olmuş və ibtidai təh-

silini tanınmış jurnalist və incəsənət xadimi Haşım bəy Vəzirovun (1866-1926) 

müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda almışdır

1

.



1908-ci ilin yanvarın 12-də H.Z.Tağıyev teatrında Ü.Hacıbəylinin “Leyli və 

Məcnun” operası tamaşaya qoyuldu. Tamaşada iştirak edən Ceyhun bəy İbn-Sə-

lam rolunu oynayırdı.

C.Hacıbəylinin musiqi istedadı olsa da, bu sahə ilə məşğul olmamışdır.

C.Hacıbəyli orta təhsilini Bakıda tamamladıqdan sonra qardaşı Üzeyir bəylə 

Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində müəllim vəzifəsin-

də çalışmışdır.

Sonradan C.Hacıbəyli milyonçu M.Muxtarovun (1855-1920) vəsaiti ilə Pe-

terburq Universitetinin hüquq fakültəsində oxumuşdur. Bu universitetdə təhsil 

aldıqdan sonra 1909-cu ilin yayında Fransanın paytaxtı Parisə getmiş, Sorbonna 

Universitetində və Siyasi Biliklər məktəbində oxumuşdur.

Fransada oxuduğu illərdə o, Fransa mətbuatında “Leyli və Məcnun” operası 

ilə bağlı çıxış etmiş, Avropa ictimaiyyətini məlumatlandırmışdır.

C.Hacıbəylinin bu dövrdə nəşr edilən “Revyü dyu Mond Myuzulman” jurna-

lında müxtəlif mövzuda yazıları çap olunmuşdur.

C.Hacıbəyli 1916-cı ildə Parisdə təhslini başa vurduqdan sonra Bakıya qayıt-

mış və “Kaspi” qəzetində çoxlu sayda məqalələr çap etdirmişdir (“Kaspi”, №18, 22, 

24, 28, 34, 1917-ci il).

1917-ci ildə Rusiyada baş verən Fevral-Burjua inqilabından sonra C.Hacıbəyli 

rus dilində nəşr edilən “İttihad” və “Müsəlmanlıq” qəzetlərinin redaktoru olmuş-

dur.

1918-ci ilin mayın 28-də Azərbaycan Cümhuriyyəti yarandıqdan 

sonra C.Hacıbəyli yeni formalaşmaqda olan dövlətin təbliğat sisteminin 

əsasını qoyanlardan biri oldu. 1918-ci ilin sentyabrın 15-dən onun və 

Ş.Rüstəmbəylinin redaktorluğu ilə birlikdə iki dildə – Azərbaycan və rus 

dillərində çap olunan “Azərbaycan” qəzeti nəşr edilməyə başladı.

1

 M. Əliyev. Ceyhun Hacıbəyli. “Odlar Yurdu” qəzeti, №20, oktyabr 1988.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə