Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə148/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   144   145   146   147   148   149   150   151   ...   166

CEYHUN HACIBƏYLİ

427


Bu qəzetin nəşri haqqında        

C.Hacıbəyli oğlu ilə.

 

C.Hacıbəyli 1951-ci ildə Almani-



yanın Münhün şəhərində Ə.F.Dü-

dənginskinin redaktorluğu ilə 

Azərbaycan və rus dillərində nəş-

rə başlayan (ilk sayı Azərbaycan 

və rus dillərində qarışıq çap olun-

muşdu) “Azərbaycan” jurnalında 

yazırdı: “Məqsədimiz milli birliyi 

qurmaqdır və birlik mühacirətdə 

başlamalıdır. Bütün azərbaycanlı-

ları bilaistisna bu birliyə dəvət 

edirik. Zatən “Azərbaycan” başlan-

ğıcda həmən birliyin simvolu idi. 

“Azərbaycan” milli bir orqan idi və 

feilən rəsmi hökumət məhafilinin 

(heyətinin) rəy və mülahizatını iz-

har edəcəyinə, kəndi (öz) yolunu 

sərbəstcəsinə cızıb kəndi öz qə-

naətini bəyan edərdi. 



Bu xüsusda vaxtında nəş-

riyyat işləri ilə məşğul nazirlə-

rimizdən rəhmətlik Nəsib bəyin geniş nəzərliyini, təbiətinin nazikliyini və ona 

məxsus qiraətini (məlumatlılığını) hörmətlə analım. Kəndisi (özü) firqəsi olduğu 

halda, hökumətin rəsmi orqanını firqəsi olmayan bir şəxsə həvalə etməsi həddi 

zatında simvolik bir jest idi. Onun üçün millət firqənin önündə gəlirdi”

2

.



“Azərbaycan” qəzetinin ilk sayı 1918-ci ilin sentyabrın 15-də Gəncədə 

Yelizavetpol qubernatorunun mətbəəsində çap edildi

3



“Azərbaycan” qəzetinin redaksiyası Gəncədə “Bulatov” küçəsindəki 



26 saylı evdə yerləşirdi

4

“Azərbaycan” qəzetinin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində, 

eyni sayda, A-2 formatda çap edilmişdir. Qəzetin rus variantı müəyyən istisnalar 

olmaqla, Azərbaycan nüsxəsindən materialların tərcüməsi olaraq çap edil

2

 A. Paşayev. Açılmamış səhifələrin izi ilə. B., 2001, s. 3-4.



3

 Yenə orada, s. 102.

4

A. Rüstəmli. “Azərbaycan” qəzetinin Gəncə dövrü. “Azərbaycan” – 90. B., 2008 , s. 320.




CÜMHURİYYƏT QURUCULARI

428


C.Hacıbəylinin redaktorluğu ilə nəşr 

edilən “Azərbaycan” qəzeti. 1918-ci il.

  mişdir. Qəzetin ilk sayında redaktor imzası 

yerində “Heyəti-Təhriyə” (Redaksiya Heyəti) 

yazılmışdır.

Qəzetin birinci sayında Azərbaycan və 

rus dillərində nəşr edilən “Bakının süqutu” 

yazılarında Qafqaz İslam Ordusunun ko-

mandiri Nuru Paşanın Bakının azad olun-

ması haqqında teleqramı çap edilmişdi.

Bakının alınması münasibəti ilə Azər-

baycan Nazirlər Şurasının Sədri F.X.Xoys-

kinin Nuru Paşaya cavab teleqramı da elə 

həmin sayda dərc edilmişdi.

İlk sayda şair M.Hadinin türk əsgərinin 

şücaətinə həsr etdiyi “Türk nəğməsi” şeiri, 

“Müharibə meydanında”, “Gəncə xəbərlə-

ri”, “Azərbaycan hökumətinin qərarları”, ay-

rı-ayrı nazirliklərin əmrləri, Daxili İşlər naziri 

Behbud xan Cavanşir tərəfindən imzalan-

mış elanlar da verilmişdi

5

.

Qəzetin rus dilindəki səhifələrində də 



Hökumətin qərarları, Bakının alınması ilə bağlı xəbərlər, Nuru Paşa və F.X.Xoyski-

nin təbrikləri, Gəncə xəbərləri, xronika və s. çap olunmuşdur.

Qəzetin ilk saylarında redaktor imzaları olmasa da, yazıların toplanılmasın-

da, çapa hazırlanmasında C.Hacıbəyli və Ş.Rüstəmbəylinin xidmətləri böyükdür. 

“Azərbaycan” qəzetinin 2-ci sayı sentyabrın 19-da, üçüncü sayı sen tyabrın 22-

də rus dilində çap olunmuşdur. Qəzetin sentyabrın 25-də Gəncədə sonuncu 

– 4-cü sayı çıxmışdır (üç səhifə rus, bir səhifə isə Azərbaycan dilində). 

“Azərbaycan” qəzetinin Bakıda ilk (ümumi sayı 5-ci) sayı 1918-ci ilin oktyabrın 

3-də, rus dilində oktyabrın 7-də işıq üzü gördü.

“Azərbaycan” qəzeti Bakıda hər iki dildə müstəqil nəşr edilməsinə baxmaya-

raq, 6-cı saya qədər Azərbaycan, 5-ci saya qədər isə rus dilində “Heyəti-Təhriyə” 

imzası ilə çap olunub. Qəzet yalnız 6-cı saydan Azərbaycan, 5-ci saydan isə rus 

dilində “Mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli” imzaları ilə 

nəşr edilib

6

.

5



 A. Paşayev. Açılmamış səhifələrin izi ilə. B., 2001, s. 103.

6

 Yenə orada, s. 105.




CEYHUN HACIBƏYLİ

429


1918-ci ilin noyabrından qəzet Azərbaycan dilində C.Hacıbəylinin, rus dilin-

də isə Ş.Rüstəmbəylinin redaktorluğu ilə nəşrini davam etdirib.

“Azərbaycan” qəzeti noyabrın 28-dən “Müdiri Ceyhun Hacıbəyli”, noyabrın 

29-dan isə “Müdir və baş mühərriri Ceyhun Hacıbəyli”, noyabrın 29-dan rus di-

lində çıxan sayından isə “Qəzet redaktoru Şəfi bəy Rüstəmbəyli” imzası ilə nəşr 

olunurdu.

C.Hacıbəylinin redaktorluğu dövründə “Azərbaycan” qəzetinin 88-ci sayı çap 

olunmuşdu. Bu saylarda Azərbaycanla, dünya, region ölkələri ilə bağlı yazılara 

rast gəlmək mümkündür. Qəzetin səhifələrində Azərbaycan Milli Şurasının fəa-

liyyəti, 1918-ci ilin dekabrın 7-dən işə başlayan Azərbaycan Parlamentinin iclas-

ları geniş işıqlandırılmışdır.

Qəzetdə C.Hacıbəyli “C.Dağıstani” imzası ilə “Tarixi gün” (Bakının qurtuluşuna 

həsr edilmiş) adlı məqalə çap etdirmişdi. O, Yazırdı: “8 zilhiccə – 15 eylülün (15 

sentyabrın – red.) bütün türk və islam aləminin ən səadətli, ən şövkətli gün-

lərindən ibarət olacağı şübhəsizdir... Bimihil-kərim, düşmənlər öz maraqlarına 

yetmədilər, məyus oldular. Türkün qəhrəman oğulları öz istedadlarını, öz rəşa-

dətlərini, özlərinin yaşamaq üçün ölməyə hazır olmalarını bütün aləmin gözünə 

çırpdılar və bununla böylə yüz illərcə başqalarının təxti-təzyiqində əzilən mil-

yonlarca dindaş və millətdaşlarımıza böyük-böyük ümidlər bəxş etdilər”

7

.



1919-cu ilin dekabrın 28-də Azərbaycan hökuməti Parlamentin Ağsaqqallar 

Şurası üzvlərinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün nümayən-

də heyətinin tərkibini müəyyənləşdirdi və C.Hacıbəyli də oraya daxil edildi.

C.Hacıbəyli Sülh Konfransına getməsi ilə bağlı qəzetin 1919-cu il 9 yanvar 

tarixli 83-cü sayında yazırdı: “Möhtərəm qarelərimizə” (oxucularımıza – red.) 

“Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəni 

qəzetimizin müdiri sifətiylə ifaya məşğul ikən vətən övladlarının xahiş və əm-

rinə məti olaraq, Cahan Sülh Konfransına göndərilməklə öhdəmə daha ağır və 

məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü”

8

.



“Azərbaycan” qəzeti C.Hacıbəylinin redaktorluğu ilə sonuncu dəfə 1919-cu 

ilin yanvarın 15-də (88-ci sayı) çap edildi.

Bu, C.Hacıbəylinin Azərbaycanda son fəaliyyəti oldu və o, bir daha vətənə 

qayıda bilmədi. Bu haqda isə sonradan 1951-ci ildə mühacirətdə nəşr etdiyi 

“Azərbaycan” jurnalında bu sözləri yazacaqdı: “Bundan 32 il əvvəl idarə etdiyim 

milli “Azərbaycan” qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək yeni bir və-

7

 “Azərbaycan” qəzeti, 3 oktyabr 1918, №5.



8

 A. Paşayev. Açılmamış səhifələrin izi ilə. B., 2001, s. 106.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə