Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə142/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   138   139   140   141   142   143   144   145   ...   166

CÜMHURİYYƏT QURUCULARI

410


DAXİLİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ.

“AZƏRBAYCAN” QƏZETİNİN (RUS DİLİNDƏ) 

REDAKTORU

Şəfi bəy Rüstəmbəyli (Rüstəmbəyov) 

1893-cü ildə Ağdaş qəzasının Məmmədli 

kəndində anadan olmuşdur (qeyd edək ki, 

vaxtilə Ağdaş, Göygöl, Qəbələ rayonlarının 

ərazisi Ərəş mahalında birləşmişdi). Orta 

təhsilini Gəncədə klassik gimnaziyada aldıq-

dan sonra 1911-ci ildə Kiyev Universitetinin 

hüquq fakültəsində oxumuşdur. Burada o, 

Azərbaycan Həmyerliləri Cəmiyyətinin baş-

çılarından və fəal üzvlərindən biri olmuşdur. 

Həmin dövrdə Kiyev Universitetinin tibb fa-

kültəsinin tələbəsi Mir Əbülfət xan Talışlı Cə-

miyyətin sədri, Xəliyulla Yenikeyev müavini

Ş.Rüstəmbəyli isə cəmiyyətin xəzinədarı 

seçilmişdi

1

.

O, Ümumrusiya Müsəlman Gəncləri 



Qurultayının keçirilməsi üçün “Qaydalar toplusu”nun (nizamnaməsinin) hazır-

lanmasında da fəallıq göstərmişdir.

Müsəlman gənclərinin qurultayını keçirmək ideyası 1912-ci ildə Stolıpinin 

ölümündən sonra yaranmışdı və bu fikrə əsas dəstək verən Rusiya Dövlət Du-

masında Müsəlman Fraksiyasının katibi İbniamin Əhtyamov idi. O, bu məqsədi 

ilə müsəlman ziyalılarını birləşdirmək istəyirdi. O, bununla əlaqədar Kiyevə gəlib 

Rusiya Müsəlman Gəncləri Qurultayının təşkili ilə bağlı tədbirlər görməyə başla-

dı. 1913-cü ilin aprelin 16-17-də qurultayın keçirilməsi planlaşdırılsa da, baş tut-

madı. Polislər tədbirin keçirilməsinə imkan vermədi və Ş.Rüstəmbəyli də daxil 

olmaqla komissiya üzvləri həbs olundu və bir aydan sonra azadlığa buraxıldılar.

Ş.Rüstəmbəyli universitetdə təhsil aldığı müddətdə Y.V.Çəmənzəminli tərə-

findən yaradılan Müsəlman Demokratik Partiyası – Müsavatın Kiyev şöbəsi ilə 

əməkdaşlıq edirdi.

Ş.Rüstəmbəyli Kiyevdə təhsilini başa vurduqdan sonra 1916-cı ildə Gəncəyə 

qayıdıb iki ilə qədər hüquqşünas olaraq fəaliyyət göstərdi. 1917-ci ilin aprelin 

1

 İ.Əliyeva. Məsləkinə sadiq böyük mücahid. “Azərbaycan” qəzeti, 22 iyul, 2015.



Ş.Rüstəmbəyli (sağda).


ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ

411


15-20-də Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayında, həmin ilin mayın-

da Moskvada keçirilən Rusiya Müsəlmanları Qurultayında yaxından iştirak etdi.

O, 1917-ci ildə rəsmi olaraq Müsavat Partiyasının üzvü oldu. 1917-ci ilin iyu-

nunda Bakıda Müsəlman Demokratik Partiyası – Müsavatla Türk Ədəmi-Mərkə-

ziyyət Partiyası birləşdi. Hər iki birləşmiş partiyanın 8 nəfərdən ibarət Mərkəzi 

Komitəsi yaradıldı. Həmin komitəyə Ş.Rüstəmbəyli də daxil oldu

2

.

Ş.Rüstəmbəyli 1918-ci ilin fevralında formalaşan Zaqafqaziya Seymindəki 



müsəlman fraksiyasının üzvlərindən də biri idi

3

.



1918-ci ilin martında Zaqafqaziya Seymi ilə Osmanlı Türkiyəsi arasın-

da Trabzon danışıqları başladı. Burada səslənən tələblərdən biri Zaqafqa-

ziyanın bolşevik Rusiyasından asılılığına son qoyulması və müstəqilliyinin 

elan edilməsi idi. Bu danışıqlarda Türkiyə nümayəndələri Seym üzvlərindən 

müstəqil dövlətin yaranması haqqında bəyannamələr təqdim etməyi xahiş 

edirdilər.

Qeyd edək ki, Zaqafqaziya Seymindəki gürcü və erməni nümayəndələri So-

vet Rusiyası ilə bağlanan Brest-Litovsk müqaviləsinə əsasən Qars, Ərdəhan və 

Batumun Türkiyəyə verilməsini qanunsuz sayırdı.

Zaqafqaziya hökuməti adından Türkiyəyə müharibə elan edilməsinə mü-

nasibətdə seymdəki Müsəlman fraksiyası  arasında fikir müxtəlifl iyi vardı. Müsa-

vat Partiyası, Partiyasızlar qrupu və İttihad nümayəndələri Türkiyənin tələbləri 

mövqeyində dayanırdı. Müharibə əleyhinə olan qətnaməni seymdə oxumaq 

isə Ş.Rüstəmbəyliyə həvalə edilmişdi

4

.

1918-ci ilin aprelin 22-də Zaqafqaziya Seymi tərəfindən Zaqafqaziya 



Demokratik Federativ Respublikası yaransa da, həm milli zəmində, həm 

də daxili və xarici siyasi maraqlar çərçivəsində olan ziddiyyətlər onun 

parçalanmasına gətirib çıxardı.

Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də Azərbaycan istiq-

laliyyətini elan etmək məqsədi ilə Seymin bütün müsəlman nümayən-

dələrinin toplantısı keçirildi. Azərbaycan Milli Şurası yaradıldıqdan sonra, 

mayın 28-də isə Azərbaycan istiqlalı elan edildi .

Azərbaycan İstiqlal Bəyannaməsini imzalayanlar sırasında Ş.Rüstəm-

bəyli də vardı.

2

 А.Балаев. Мамед Эмин Расулзаде. – М., 2009, с. 70-72.



3

 Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan milli şurası iclaslarının protokolları 

1918-ci il. Протоколы заседаний мусульманских фракций закавказского Сейма и Азербайд-

жанского национального совета 1918 г. B., 2006, s. 2.

4

 Yenə orada, s. 3.




CÜMHURİYYƏT QURUCULARI

412


Azərbaycan İstiqlal Bəyannaməsi 6 maddədən ibarət idi və orada dövlətin idarə 

formasının Xalq Cümhuriyyəti olaraq mövcudluğu qeyd olunurdu. 

O, Azərbaycan Cümhuriyyəti dövründə parlamentin üzvü, Daxili İşlər Nazir-

liyində Dəftərxana müdiri, Daxili İşlər nazirinin müavini (1920-ci ilin martından), 

“Azərbaycan” qəzetinin (rus dilində) redaktoru, Qaçqınlara Yardım Heyətinin rəisi 

vəzifələrində çalışmışdır. 



Ş.Rüstəmbəylinin fəaliyyətinin əsas bir dövrü onun “Azərbaycan” qə-

zetinin redaktoru vəzifəsində çalışması ilə bağlıdır. 

Qeyd edək ki, 1918-ci ilin əvvəllərində Gəncədə “Azərbaycan” adlı hö-

kumət qəzetinin nəşri haqqında qərar qəbul edildi. Qəzetin “Azərbaycan” 

adını daşımaqda məqsədi yeni yaranmış cümhuriyyətin Azərbaycan və 

rus dillərində nəşr ediləcək qəzet vasitəsi ilə təbliğatının aparılması idi

5



Qəzetin Gəncədə çıxan 4 sayı rus və Azərbaycan dillərində “heyəti-təh-

riyə” (“redaksiya heyəti”) imzası ilə yayımlanmışdır.

Bakıda qəzetin Azərbaycan dilində ilk (ümumi sayca beşinci) sayı 1918-ci ilin 

oktyabrın 3-də, rus dilində isə oktyabrın 7-də çap olundu. Altıncı saydan Azər-

baycan, beşinci saydan rus dilində qəzet: “Mühərrirləri: Ceyhun bəy Hacıbəyli və 

Şəfi bəy Rüstəmbəyli” imzaları ilə çıxdı. 1918-ci ilin noyabrın 28-dən Azərbaycan 

dilində olan qəzet C.Hacıbəylinin, rus dilində olan qəzet isə Ş.Rüstəmbəylinin 

redaktorluğu ilə nəşr olundu. Bu qəzetlər bir-birinin təkrarı olmayıb, müxtəlif 

yazılar çap edirdi

6

.

“Azərbaycan” – ictimai-siyasi, ədəbi-bədii qəzet idi. O, yarandığı gündən 



vətənpərvərliyin, mədəniyyətin təbliğat kürsüsünə çevrildi. İstər Gəncədə, 

istərsə də Bakıda nəşr edildiyi dövrlərdə “Azərbaycan” dövrün görkəmli şəxsiy-

yətlərini, ictimai və siyasi xadimlərini ətrafına toplamağı bacarırdı. Qəzet müxtə-

lif yazılarla xalqın milli şüurunu inkişaf etdirməyə, oxucuları Azərbaycan dövlə-

tini sevməyə və onu qorumağa çağırırdı. Qəzet səhifələrində yerli xəbərlərlə 

yanaşı, beynəlxalq aləmdəki yeniliklər də məzmunlu şəkildə işıqlandırılırdı. 

Azərbaycan  Hökumətinin fəaliyyəti qəzetin səhifələrində geniş müzakirə 

olunmaqla yanaşı, həmin işlərin görülmə səbəbi, xalqa faydası da oxuculara izah 

edilirdi. Qəzetdə bədii əsərlərdən, poema və şeirlərdən parçalar dərc olunur və 

bu da oxucuların zövqünün inkişafına müsbət təsir göstərirdi. Əsas məqsəd 

5

 A.Paşayev A. Açılmamış səhifələrin izi ilə. B., 2001, s. 102.



6

 Yenə orada, s. 105.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə