Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə139/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   135   136   137   138   139   140   141   142   ...   166

ƏLİAĞA ŞIXLİNSKİ

399


Azərbaycan Nazirlər Şurasının Sədri N.Yusifbəylinin 28 iyul 1919-cu il ta-

rıxli 339 saylı əmrinə əsasən Azərbaycan ordusundakı xidmətlərinə görə 

Ə.Şıxlinskiyə Tam artilleriya generalı rütbəsi verilmişdir.

1920-ci ildə Azərbaycanı işğal edən Rusiya bolşevikləri həmin ilin mayında 

Ə.Şıxlinskini də həbs etdilər. Onların Ə.Şıxlinskiyə qarşı ittihamları belə idi: “1) 

1917-1918-ci illərdə sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün hərbi 

hissələr yaratmaqda fəal iştirak etmişdir; 2) 1920-ci ildə qırmızı orduya qarşı cə-

bhə yaradılmasında ciddi-cəhd göstərmişdir; və s.”

2

Ə.Şıxlinski və S.Mehmandarov sonradan həbs şəraitində Moskvaya göndə-



rilmişdilər.

Ə.Şıxlinskinin həbsdən azad olunmasında (S.Mehmandarovla birlikdə) 

N.Nərimanovun 1920-ci ilin avqustun 1-də Leninə yazdığı məktubun da rolu 

olmuşdur.

1920-ci ilin sentyabrın 3-də Ə.Şıxlinski həbsdən azad edilmişdir.

O, bir müddət Moskvada qalmış, burada Ali Topçuluq məktəbində, sonra isə 

Peterburq Topçuluq Akademiyasında dərs demişdir. Bir il Rusiyada yaşadıqdan 

sonra Azərbaycana qayıtmış və 1926-cı ildə Bakıda rus, ərəb və latın əlifbası ilə 

“Rusca-Türkcə qısa hərbi lüğət” də nəşr etdirmişdir

3

.



Ə.Şıxlinski 1943-cü ildə Bakıda vəfat etmişdir.

2

 L. Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. II c. B., 2000, s. 177.



3

 Ş.Nəzirli. Güllələnmiş Azərbaycan generalları. B., 2006, s. 329.




400

CÜMHURİYYƏT QURUCULARI

HƏBİB BƏY 

SƏLİMOV 


(1881-1920)

AZƏRBAYCAN ORDUSUNUN

BAŞ QƏRARGAH RƏİSİ

 

H



əbib bəy Səlimov 1881-ci il fev-

ralın 8-də İrəvanda doğulub. İlk 

təhsilini İrəvan Müəllimlər Se-

minariyasında alıb. O, 1900-cü ilin avqus-

tunda 156-cı Yelizavetpol (Gəncə) süvari 

alayında xidmət edib. 1902-ci ildə Tbilisi-

də Hərbi Süvari məktəbini bitirəndən 

sonra Üçüncü Qafqaz Atıcı batalyonun-

da xidmətə başlayıb. H.Səlimov Peter-

burqda Baş Qərargahın Nikolayev Hərbi 

Akademiyasını bitirib.

H.Səlimova Azərbaycan Cümhuriy-

yətinin Hərbi naziri, tam artilleriya gene-

ralı Səməd bəy Mehmandarovun 26 fev-

ral 1919-cu il tarıxlı 30 nömrəli əmri ilə 

general-mayor rütbəsi verilib. O, 1920-ci 

ilin martında “Əsgəran müharibəsi” adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır.

1919-cu ilin iyul ayında briqada generalı H.Səlimovun komandanlığı ilə Mu-

ğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən mala-

kan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Muğan və Lənkəranı 

ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin 

edilmişdir.




HƏBİB BƏY SƏLİMOV 

401


H.Səlimovun milli Azərbaycan Or-      

H.Səlimovun imzası olan sənəd.

17 dekabr 1918-ci il.

dusunun formalaşdırılmasında da bö-

yük tarixi xidmətləri vardır. Hələ 1918-ci 

ilin avqustunda Qafqaz İslam Ordusu ko-

mandanı Nuru paşanın əmri ilə Azər-

baycan korpusu yenidən qurulmağa 

başlayanda hərbi təcrübəsinə və bili-

yinə görə o, bu korpusun qərargah rəisi 

təyin edilmişdir

4

.



1920-ci ildə Azərbaycan Rusiynın XI 

ordusu tərəfindən işğal edildikdən son-

ra bolşeviklər general H.Səlimovu 1920-

ci il dekabrın 30-da güllələdilər.

4

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005, s. 341.




402

CÜMHURİYYƏT QURUCULARI

M.ŞEYXZAMANLI, 

N.ŞEYXZAMANLI 

ƏKSİNQİLABLA MÜBARİZƏ TƏŞKİLATININ 

RƏİSLƏRİ


A

zərbaycan Cümhuriyyəti dövründə Əksinqilabla Mübarizə Təşkilatının 

ilk rəisi olan Məmmədbağır Şeyxzamanlı 1881-ci ildə Gəncədə anadan 

olub. O, Gəncənin Şeyxzamanlılar nəslindəndir. M.Şeyxzamanlı Difai 

Partiyasının Gəncə şöbəsinin yaranmasında fəal iştirak etmişdir. O, Gəncə Şəhər 

Dumasının üzvü seçilmiş və Müsavat Partiyasının sıralarına daxil olmuşdur.

M.Şeyxzamanlı 1919-cu ilin iyununda yaradılmış Dövlət Müdafiə Komitəsi 

Sədrinin (sədr N.Yusifbəyli idi – red.) əmri ilə Əksinqilabla Mübarizə Təşkilatının 

rəisi təyin olunmuş, dövlətin təhlükəsizlik xidmətinin formalaşmasında, xarici və 

daxili düşmənlərdən qorunmasında önəmli xidmət göstərmişdir.

1919-cu ilin avqustun 20-də o, öz xahişi ilə vəzifəsindən azad edilmiş və bu 

vəzifəyə onun kiçik qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdur. O, bu və-

zifəni 1919-cu ilin avqustun 20-dən 1920-ci ilin martın 6-na qədər icra etmişdir.

N.Şeyxzamanlı 1883-cü ildə Gəncədə anadan olub. İlk təhsilini Gəncə gim-

naziyasında alıb. O, Difai Partiyasının Gəncə Şöbəsinin Gənclik Təşkilatının, Mü-

savat Partiyasının üzvü idi.

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal 

edildikdən sonra N.Şeyxzamanlı Gəncəyə, daha sonra Tifl isə, oradan isə İstan-

bula getmişdir.

Türkiyədə yaşadığı illərdə N.Şeyxzamanlı “Keykuran” soyadını götürmüş və 

müxtəlif qəzetlərdə, jurnallarda yazılar çap etdirmişdir.

N.Şeyxzamanlı 1967-ci ildə İstanbulda vəfat etmişdir.




403

M.ŞEYXZAMANLI, N.ŞEYXZAMANLI



Məmmədbağır Şeyxzamanlı

(1881-1920)

Nağı Şeyxzamanlı

(1883-1967)

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edil-

dikdən sonra M.Şeyxzamanlı ilk günlərdə həbs olunub, XI Ordunun Xüsusi şö-

bəsi tərəfindən güllələnmişdir

1

.

1



 Nağı Şeyxzamanlının xatirələri. B., 1997, s. 262-263.


Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə