Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə138/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   134   135   136   137   138   139   140   141   ...   166

CÜMHURİYYƏT QURUCULARI

396


qərarı əsasında respublikanın bir çox rayonlarında daimi milislərin (polislərin – 

red.) təşkilinə başlanılması qeyd olunurdu

7



Azərbaycan Cümhuriyyəti dövründə Ermənistanla sərhəd ərazilərdə, 



Naxçıvanda, Dağlıq Qarabağda və Muğan bölgələrində hərbi əməliyyat-

ların hazırlanıb həyata keçirilməsində, yeni yaranmış dövlətin ərazi bü-

tövlüyünün qorunmasında M.Sulkeviç yaxından iştirak edirdi.

1919-cu ilin 7 iyulunda Azərbaycanın Hərbi naziri S.Mehmandarovun və 

Baş Qərargah rəisi M.Sulkeviçin imzaladığı, Baş Nazir N.Yusifbəyliyə ünvanlanan 

raportda Denikin qüvvələrinin fəallaşdığı şəraitdə Xaçmaz istiqamətinin və er-

mənilərin təhlükə yaratdıqarı Qarabağ və Gəncəbasar bölgələrinin nəzarətsiz 

saxlanılmaması qeyd olunurdu.



M.Sulkeviçin Qarabağın general-qubernatoru X.Sultanova 7 sentyabr 

1919-cu il tarixində göndərdiyi məktubda ermənilərin Qarabağın tam 

şəkildə itirilməsi ilə barışa bilməyəcəyi, bunun üçün bütün imkanlardan 

istifadəyə çalışacağı bildirilirdi. Bununla əlaqədar o, ermənilərə nəzarət 

məqsədi ilə Xankəndindəki, gələcəkdə isə Gorusdakı qarnizonları tam 

tərkibdə öz yerlərində saxlamağı tələb edirdi.

M.Sulkeviç yerli əhali arasında olan bacarıqlı, döyüşkən ruhlu insanlardan 

piyada və süvari partizan dəstələrinin təşkil olunmasını da vacib sayırdı. Onun 

təklifinə görə, 20-40 yaşlı sakinlərdən ibarət olan 4 batalyon yaradıb onlardan 

ərazilərin müdafiəsində istifadə edilməli idi. 

M.Sulkeviçin və digər Azərbaycan generallarının səyi ilə güclü bir ordunun 

formalaşdığı dövrdə Rusiya bolşevikləri 60 minlik (bəzən 70 min də göstərilir) 

hərbi qüvvələrlə Azərbaycanı işğal etdilər.

Azərbaycanın işğalının ilk günlərindən ordu generallarını həbsə almağa 

başladılar. M.Sulkeviçi 1920-ci ilin mayın 8-də həbs etdilər. 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində M.Sulkeviçə 

məxsus olan PS-1746 saylı istintaq işi saxlanılır. Bu sənədlərdə onun adı Matvey 

olaraq qeyd olunub.

Məlum olur ki, M.Sulkeviçi RSFSR-in XI Ordusunun Hərbi İnqilabi Şurası ya-

nında Xüsusi şöbəsinin 438 saylı həbs vərəqi əsasında tutublar.

Həbs vərəqində onun 54 yaşının olduğu, Bakıda Telefonnı küçəsi-6, 10 saylı 

evdə yaşadığı və digər məlumatlar qeyd edilib

8

.



7

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 2894, s. 1, i.3, v. 141.

8

 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-17046 saylı M.Sulkeviçə 



aid istintaq işi, v. 1.


MASEY ALEKSANDROVİÇ SULKEVİÇ

397


Aydın  olur  ki,  həbs  müddətində         

M.Sulkeviçə aid olan istintaq işi.

M.Sulkeviçlə əlaqədar istintaq aparılma-

yıb. Həmin qovluqda 1920-ci ilin sent-

yabrında Moskvadan Ümumittifaq 

Fövqəladə Komissiyasının Xüsusi şöbə-

sindən göndərilmiş bir teleqramda Sul-

keviç haqda məlumat soruşulur. Həmin 

teleqramın üstündə karandaşla yazılıb: 

“güllələnib”

9

.



DTX-nin arxivində saxlanılan 17 iyun 

1920-ci il tarixli arayışda onun “əksinqila-

bi fəaliyyətdə” ittiham əsasında güllələ-

nib işinin arxivə verildiyi qeyd olunub

10

.

Bəzi tədqiqatlarda onun gül-



lələnərkən bu sözləri dediyi qeyd 

olunmaqdadır: “Xoşbəxtəm ki, 

Müsəlman Ordusunun zabiti kimi 

ölürəm!”

11

.

M.Sulkeviçin güllələnməsi ilə bağlı 



bir məlumat da Ş.Nəzirlinin “Güllələn-

miş Azərbaycan generalları” kitabında 

Bakıda bolşeviklərin həbs etdiyi Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyi 

Diplomatik Departamentinin Ümumi şöbəsinin müdiri Vyaçeslav Stanislavoviç 

Rudzinski tərəfindən belə təqdim olunur: “Xudahafizləşərkən o, tam yəqinliklə 

bildirdi ki, onu güllələməyə aparırlar. Özümüzün sağ qalacağımıza heç bir ümi-

dimiz olmasa da, ona təsəlli verirdik. Onu da qeyd etməliyəm ki, general özünü 

çox ləyaqətli və mərdanə aparırdı. Bir neçə gündən sonra qəzetlərdə “əksinqi-

labi fəaliyyətdə” ittiham olunanların güllələnməsi haqqında məlumatı oxuduq. 

Bu siyahıda general-leytenant Məmməd bəy Sulkeviçin familiyası da vardı”

12

.

9



 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-17046 saylı M.Sulkeviçə 

aid istintaq işi, v. 9.

10

 Yenə orada, v. 8.



11

 Ş. Nəzirli. Güllələnmiş Azərbaycan generalları. B., 2006, s. 64.

12

 Yenə orada, s. 66.




398

CÜMHURİYYƏT QURUCULARI

ƏLİAĞA 

ŞIXLİNSKİ



(1865 – 1943)

HƏRBİ NAZİRİN MÜAVİNİ

A

zərbaycanın görkəmli sərkər-



dəsi Əliağa Şıxlinski 1865-ci ilin 

aprelin 23-də Qazax qəzasının 

Qazaxlı kəndində anadan olub. Ə.Şıxlins-

ki 1876-1883-cü illərdə Tifl is hərbi gim-

naziyasında oxumuş və sonradan Peter-

burqdakı Mixaylov Artilleriya məktəbin-

də hərbi təhsil almışdır.

1902-ci ilə qədərki hərbi fəaliyyətin-

də o, “Müqəddəs Stanislav”, “Müqəddəs 

Anna” ordenləri ilə təltif edilmişdir

1

.

Ə.Şıxlinski 1904-cü ilin martında 



başlanan rus-yapon müharibəsində, 

Port-Arturun müdafiəsində böyük qəh-

rəmanlıqlar göstərmişdir.

Birinci Dünya müharibəsi başladıq-

dan sonra o, 1915-ci ilin sentyabrın 14-dən Ali Baş Komandanlığın qərargahında 

çalışmışdır.

1918-ci ilin mayın 28-də Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra Ə.

Şıxlinski Hərbi nazir S.Mehmandarovun müavini təyin olunmuşdur.

Azərbaycanda hərbin inkişaf etdirilməsində və torpaqların müdafiə olun-

masında Ə.Şıxlinskinin böyük xidmətləri olmuşdur.

1

 M. Əliyev. Əliağa Şıxlinski. “Odlar Yurdu” qəzeti, №23, dekabr 1988.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə