Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə140/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   136   137   138   139   140   141   142   143   ...   166

404

CÜMHURİYYƏT QURUCULARI

NURU PAŞA 

KİLLİGİL


(1889-1949)

QAFQAZ İSLAM ORDUSUNUN KOMANDANI

B

akının xilaskarı kimi tarixə daxil  



 

olmuş Nuru Paşa Killigil 1889-cu 

ildə Türkiyənin İstanbul şəhərin-

də anadan olub. Tanınmış hərbçi Ənvər 

Paşanın qardaşıdır. Hərbi məktəbdə təh-

sil alıb, buradan məzun olub. 1909-cu 

ildə 3-cü Orduda, 1910-cu ildə Sultan 

xidmətindəki piyada bölüyündə, 1912-ci 

ildə 1-ci Korpus Komandanlığında, 1914-

cü ildə isə Vyana hərbi attaşeliyində çalı-

şıb. 1915-ci ilin fevralından 1918-ci ilin 

əvvəllərinə qədər Afrika Grupları Baş Ko-

mandanı vəzifəsini icra edib. 1918-ci ilin 

yanvarın 3-də Qafqaz İslam Ordusu ko-

mandiri təyin edilərək general rütbəsi ilə 

həmin ilin mayında Gəncəyə gəlib. 

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Nuru 

Paşanın Gəncəyə gəlişini belə qeyd edirdi: “Cənubi Qafqaz nümayəndələri ilə 

türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər ta-

beliyində olan bir çox zabitlər – İran və Qarabağ istiqamətindən Gəncəyə daxil 

oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik 

təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk 

kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqlal Gəncə tarixində görünməmişdi”.



NURU PAŞA KİLLİGİL

405


Nuru Paşa 

Nuru Paşa zabitlər arasında.

 

Gən cəyə  gəldik-



dən sonra bura-

da və ətraf böl-

gələrdə olan 

müqavimət dəs-

tələrini təşkilat-

landırmağa baş-

ladı.

Nuru Paşa 



or du 

hissələrini 

q ü v     v ə t l ə n d i r -

mək üçün Gəncədə hərbi məktəb və qısa müddətli hərbi kurslar da təşkil etdi. 

Eyni zamanda, yaranmış Azərbaycan korpusuna bir neçə azəri türklərindən 

ibarət nizami alay, Dağıstan süvari alayı və bunlardan başqa, Azərbaycanın hər 

tərəfindən gələn arası kəsilməyən könüllülər də daxil olurdu. 

Bakıya qəti hücum protokolu hazırlanırdı. Bununla əlaqədar Qafqaz İslam 

Ordusunun komandiri Nuru Paşanın 9-10 sentyabrda verdiyi əmrdə bildirilirdi: “1. 

Bakıya qəti hücum üçün hazırlıq aparılacaq və bu hazırlıq haqqında 11.09.1918-

ci ildə, axşam saat 21-ə qədər mənə bildirəcəkdir. 2. İndiyə qədər Şərq cəbhə-

si komandanlığı əmrində olan 5-ci və 15-ci diviziyalarla cənub qrupu halında 

mənə tabe olacaqdır...”.

Həmin əmrdə digər qüvvələrin fəaliyyət istiqamətləri ilə yanaşı belə göstə-

riş də vardı: “5-ci diviziyanın Hacı Həsən-Ermənikənd istiqamətində, 15-ci divi-

ziyanın böyük bir hissəsi ilə Biləcəri-Ermənikənd istiqamətində, digər süvari və 

milislər Balaxanı-Sabunçu cəbhəsində Hövsandan Əhmədli və Keşlə üzərinə 

hücum edəcəklər. Azərbaycan qüvvələrinə aid zirehli qatar isə Heybət stansiya-

sı yaxınlığında Volçi-Vorotadakı düşməni məşğul edəcək”.

Sentyabrın 13-də axşam Qafqaz İslam Ordusu komandirinin “Sarıxaçlı kilsə 

istiqamətində irəli” – deyə orduya müraciət əmri verildi. Bu əmr Bakıya qəti hü-

cumun sentyabrın 14-də başlayacağını bildirirdi. 14 sentyabr səhər tezdən, hələ 

günəş çıxmamış xilaskar ordu Şubanı dağlarından enərək Yasamal yamaclarına 

çıxdı və əl bombaları ilə düşməni məhv edərək şəhərin girişində dayandı. Otuz 

altı saatlıq qanlı vuruşdan sonra bəyaz bayraqlı avtomobildə İran konsulu ilə 

bərabər döyüş yerinə gələn düşmənin Qərb cəbhəsi üzrə erməni komandiri 

şəhəri təslim etməyə hazır olduqlarını bildirdilər.



CÜMHURİYYƏT QURUCULARI

406


Bakı uğrunda döyüşlərdə 15-ci diviziyanın və 5-ci Qafqaz diviziyasının 800-

1000-ə qədər itkisi oldu. Döyüşlərdə şəhid olanların sayı isə 1100-1200 olaraq 

göstərilir. Rüşdü bəy öz xatirələrində yazırdı: “Beşinci Qafqaz Firqəsinin dörd ay 

yarımdan bəri Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və mər-

humların qanları ilə sulanan bu qardaş məmləkət torpaqları üzərində, Gəncədə, 

Göyçay, Ağsu-Şamaxı-Bakı şossesi yolu kənarında, Müsüslü-Kürdəmir-Kərar-Ha-

cıqabul-Bakı dəmir yolu boyunda, Qarabağda və Kür çayı sahillərində xalqın zi-

yarətgahına çevrilən bir çox məzarlara təsadüf olunur ki, iştə bunlar millətinin 

köməyinə gəlmiş Anadolu Məhmətciyinin mübarək məzarlarıdır. Əksər yerlər-

də məhmətciklə bərabər yatan azəri türkləri vardır”.

1918-ci ilin sentyabrın 15-də Bakı düşmənlərdən azad olundu.

Bakının azad edilməsi Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı.

1

.

Xilaskar türk əsgərlərinin Bakıya gəlişi hamını sevindirirdi. Türklərin gəlişinə 



şeirlər yazılır, mahnılar qoşulurdu. Tanınmış şair Abdulla Şaiqin yazdığı intizar və 

məhəbbət dolu misralar türklərin gəlişini gözləyən minlərlə azərbaycanlının 

ürəyindən idi:                            

Cümhuriyyət dövründə Bakını azad etmiş türk 

şəhidlərinə qoyulacaq abidə. Sovet işğalı bu 

abidənin açılışına imkan vermədi.

“Neçin böylə gecikdin! 

Sənsiz qəlbim qırıq, sönük,

Çeynənmiş, xırdalanmış.

Ömür şüşəm daşa dəymiş,

Həyatım parçalanmış...

...Başqasını istəməm də, ey türk,

Tez gəl, sən gəl, sən!”

Bakının azad edilməsi 

münasibəti ilə noyabr ayının 

10-da Yay klubunun zalında 

Nuru Paşanın şərəfinə böyük 

bir ziyafət verildi. Tanınmış 

bəstəkar və jurnalist Üzeyir 

Hacıbəyli bu münasibətlə 

yazırdı: “Nuru Paşa həzrətləri-

nin salona vürudu əsnasında 

musiqi orkestri tərənnümə 

1

 N. Yaqublu. Qafqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanda izləri. B., 2017, s.11.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə