Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə150/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   146   147   148   149   150   151   152   153   ...   166

CEYHUN HACIBƏYLİ

433


İkinci Dünya müharibəsi illərində C.Hacıbəyli Almaniyada Azərbaycan Milli 

Birlik Məclisinin yaradılmasında yaxından iştirak etdi və Ə.Şeyxülislamovla, Ə.F.

Düdənginski ilə birlikdə həmin təşkilatın rəhbərlərindən oldu.

Qeyd edək ki, Azərbaycan Milli Birlik Məclisi 1943-cü ilin noyabrında Berlin-

də Milli Azərbaycan Qurultayının keçirilməsində önəmli rol oynamışdı.

İkinci Dünya müharibəsindən sonra C.Hacıbəyli Azərbaycan mühacirlərinin 

fəallaşması istiqamətində çalışdı. Onun 1945-1950-ci illərin əvvəllərində tanın-

mış legioner və mühacir Ə.F.Düdənginski ilə yazışmaları bu mənada faydalıdır.

Onların arasında ilk yazışmalar 1947-ci ilin oktyabrın 10-dan başladı. Bu 

yazışmalarda bolşevizmə qarşı mübarizə məqsədi ilə ABŞ dövlətinin yaratdığı 

Amerikan Komitəsinin fəaliyyəti, Münhendə nəşr olunan “Azərbaycan” jurnalının 

fransız dilində çap edilməsi, Azərbaycan təşkilatları arasında fikir ayrılığının və 

müxtəlif yanaşmaların olması problemlərinə toxunulurdu

16

.



C.Hacıbəyli Sovet rejiminə qarşı aparılan “soyuq müharibə” dövründə də 

fəallıq göstərdi. O,1951-ci ilin noyabrında Almaniyanın Visbaden şəhərində ke-

çirilən konfransda Azərbaycanın təmsilçisi olaraq iştirak etdi.

1952-ci ildə ABŞ dövləti Sovet rejiminə qarşı təbliğat işini gücləndirmək 

məqsədi ilə Münhen şəhərində SSRİ-ni Öyrənmə İnstitutu yaratdı. Bu İnstitutun 

müxtəlif dillərdə “Dərgi” jurnalı çap olunurdu. C.Hacıbəyli həmin İnstitutla sıx 

əməkdaşlıq edirdi. Bunun nəticəsi idi ki, həmin institut 1959-cu ildə C.Hacıbəy-

linin “Azərbaycanda İslam əleyhinə təbliğat və onun vasitələri” adlı kitabını rus 

dilində çap etdi

17

.



C.Hacıbəyli qürbətdə olduğu 43 il müddətində həmişə Azərbaycan haqqın-

da düşünmüşdür. Burada onun yaxın qohumları, dostları yaşayırdı. Bu mənada 

qardaşı Ü.Hacıbəylinin onunla yazışmaları çox təsirlidir. Ü.Hacıbəylinin Bakıdan 

Ceyhun bəyə yazdığı ilk məktub 1919-cu ilin 19 martına təsadüf edir. Bu mək-

tubda maraqlı bir məlumat açıqlanıb. Ü.Hacıbəyli yazırdı: “... Səndən sonra Nəsib 

bəy mənimlə görüşüb dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini 

al və Məmməd Əmin də (M.Ə.Rəsulzadə – red.) sənin məvacibini alsın”

18

.



Ü.Hacıbəyli məktubda bir məqama da toxunurdu: “Azərbaycan işinə gəl-

dikdə, Xan Xoyski hökuməti istefa verdi. Səbəbi İttihadçılar oldu. Yeni kabinə 

işi Nəsib bəyə həvalə olundu. Yəni Baş nazir oldu. Lakin hələ hökumət düzəl-

məyibdir. Yəqin sabah düzələcəkdir. Hər halda işimiz yaxşıdır. Könüllüləri və 

16

 N. Yaqublu. Əbdürrəhman Fətəlibəyli-Düdənginski. B., 2009, s. 28-29.



17

 Д.Гаджибейли. Избранное. Б., 1993, с. 6.

18

 Qürbətdən gələn səslər (Ceyhun Hacıbəylinin mühacirət həyatı). B., 2016, s. 50.




CÜMHURİYYƏT QURUCULARI

434


sairələri şəhərdən qovduq, ingilis polisinə da ehtiyac qalmadı: bu günlərdə öz 

qoşunumuz gəldi”

19

.

Ü.Hacıbəyli qardaşından və onun ailəsindən nigaranlıqla yazırdı: “Məni sizin 



əhvali-maddiyəniz çox fikirlərə salır, bilmirəm nə ilə dolanırsınız. Sənin bir işin 

varmı ki, ondan mədaxil ola, bəlkə ehtiyac içindəsiniz? Və bir də sizin buraya 

gəlməyiniz nə vaxt mümkün ola bilər? Sizi ordanmı 

C.Hacıbəylinin Parisdə məzarı.

 

buraxmırlar, yoxsa bura gəlməkdənmi ehtiyat 



edirsiniz?”

20

.



Bu məktublardan məlum olur ki, Ü.Hacıbəy-

li qardaşının Bakıya qayıtmasına çalışırdı. Yazdığı 

məktublarda onun bu istiqamətdə “hökumətlə, 

komissarla, Nərimanovla” danışıqlar apardığını 

öyrənmək mümkündür.

Ü.Hacıbəylinin Ceyhun bəyə ünvanladığı 

son məktubu 1927-ci ilin 26 fevralına aiddir. Çox 

ehtimal ki, sovet dövləti sonradan onların yazış-

malarını dayandırmışdır.

C.Hacıbəyli başqa mühacirlər kimi mühacirət 

həyatının ağır şərtləri altında yaşamağa məcbur 

olmuşdur.

1932-ci ildə təhsil haqqını ödəyə bilmədiyindən C.Hacıbəylinin oğlunu 

dərslərə buraxmırdılar. Bununla əlaqədar Ə.M.Topçubaşov da zəmanət məktu-

bu ilə məktəbin direktoruna müraciət etmişdi

21

.



C.Hacıbəylinin həyat yoldaşı Zəhra xanım Hacıqasımova onunla birlikdə 

Parisə getmiş və orada vəfat etmişdir. Onların iki övladı olmuşdir: Ceyhun və 

Timuçin. 

Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində C.Hacıbəylinin oğlu Ceyhun 

da (atasının adını daşıyırdı) faşizmə qarşı Fransa dövləti tərəfindən döyüşmüş və 

1943-cü ildə həlak olmuşdur.

Ceyhun bəy 1918-ci ilin 12 aprelində Bakıda anadan olsa da, Parisdə yaşa-

mış, orada təhsil almış və 1937-ci ilin iyulun 5-də Fransada hüquq sahəsi üzrə 

bakalavr pilləsini bitirərək diplom almışdır.

C.Hacıbəyli 1962-ci ilin oktyabrın 23-də Parisdə vəfat etmişdir.

19

 Qürbətdən gələn səslər (Ceyhun Hacıbəylinin mühacirət həyatı). B., 2016, s. 51.



20

 Yenə orada, s. 57.

21

 S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, f. 649, s. 3, i. 103, v. 1.




CEYHUN HACIBƏYLİ

435


Azərbaycanlı mühacirlərin İstanbulda nəşr edilən “Mücahid” jurnalında 

(redaktoru Ç.Göygöl idi) C.Hacıbəylinin ölümü münasibəti ilə “Azərbaycanlıla-

rın böyük itkisi” başlıqlı matəm xəbərində yazılmışdır : “Kədərlə öyrəndiyimizə 

görə, Azərbaycan Milli Hökumətinin Versal Sülh Konfransına göndərmiş olduğu 

nümayəndə heyəti üzvlərindən və Azərbaycan Milli Qurtuluş Birliyi Avropa baş-

kanı, Milli Azərbaycan Hökuməti rəsmi orqanı “Azərbaycan” qəzetinin baş yazarı, 

ünlü Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin qardaşı, Azərbaycanın ta-

nınmış siyasət adamı, yazar, bəstəçi və Qarabağın tanınmış şəxsiyyətlərindən 

Hacı Əbdülhüseyn bəyin oğlu və doktor Timuçin Hacıbəylinin atası Ceyhun bəy 

Hacıbəyli Parisdə 23 oktyabr 1962-ci il tarixində qısa bir xəstəlikdən sonra vəfat 

etmişdir”

22

.



22

 Qürbətdən gələn səslər (Ceyhun Hacıbəylinin mühacirət həyatı). B., 2016, s. 468.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə