461
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ
YUSİF VƏZİR
ÇƏMƏNZƏMİNLİ
(1887 – 1943)
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN
TÜRKİYƏDƏ SƏFİRİ
T
anınmış yazıçı Yusif Vəzir Çəmən-
zəminli 1887-ci ilin sentyabrında
Şuşada anadan olub
1
. 1910-cu
ildə Kiyevdə Müqəddəs Vladimir adına
İmperator Universitetinin hüquq fakültə-
sinə daxil olub. 1915-ci ildə Birinci Dünya
müharibəsinin gedişi ilə bağlı çar hö-
kuməti Kiyev Universitetini müvəqqəti
olaraq Saratova köçürüb. Y.V.Çə mən-
zəminli 1915-ci ildə Universiteti Saratov-
da bitirib.
Y.V.Çəmənzəminli 1919-cu ildə N.
Yusifbəylinin təklifi ilə Azərbaycan Cüm-
huriyyətinin səfiri kimi İstanbula göndə-
rilib.
Azərbaycan 1920-ci ildə Rusiya bol-
şevikləri tərəfindən işğal edildikdən sonra o, Parisə gedib.
Y.V.Çəmənzəminli 1926-cı ildə Bakıya qayıdıb.
1938-ci ildə Özbəkistana – Urgənc şəhərinə işləməyə gedib. O, 1940-cı ilin
yanvarın 25-də həbs edilib.
Y.V.Çəmənzəminli 1943-cü ilin yanvarın 3-də Nijni-Novqorod vilayətindəki
həbs düşərgəsində vəfat edib.
1
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I c. B., 2004, s. 313-316.
462
CÜMHURİYYƏT QURUCULARI
MƏHƏMMƏD XAN
TƏKİNSKİ
(1879 – 1938)
AZƏRBAYCANIN ERMƏNİSTANDA
DİPLOMATİK NÜMAYƏNDƏSİ
M
əhəmməd xan Təkinski ta-
nınmış siyasətçi, diplomat və
dövlət xadimidir. 1879-cu ildə
(bəzi mənbələrdə 1880-ci il yazılır – red.)
Mərkəzi Asiyanın Axal-Təki Vadisində
anadan olsa da, Naxçıvanda böyüyüb
1
. O,
Kəngərlilər nəslindən olan II Ehsan xanın
oğulluğudur.
M.Təkinski 1908-ci ildə Odessada
yerləşən Novorossiysk İmperator Univer-
sitetinin hüquq fakültəsini bitirib.
M.Təkinskinin ilk formalaşan Azər-
baycan Hökumətində Xarici İşlər naziri
vəzifəsini həyata keçirdiyi də qeyd olun-
maqdadır.
O, 1919-cu ilin yanvarın 29-da Ermə-
nistanda Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndəsi təyin edilib.
M.Təkinski 1919-cu ilin oktyabr ayının 1-də Xarici İşlər nazirinin müavini tə-
yinatını alıb.
M.Təkinski sovet rejimi dövründə repressiyaya məruz qalmış və bəzi mən-
bələrdə onun 1938-ci ilin martın 18-də güllələnməsi qeyd olunmuşdur.
1
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005, s. 399.
463
ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV
ƏBDÜRRƏHİM BƏY
HAQVERDİYEV
(1870 – 1933)
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN DAĞLI
RESPUBLİKASINDA VƏ ERMƏNİSTANDA
DİPLOMATİK NÜMAYƏNDƏSİ
A
zərbaycanın tanınmış yazıçı və
dramaturqu Əbdürrəhim bəy
Haqverdiyev 1870-ci ildə Şuşa-
da anadan olub
1
. Peterburq Yol Mühən-
disləri İnstitutunda təhsil alıb.
Azərbaycan Cümhuriyyəti dövrün-
də 1919-cu ilin fevralın 25-də Dağlı Res-
publikasında diplomatik nümayəndə
təyin olunub. Könüllü Ordunun Petrov-
sk və Dərbəndi işğal etməsindən sonra
1919-cu ilin noyabrın 6-da Xarici İşlər
naziri M.Y.Cəfərovun 69 saylı əmri ilə
Dağlı Respublikasında diplomatik nü-
mayəndəlik ləğv edilib. Bundan sonra
Ə.Haqverdiyev Ermənistana diplomatik
nümayəndə göndərilib.
Ə.Haqverdiyev 1933-cü ildə Bakıda vəfat edib.
1
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I c. B., 2004, s. 446-447.
464
CÜMHURİYYƏT QURUCULARI
ADİL XAN
ZİYADXANOV
(1872 – 1954)
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN İRANDA
DİPLOMATİK NÜMAYƏNDƏSİ
A
dil xan Ziyadxanov 1872-ci ilin
sentyabrın 25-də Gəncədə ana-
dan olub
1
. Tifl is Gimnaziyasında
oxuduqdan sonra Moskva Universiteti-
nin hüquq fakültəsində təhsil alıb.
Azərbaycan Cümhuriyyəti yaradıl-
dıqdan sonra Xarici İşlər nazirinin müavi-
ni təyin edilib (30.10.1918).
A.Ziyadxanovun yazdığı, ana dilimiz-
də və fransızca nəşr edilən “Azərbaycan”
kitabı 1919-cu ildə Parisə – Ə.M.Topçu-
başova göndərilmiş və orada yayılmışdır.
Azərbaycan Hökumətinin 16 iyun
1919-cu il tarixli qərarına əsasən Tehranda
Azərbaycan diplomatik nümayəndəliyi
yaradıldı. A.Ziyadxanov həmin ilin oktyab-
rın 4-dən nümayəndəliyin rəhbəri olaraq fəaliyyətə başladı. 1920-ci ilin yanvarın
15-dən isə A.Ziyadxanov İranda Fövqəladə və səlahiyyətli səfir kimi çalışdı.
1920-ci ilin aprelin 27-də Azərbaycan sovet rejimi tərəfindən işğal edildik-
dən sonra A.Ziyadxanov bir müddət Tehranda qaldı. O,1934-cü ildə Türkiyəyə
köçdü, orada İstanbul Universitetində çalışdı.
A.Ziyadxanov 1954-cü ildə vəfat edib.
1
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005, s. 471.
465
CƏFƏR BƏY RÜSTƏMBƏYOV
CƏFƏR BƏY
RÜSTƏMBƏYOV
(1890 – 1938)
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN KUBAN
BÖLGƏSİNDƏ DİPLOMATİK NÜMAYƏNDƏSİ
C
əfər bəy Rüstəmbəyov 1890-cı ildə Ərəş qəzasının Məmmədli kəndində
doğulub. 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olub
1
.
Universiteti bitirdikdən sonra hərbi həkim kimi səfərbər edilib, 58-ci pi-
yada polkunda, 1917-ci ildən isə Krımda həkim işləyib.
Azərbaycan Nazirlər Şurasının Sədri və Xarici İşlər naziri F.X.Xoyskinin 1919-
cu ilin aprelin 3-də imzaladığı əmrlə Cəfər bəy Rüstəmbəyov martın 19-dan
etibarən Azərbaycanın Kuban bölgəsində və Krımda diplomatik nümayəndəsi,
eyni zamanda Ticarət müvəkkili təyin edildi.
Qeyd edək ki, Könüllülər ordusunun Azərbaycan Cümhuriyyətinə təcavü-
zündən qorunmasında və Qafqazda baş verə biləcək qırğının qarşısının alınma-
sında C.Rüstəmbəyovun də xidmətləri olmuşdur.
C.Rüstəmbəyov 1919-cu ilin noyabrın sonlarında ağqvardiyaçılar tərəfindən
həbs olunacağı təhlükəsini nəzərə alıb Bakıya qayıtdı.
Azərbaycan 1920-ci ilin aprelin 27-də Rusiya bolşevikləri tərəfindən işğal
edildikdən sonra C.Rüstəmbəyov həbs edilərək 1938-ci ildə güllələnmişdir.
Qeyd: C.Rüstəmbəyovun fotosunu əldə etmək mümkün olmadı.
1
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II c. B., 2005, s. 323.
Dostları ilə paylaş: |