ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə32/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

 

128 


da  var.  Hər  cümə  günü  bura  çoxlu  qurbannar  gətirillər  kəsil-

lər. Bu ətrafda ən tanınmış ocaxdı. Bu onun türbəsidi, evi də o 

evlərin  yanındadır.  Onun  evinə  də  nəzir  boyun  alannar  var, 

ora  da  ocağ  kimidir.  Kimin  ağriyan  yeri  var,  gəlir  gündüzlər 

uzanır orda, sağalır. 

 

 



Mir Tağı ocağı 

 

Bura bir şey boyun alıllar, deyillər məsəl uşağımız saldat 

gedib  sağ-salamat  gəlsin,  gedərüy  ağanın  ocağına.  Gəlinnər 

gec  azad  olanda  deyillər  ki,  sağ-salamat  azad  olsun,  gedərüy 

ağanın ocağına. Gedərüy, qoyun boyun alıllar, pıl boyun alıllar, 

indi  kimin  nəyə  gücü  çatir. Öz həyətində  də  dəfn  olunub  ağa. 

Həftənin yeddi gününün 7-si də bura ziyarətə gəlillər, xəstələr 

gətirillər bura ki, şifa tapsın. Tapıllar, sora yenə gəlillər. 



 

Mir Tağı Ağanın kəramətləri 

 

O gördüyünüz daş Əlinin ayağının izidi. Bax,  yuxuda gö-



rüb ki, məsələn bizim həyətdə qalmamalıydi, gəldi bizdən istədi, 

biz də məsləhət bildüy ki, gətirdik burda ocağda qoydux o daşı. 

Kimsə niyyət  tutur, məsələn, gətirir qoyur  o daşın altında nəzi-

rini. Məsələn, kiminsə niyyətinə ərizə  yazdırıllar, qoyullar, sora 

biz  oları  götürürüy  aparıruy,  məsələn,  başqa  ocağda  yerbəyer 

eliyirüy.  Kiminin  arzusu,  istəyi.  Adam  var,  yasin  boyun  alır, 

adam var, ərizə boyun alır, adam var, qoyun boyun alır, ora kə-

sən yerimizdi. Orda kəsdirirüy. Ağanin sağlığında çox şey olub. 

Məsələn, bizim bu Boradigah kəndinin əhalisi bunun cəd-

diynən dolanan, yaşayan adamlar olublar. Elə bi ki, 12 metrə at-




 

129 


danma  arşında  o  12  metrədən  çox  atdanmağ  istiyib,  amma  biri 

ona  bais  olub.  Elə  bi  ki,  ipi  çəkib  o  məsafəni  atdana  bilməsin, 

məsələn 13, 14, 15 metrə atdana bilməsin, ağa orda xar olsun da. 

O adam özü də ağır seyid olub, Şatroba kəndindən olub. Sora o 

gedib  görüb  ki,  nəvəsi  düşüb  suya  boğulub  ölüb.  O,  ağanı  pis 

eləməy ücün belə eləmişdi. Sora gəlib bunun ayağına düşüb ki, 

deyib  ağa  mən  bilə-bilə  o  ipi  çəkdim  ki,  sən  orda  qalib  gəlmi-

yəsən. Ama bizim ağa yenə qalib gəlib o yarışda.  

Burda  Ərkivanda  Seyid  Sadiq  var  ha,  o  da  həmişə  de-

yərdi  ki,  məsələn,  mənim  cəddimnən  Mir  Tağı  Ağanın  cəddi 

gücdidi.  Məsələn,  mənə  boyun  alan  nəziri  ona  boyun  alun. 

Düzdi, ora da ziyarətə gedən var, amma o, həmişə bunun cəd-

dini özünnən üstun bililirdi. 

 Mir  Tağı  Ağamın bir  əlində  imamlarımızın dırnağ  yeri 

olub. Helə vaxt olub birinin ağzı əyilmişdi, hec həyətə girmir. 

Elə əl-zad sürtürdü, gedir şəfa tapır. 

Bunun  haqında  danışmağnan  qutarmaz  eee.  Məsələn, 

günün  günorta  vaxtı  deyib  gün  çıxsın,  gün  çıxıb.  Bi  dəfə  elə 

Boradigah  bazarında  məçidin  qabağında  ağacın  yerə  çırpan 

kimi,  deer  helə  tufan  başdadı,  yağış  yağdı  ki,  yığıb  yığışdır-

mağ  olmadı.  İndi  də  elə  tanıyannar  var.  Elə  kasıb-kusublara 

nəzir payleeb ki, onçün o qabax 25 manat var idi eee rus pulu, 

onunçun 1 paçka onnan gətiriblər. 

 

Boyun olunan pul 

  

Bi  adam  ağaya  bi  paçka  pul  boyun  olub.  Belə  olub  da. 



Kişi  boyun  alıb,  amma  gətirmiyib.  Ağa  girib  onun  yuxusuna 

ki, mənim səndə əmanətim var, niyə gətirmirsən? Kişi də gəlib 

o vaxtı, o, 20 yanvarda olub, deyib burda Masalli şoferlərindən 



 

130 


kim var da. Biri çıxıb deyib neynirsən? Bizim Kərbəlayi Hacıdı 

bizim  bu  balaca  məhəllədə  İmam  var,  o  deeb  ki,  mənəm  Ma-

sallı  Boradigah  şoferi.  Deeb,  hansı  kətdənsən.  Deeb,  Bədəlan 

kəndinnən.  Deer,  bu  gecə  Mir  Tağı  ağa  mənim  yuxuma 

girmişdi,  deer,  mənim  səndə  əmanətim  var,  niyə  vermirsən? 

Gələ bu 25 manatlıq paçkanı apar çatdır ona. O da deyib niyə 

çatdırmaram.  Hə  gəlir  deer,  ağa,  səninçün  pul  gətirmişəm  bir 

xeyləm, deeb, ədə, mənə pul lazım idi elə zarafatnan.  

Ağa, deeb hə, otur maşına sür bu evdə saxlagınan. Sax-

lıyıb, bi 25-dik o qadına, bu qadına verib, kasıba-kusuba helə 

helə axırda bi dənə gilə qalıb. Deeb, İmam, bu  da sənün, şo-

ferin də  yəni. Şofer deyib, ağa, bə kişinin  yuxusuna niyə gir-

mişdin?  Axı demişdin  mənim səndə əmanətim  var? Deeb elə 

muna görə olub, camaatlara paylamay ücün. 

 

Məni aşırlı qəbiristanlığına aparmayın 

 

Sora bu evin qabağında bi dənə armud ağacı var idi, orda 



bi  dənə  pələmə  var  idi.  O,  həmişə  orda  yatıb  bütün  fəsillərdə, 

xəstələnənə  yaxın uje axır nəfəsində, o  ev  var ha, bi dənə  əmi-

miz var o aparıb evınə. Burda bu ev yox idi, o vaxti soradan tiki-

lib.  İstəmiyib heç  vaxtı ki,  yaxşı ev-eşıyi olsun.  Hə bax  o əmi-

min  balaca  evində  rəhmətə  gedib  hüzürün-zadın  veriblər  orda. 

Adını  daşıyanlar  var  indi.  Bi  gəlinimizin  yoldaşının  adıdı,  sora 

nəvələr də var, balaca nəticələri də var. Dəfni də ki, özünün və-

siyyətidi  ki,  məni  həyətdə  dəfn  eliyərsiz.  Elə  bi  ki,  bunun  bi 

dənə qardaşı olub Mir Kazım. Onun əsgər getməsini istəmirmiş. 

Hə  götürüblər  bizim  bu  Mir  Kazımı  buğdanın  içində  gizdə-

diblər,  bi  dənə  başı  görsənirmiş.  Həmin  əsgər  aparan  kişi  adı 

Mütəllim idi, onu gəlib götürüb aparıb əsgərriyə. Ona görə o de-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə