134
Məsəl biri yoldaşıynan gedir kxxk eliyəndə qayıdıb ağanı
vırıb da. Amma başına iş gələnnən sora gəlib ağadan üzr is-
siib, ağa da bağışdeeb. Kinni döyüldü, sadə adam idi.
Seyid Sadiqin cəddi xəstəni sağaldır
Bizdə bi Teymur Yahyayev var idi icra başçısı, elə bi-
zim kətci idi, Teymur onnan çox qorxurdu. Ağa girirdi içəri
daa dayanmazdı ki. Bi dəfə rəis mavininə tapşırıblar ki, ağa
gələlndə buraxma ha, qonağlar var nazirriydən gəliblər. Nəsə
ağa girər içəri day nə demeeb. Day Teymura nələr demeeb.
Olar da baxıblar, ədə, bu nədi, Teymur da deeb ağadı də
bizim ağamızdı. Bunın kimisi yoxdu da. Amma həmin adam-
lar ki, var orda həmin məclisdə olublar, indi olar ağanın ölən-
nən sora üstünə gəlillər. Bura ən cox xəstələr gəlir, şəfa da
tapıllar. Vallah bura xəstə gətmişdilər day yer qalmamışdı
gəzzirməsinnər. Hətta yaylığnan zadnan bağladılar məzarın
dəmirinə, elə bi ki, havalı kimi olmuşdu də. Gətdilər maşın-
nan uzanan vəziyyətdə düşürtdülər, səhərdən düz saat 4-ə ki-
mi o, uzandı ağanın ziyarətində, uzatdılar özündə döyül aaa
baxa bilmir adama, camaat da gəlir gedir öz ziyarətdərini eli-
yir. Cavanca oğlandı 30 necə yaşında, 4 günnən sora onu gör-
düm qolunnan tutub ayağ üstu gör
135
lazımdı gondərib olara. Öz də belə şeylər çox olub ha, bi bu
döyül. Kimədə nə desə, heç kim inciməzdi onnan, lap söysey-
di də. Yolda durardı bi də gordün propkadı Masallıda, hə, nə-
di bəs ağa durub ortada bu üzdən alır buraxır, o üzdən pul alır
buraxır. Öz də kefnən aaa necə isteer, hünəriydi kimsə dillən-
sin. Bi də gördün kefinə gəlirdi ordan aldığı nəziri bı biri
maşına verirdi. O ölən günü kimin toyları vardı hamı saxladı.
Zaddar a Allahdan qorxannar.
Dəsmal
Bi dəfə bizim rəis olub – Dövlət Səfərov, deer, oturmuş-
duy dostdarnan, biz də tanımıruy də, ağa gələr söyə-söyə nə-
sə. Deeb, bu kimdi? Deeblər ki, bəs belə belə ağamızdı. Bının
da seyiddərə hörməti böyük imiş. Nəsə ağanı otuzdurublar
yannarında. Ağa bına deeb, sən Naxcıvannısan? Deeb, hə,
hardan bildün? Deeb, ə, mən bilirəm. Nə isə durub gedəndə
bına 3 dənə cib dəsmalı verər. Bı da hələ onda rəis zad döy-
müş ee. Deer, heç üstünnən iki il nə çəhmədi ordakıların üçü
də vəzifəyə gedib. Deer, gözzənilmiyən bi şeydi da. Deer,
mən elə onda fikirrəşdim ki, ağanın o dəsmalı mənə vermə-
sindədi hikmət elə.
Tfu üzünə
Bi dəfə bazarda bi gəlin xaylağına belə pxkk eliyər, gəlin
də nətər qorxarsa, qucağınnan uşağ düşər yerə. Gəlin qayidar
mini söyər. Bi da qayidar heç nə deməz, bi dənə baxar mına
deyər tfuu üzüvə. İnanın heç gəlin biyaz getməz ki, uşağ qarışığ
tarapp dəyib yerə. Gəlin uje ölür, pis haldadı. Camaat yığılışar
tökülər bıra, adə, noolub? Ağanı tapdılar gətdilər. Gəldi bellədi
136
ye, ay çəpəl, dur ayağa. Dedi, məəm ayağlarıma yıxılma, gala bı
zadı, ehsanı, nəziri verrəm sənə, get o uşaxçın xəjdə.
İndi bura qəbirsannığda basdırılıb, onun qardaşı burda
basdırılmışdı onun yanında dəfn elədilər. Deer uşağı olmıyan-
nara kanfeti ya dişdeeb, ya da belə verib, deeb gala ye, get
doğacağsan. Yaxşı oxumağı da vardı. Bi də gördün mikrafonu
alardı, getdi yeeee. Amma Quran filan oxumağı bilməzdi.
Atası hə, oxuyardı amma özü yox.
Sah Səfi və ya Qaynar bulaq
Niyyət eliyirsən, o bulax qayniyir, sənin də niyyətin
hasil olur. Xalq arasında əslində belə danışılırdı. Bu Sah Səfi
də o vaxtı Səfəvilər dövlətinin rəhbərlərinnən, burda gəlib
məskən salıblar, bu binanı bir on il bundan qabaq bizdə bi
xeyriyyəci var idi, o gəlib tikdi. Dədə babadan burda bi balaca
bina var idi, Sah Səfi ocağı deyirdilər, quyuya da “Qaynar
bulağ”. Yaşdılar deyirdilər ki, olar gəlib burda torpağ mə-
nimsəmiyiblər. O qədər halal adam olublar ki, bu ərazini olar
qızıl pulnan alıblar, onnan sora oturub burda düşərgə salıblar,
çox mənzərəli yer olub bura yaxşı suyu olub buranın, ağaj-
dığı. Sora döyüşdərə gediblər burdan.
Bu bulağın 2-3 metrə dərinniyi var. Soradan bura yanına
dəmir-zad eliyiblər. Biz uşağ olanda deyirdilər ki, güya bura
beşiynən bir uşağ düşüb, sora gedib çıxıb Kərbəlada, belə belə
sözdər deyərdilər. Amma təmirdə gordülər heç 3 metrə yox idi
onun dərinliyi. O vaxt burda çoxlu ilannar olub. Natəmiz, pis
adamlar gələndə, ilannar ona hücum eliyiblər. Ona görə də hər
adam bura gələ bilmiyib. İndi də davam eliyir, respublikada
məşhur olan bir ocaxdı bura, hər yerdən də gələn var bura. Tək
137
o dini mərasimlər vaxtı yox, ilin bütün vaxtlarında gəlillər
bura. Məhərrəmlik mərasimlərini də burada keçirirdilər. O
tərəf kişilər üçündü, bu yan arvatdar. Qapağı açıllar suya niyyət
eliyirsən, niyyətin qəbul olacaqsa, su qaynayir. Elə bunun
möcüzəsi də odur ki, bu su nə quruyur, nə də azalır. İlboyu su
sakitcə axıb gedir. Həmin o vaxtkı oların o əsgərrərinnən birda
dəfn olunanları da var. Ocağın arxasında məzarlıq var ordadı.
Hacı Mir Heydər Ağanın əyri ağzı düzəltməsi
Atam özi Quran oxiyirdi, bəzi məsələ şərhləri bilirdi.
Mənim yadıma gəlir ki, bi dənə qadın Biləsuvarın Əmənkən-
dinnəndi, onun ağzı əyilmlşdi. Orda da bizim bi yaxın adam-
larımızzan var idi, onu Bakıya aparıblar xəssəxaniyə. Həmən
o adam deeb ki, dayı bizim orda bi dənə seyid var Mir Heydər
Ağa aparginən onun ocağına, biz onda uşağduğ hələ. Nəsə
gördüy bı qadın gəldi. Dedüy, yağın gəlib ziyarət eliyib ge-
dəllər də. Dedi, yo, mən gedmiyəcəm, qalacam bırda, mənim
ta bı ağzım düzələ gedəm. Ərinin də adı Bəşir idi. Dedi, Bə-
şir, mən qallam. Əri də komunistin vaxtında işdiyirdi. Dedi,
mən qala bilmiyəcəm axı. Arvad dedi:
– Sən get mən qalıram.
Nə isə o qadın qaldı olar getdilər. Üstünnən bi gün
keşdi, o teşt olan evdə qalırdı qadın da. Teşt onun içində su
var, camaat gəlir orda ziyarət
Dostları ilə paylaş: |