ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə33/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

 

131 


yirdi ki, mənim düşmənim o qəbirsannığdadı. Deyib məni nəba-

da-nəbada aşırlı qəbirsannığına aparmıyun ha. 

Məsələm, o qədər avam olub ki, zəmbili qoyub burda o 

yatan yerində, zəmbilin içinə iki dənə pişik girir. Elə helə zən-

bili  aparır,  o  Boradigahacan  o  zənbil  pişiklərnən  gedir.  Zən-

bili orda qoyanda orda pişiklər çıxır gedir. Bunu da görənnər 

deer  ay  ağa,  bi  adam  zənbilinə  baxmaz  ki,  orda  olan  nədi? 

Mənim 7 yaşım olanda o rəhmətə getdi. Bax 4-5 yerdə arvadı-

zadı var. Elə onun bu başdaşı da mərmərdən hazırlanıb. Ağa-

mızın  bi  dənə  arvadı  Türkoba  kəndində  var  idi.  Anamız  de-

yirdi  ki,  elə  belə  şeyləri  yığardı  verərdi  bizə,  yaxşısını  apa-

rardı o arvadçin. Sora boyun alıblar, məsələn, deyiblər qızım 

ərə getsin, üziy salmanı verəriy sizə. 

 

Mir Seyid Sadiq Ağa “Kişi Vaar?” 

 

Ağa  uzun  müddət  xəstə  olub,  çox  acılı  günnər  keçirib, 



cavannığınnan ta  yaşdaşana qədər. Elə hey iyneynən dərman-

nan.  Ağam  butun  Masallı  rayonunun  xeyir-şər  məclislərində 

iştirak  eliyərdi.  Mən  olarda  dərs  oxuyardım,  Onun  qardaşı 

mənə  dərs  deyib.  Biz  səhər-səhərrər  gələndə  ağa  çağırardı 

bizi, söbət eliyərdüy. Ağanın qardaşı oğlu bına dedi:  

–  Ağa,  sən  hardan  bilirsən  ee,  bu  gün  hardasa  ya  xeyir 

işdi, yoxsa şər işdi?  

Dedi:  


– Mənə yuxuda deyillər.  

Bi də ki nə desəydi olurdu də. Misal deyirdi, səə filan şey 

eliyərəm  o  şey  gedirdi  onun  başına  gəlirdi.  Ya  məsəl  elə  bi 

yerdədi  ki,  elə  bi  işdədi  ki,  ordan  çıxmağ  çətindi  də,  dardadı, 

Allahın  möcüzəsiydi  də  elə  bil.  Bının  da  cətdi  peyğəmbərdi. 



 

132 


Allahın yanında ən yüksəy məqamdadı. Kim nə istəsə, ona xatir 

verərdi. Bunun da cətdinə hec vaxt hörmətsizdiy eləmiyib, yəni 

Allahın haram buyurduğu işdəri eləmiyib. Bi də bi əlinnən alıb, 

bi əlinnən verən olub. Da fikirrəşmiyib eee buyün mən bu pulu 

xəjdəsəm,  sabaha  Allah  verər  misal  da  adamlar  var  da  elə. 

Bınçin marağlı olmiyib bi əlinnən alır, birinnən də verirdi. 

Bi dəfə çıxıbmış  yola maşına əl eliyib, indi o  yazığında 

vacib işi olub, ya nəsə saxlamağ istəmiyib, elə 1-2 metr gedib 

maşın qabağda dayanıb. Hə indi gəl də. Deyib, ədə, ağanı get 

tap. Ağanı gətiriblər.  Ağa maşının dalınnan  viran kimi maşın 

tərpənib. Bi dənə yaxşı sözü var idi onun “Kişi vaar?”. Deyər-

di  mənnən  başqa  kişi  yoxdu.  Bi  də  deyərdi  “Yalan,  yalan, 

hamısı yalan”. 

  

Seyid Sadiqin cəddi xərçəng xəstəliyini sağaldır 

 

Masallıda biri vardı, gedib Bakıda deyiblər rakdı. Başqa 



yerlərdə də deyiblər həmin xəstəliyi. Bı dedi məndə da uje ay 

söbəti  qalıb  da.  Nəzir  boyun  aldı  ağanın  cəddinə.  Onun  qar-

daşdarı  Germaniyada  idi,  getdi  ora.  Hardasa  bir  15  gün  keç-

mişdi  üstünnən  bı  həmin  adam  gəldi.  Həkimlər  demişdi  belə 

bi şey  yoxdu onda. Onda ağa  rəhmətə getmişdi uje. Hə gəldi 

qəbir üstə. Möcuzəlidi kim nə boyun alır, hamısı qabıl olur. O 

adam da nəzirini verdi. 

 

Seyid Sadiq Ağanın kəramətləri 

 

Məsəl olub gedib toya, söz  vermiyiblər,  tufan olub toy-



xana zad, qarışıb aləm bir-birinə. Toy olmıyıb demək olar ki. 

Bu nəsildə seyid çox olub, atası, qardaşı buların içində ən güj-




 

133 


dü cəddi ağa olub.  İcdərində  də ən məsumu bı  olub. Özünün 

də doqquz qızı var, bi oğlu. Onu bu  yerə Allah qaldırıb səxa-

vətinə görə, dəhşət səxavətdi olub, türmədən oğlannar burax-

dırıb eee. Ora gedib deeb əyəm buraxmason filan şey olacağ. 

Həmən o adam da əgəm buraxmaq mümkündü buraxdırıb, ya 

gorürsən  cəzasını  yüngülləşdirib.  Güjdi  yaddaşı  var  idi  ağa-

mın.  Məsəl  deeb  filankəsüü  filan  vaxtı  mən  türmədən  bırax-

dırmışam.  O  adam  da  deerdi,  “hə”  düz  deer  də.  Bu  cür  cətdi 

ağırlığı  əvvəldən  olub,  amma  bu  1980-ci  ildən  bu  yana  lap 

güjdi olub. Bu ətrafdakı məsələn, Bədəlandakı,  Qızılavardakı 

seyidlərnən  bular  əmiuşağı  sayılıllar.  Bir  birinə  hörmət  eli-

yiblır də bular. Elə olar da bura ziyarətə gəlilllər, bılar da ora-

lara gedillər, bi şey boyun alanda. Bizim də borcumuz bulara 

xidmət  eləməydi.  Allah  deer  yaxşısına  özünə  görə,  pisinə  də 

mənə  görə  hörmət  elə.  Deer,  tapşırdı  gedəndə  budı  peyğəm-

bəri  sadiq,  dedi  Qurana  əmanət.  Quranda  deer,  həzrəti  pey-

ğəmbəri  –  səni  aləmlərə  rəhmət  olaraq  göndərdik.  Bular  da 

oların nəvələridi. Ağamın babaları Ərəbistannan köçüb gələn-

nərdi.  Amma  özü  burada  anadan  olub.  Atası  gözəl  Quran 

oxuyan olub, əzbərdən Quranı deyirmiş Adı Seyid Rza ağa. 

Babası  Mirbəşir  ağır  Seyid  olub.  Onu  tutublar  o  vaxtı, 

bizdə də Şeyx Bəşir var. Əslində o tutulmalıymış. Bını tutub-

lar  əvəzində.  Bı  orda  demeeb  ki,  mən  o  döörəm.  Tutublar 

sürgünə göndərməyə. Mindiriblər maşına görüblər maşın get-

mir.  Aparıblar  haralara  oralarda  da  nələrsə  baş  verib  möcü-

zələrdən, nə isə amma yenə demeeb ki, mən o döyüləm. Apa-

ra  bilmiyiblər  axırı.  Bilirsüz  biri  Seyx  Bəşir  olub,  biri  Mir 

Bəşir. Ad vermeeb. Orda da bıraxıblar. Ağam özdə tez bağış-

dıyan  idi.  Biri  xətrinə  dəyəndə  onu  bağışdıyardı.  Bi  xüssusi-

yəti  var  idi  belə  kxxk  (zarafatyana  çıxardığı  səs)  eliyən  idi. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə