ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə41/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

 

161 


cəm. Dedilər ki, o razı olmaz. Dedi  yox, sizi and verirəm Al-

laha mənə dəymöun.  

Gəldi çıxdı atam,  bı  yıxıldı ayağlarına.  Atam dik durdu 

ayağa. Tutdu qolunnan qaldırdı ayağa. Dedi:  

– Bacı, qalx!  

Dedi:  


– Yo, mən əhd eləmişəm. Dedi:  

–  Elə  bil  öpdün.  Xayiş  eliyirəm,  elə  şey  eləmə.  Mənim 

qabağımda kiminsə qəddinin əyilməyini xoşdamıram.  

Qadın dedi, ağa,  mənə  yuxuda səni göstəriblər.  Bəs be-

lə. Anam ələmnən bi dənə  yaylığ aşdı, nənəm rəhmətdiy atdı 

onun  başına.  Dedi  ki,  bı  Əbəlfəz  ələmidi  hökmlidi,  bı  imam 

balasının  evinnən  sənə  şəfa.  Bağladı  onun  başına  getdi.  Siz 

inanin ki, o ölən bı ölən. O arvad indiyə qədər də yaşadı, cəmi 

iki ildi rəhmətə gedib.  

 

Qızı qayıdan arvad 

 

Bi  dəfə  də  bir  başqa  qadın  gəldi,  onun  qızının  toyu  ol-



muşdu, amma qaytarmışdılar. Qızı bədbaxt eləmişdilər. Gəldi 

ağlıya-ağlıya, Gülüstan bacımın  yanına. Deeb, mən baş götü-

rüb  hara  gedim,  qızımın  toyu  da  olub  bədbəxt  elədilər.  Mən 

ağamı  istiyirəm.  Allah elə də ağlıyır ki.  Mən onun qəbri üstə 

getmək  istiyirəm.  Gedib  fırranıb  atamın  qəbri  üstə.  Ağlıyır-

mış,  hamı  baxıb  ki,  bı  qızı  zadı  döör  də  yad  adamdı.  Deeb, 

ağa, gəlmişəm, məni bırdan nəümüd qaytarma. Mən sənnən əl 

çəkmərəm.  Neçə  saat  orda  ağlıyıb  qəbir  üstündə.  Siz  inanaın 

iki gün sora onun işi düzəldi, gəlib qızı apardılar.  

 

 




 

162 


*  *  * 

Biri  də  vardı  ki,  çox  kasıb  adam  idi,  həmişə  gələrdi, 

ağam ona pulsuz parasız qələm çalardı, özünə, balalarına. Ya-

sin  oxutduraradı,  ərizə  yazdırardı.  Ümumiyyətlə,  atam  heç 

kəsdən  təmənna  ummazdı.  Mollalar  var  də  deyər  ki,  5-10 

manat ver yasin oxuyum. Mənim atam yox, yox, yox. Ömrün-

də o gözdəməzdi ki, onun Quranının altına pul qoysunnar. 

 

*  *  * 



Allah  rəhmət  elısin  ona.  Bax  həmişə  prisyaqa  olanda 

atamı  çağırardılar,  gedib  xeyir-dua  verərdi.  Məktəblər  başdı-

yanda, son zənglərdə onun xeyir duası mütləq olardı. O qədər 

gözəl  danışığı  var  idi,  natiq  idi,  natiq.  O  balaca  vücudunun 

olmasına baxma, çox savaddı adam idi. Yaxşı yaddaşı var idi. 

 

Mələklərin baş əyməsi 

 

Bir  dəfə  bı  qonşumuz  var  Naciyə,  yatar  yuxuda  görər  ki, 



iki dənə cavan oğlan qanadı var, mələkdi, uça-uça göydən gəldi, 

atama  3  dəfə  baş  əydi  salam  verdi.  Yenə  uçdu  getdi.  Əslində 

belə olub ki, həmin bu qadın bir şey üçün istehza eliyib. Kimsə 

başqa bir söz deyib bizim haqqımızda, bu arvad da “hə” deyib, 

axı  bı  evin,  ocağın  çarşablılarının  sinə  vırmağın  sən  görmüsən, 

bütün  möcüzələrin  çoxunu  sən  görmüsən  bı  evdə.  Biz  uşağ  ol-

muşuğ, sən axı  yaşdı olmusan. Bax bı “hə” sözünə görə  Allah-

tala  gecə  salıb  belə  bir  şeyi  onun  yuxusuna.  Söhbət  əsnasında 

qayıdıb  bu  qadın  o  adamlara  deyib  ki,  mən  bı  gözümnən  gör-

müşəm, olub. Onun həmin gözü ölənə qədər də görmədi.  




 

163 


Ağanın yuxuda kömək etməsi 

 

Bi  gün  dəlləyə  getmişəm  başımı  qırxdırmağa,  gördüm 



Tahir  oturub  orda.  Bı  durdu  ayağa  dedi,  Möhsün,  sən  mənə 

niyə  demirdün,  ağa,  sənin  atondu.  Dedim,  əstafurulla  mənim 

atamnan sənin nə işün var?  

Dedi:  


– Ə bilirsən nə olub?  

Dedim:  


– Yoo.  

O  vaxtı  mal  daşıyırdılar  İrana,  Rusiyaya.  Deer,  mən 

getdim Rusiyaya alverə. Getdim ora. Hansı mağazinə girdim, 

dedilər, mal yoxdu. İndi dilxor olmuşam ki, hamı da bilir mən 

da  alverə  gəlmişəm.  Borc,  xərc,  filan,  nəsə.  Ə,  mən  necə 

qayıdacam  rayona.  2-3  gündü  girincəm  hessad  eliyə  bilmi-

rəm.  Nəsə  gecədi  yatmışam.  Deer,  gecənin  bi  yarısı,  yuxuda 

gordüm ki, bi kişi peyda oldu. Hələ ağanı da tanımır ha. Kişi 

deeb,  oğul,  niyə  belə  narahatsan.  Deyib  ki,  ağa  belə  bi  şey 

üçün  gəlmişəm,  hessad  peşmançılığdı.  Vaxt  daralıb  getməli-

yəm, hec nə də iş alınmıyıb. Ağa deyib, oğul, heç narahat ol-

ma, səhər gedərsən elə həmin mağazinnərə. Onun ətrafında da 

var.  Oların  hamısına  mal  verəcəylər.  Deib,  ay  ağa,  mən  nə 

vaxtdı gəzirəm deellər, mal yoxdu. Ağa deeb, a kişi, sənə de-

yirəm  gedərsən.  Deer,  durdum  ayağa  səhər,  Allah,  Məhəm-

məd ya Əli deyib düzəldim yola.  

Gəldim  həmən  mağazinnərə  mal  nə  qədər.  Dedilər,  nə 

qədər istiyirsən götür, lap borca da, gələn dəfə verərsən. Deer, 

indi  oturmuşam  fikirrəşirəm.  Bə  o  kişi  kim  idi,  gecə  mənim 

yuxuma girmişdi? Nəsə malı aldım, gətirdim, yerbəyer elədim 

filan. İndi bı hadisənin üstünnən bir neçə il kecər. Deer, təsa-



 

164 


düfən  mən  bıra  girəndə,  atonnan  üzbəüz  rastdaşdım.  Aaa 

həmən adam, mən başdadım əsməyə. Dedi:  

– Oğul, noolub?  

Dedim:  


– Heç, ağa, mən sizi yuxuda görmüşəm.  

Deer əl atdım cibimə ki, bının bırasına pıl qoyum, deer, 

əlimi qaytardı. Bi nədi belə? Dedim:  

– Ağa, sənə çatacağ.  

Deyib:  

– Yox ee nədi bı pıl?  

Dedim:  

– Sizin halal haqqıvızdı, nəzirdi, bəs hal-qəziyə belədi.  

Danışıb bına olanı. Deyib hə belə de. Onda mən də ha-

lalığ  olsun  deyə  ölənnərüvə  yasin  oxuyaram.  Deyir,  kişi  ge-

dənnən sora dəlləydən soruşdum ki, ə Tapdığ bı kimdi? Deeb, 

ə, Möhsünü tanımırsan? Onun atasıdı Mir Tağı Ağa. Əəə mən 

neçə ildə heç bını görməmişəm. 

Övladarınnan  elə  deməg  olar  ki,  hamısına  kecib  seyid-

dik. Məsəl ba o Mir Qabil qardaşıma bi şey  vəhy kimi gəldi, 

mütləq olmalıdı.  

Ağanın adını da elə nəvəsinə qoymuşuğ. 

 

Xırdalandıqca artır 

 

Bir dəfə biri atamnan soruşnuşdu ki, ağa, vardan-dövlət-



dən  nəyin  var?  Həyətüz,  bacouz,  əkinüüz  filan?  Deeb  ki,  heç 

nə elə gördügün nə varsa bıdı. Bizdə əkin-biçin yoxdu. Deyib 

ancağ var dövlətim çoxdu. Mən özüm bir dəneydim, xırdalan-

mışam 10 dənə olmuşam, indi 10 dənəni  yavaş-yavaş xırdale-

yiram, olar da artır. İnan mənim elə bi var-dövlətim var ki, özü 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə