ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə39/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

 

153 


məəm  atam.  Məsəl  gedirəm  nəsə  almağa,  mən  alanda,  qoy  o 

bilməsün mən seyidəm, qoy gələnnən sora bilsin. Elə bilər ki, 

mən  onnan  nəsə  təmənna  umuram.  Ona  yolda  nəzir  verse-

dilər, qəbul eləməzdi. Evinə gələməliydi. Əsil seyid idi. 

 

İşıq 

 

Bir  dəfə  cümə  axşamı  kiçiy  qardaşım  o  otağın  lampasın 



açıb,  nəysə  olmıyıb,  bı  qız  deyib  ki,  mən  salaram  yerinə.  Bı 

Mirəli də xəbər göndərib ki, döşəmə plov bişiriblər, bizə gəlil-

lər.  Gəldüy.  O  otağda  otumuşduğ.  Dedi  ki,  kim  gedər  arxa 

evdən  şoraba  gətirər.  Mən  getdim  gəlinnən.  Arxıya  keçəndə 

gördüm o ocağ evində bi dənə şam yanır. Dedim, ay Şirin, orda 

şam yanır? Biyaz irəli getdüy o şam qalxdı yuxarı. Qalxanda bı 

gəlin  qorxdu  qaşdı  gəldi  evə.  Mən  dayandım  orda.  Yeznəsi 

gəldi. Dedi, arvaddara iş buyurdun qorxağdılar da. Gəldi o da 

gördü, dedi,  ilahi,  möcüzöə  şükür. O da qayıtdı  gedə  bilmədi. 

Mən  də  dayanmışam.  Bı  qız  gəldi  –  bacım  Gülüstan.  Hə,  o 

mənnən  getdi.  Getdüy,  and  olsun  Allaha,  o  işığ  qalxdı  o  evin 

tininə,  ordan  da  biz  getdigcən  getdi  düz  qapının  tininə  qədər. 

Orda  dayandı.  Yəni  ki,  qalduğ  məəttəl  ki,  gör  o  bir  balaca 

şamın  işığı,  necə  nurrandirdi  o  qrannığ  otağı.  Bilirsiz  o  niyə 

helə  oldu?  Qardaşım  dedi  ki,  əşi,  yoldan  işığ  düşür,  bizi 

qorxuzmasın da güya. Elə bil o işıx lap acığa qalxdı da o küncə 

ki, ora işıx düsə bilməz. Onnan sora hamı diyandı həyətdə. 

 

Ətirşah gülü 

 

Bı  ətirşah  gülü  var  eee,  o  mütləq  ocağa  qoyulmalıdı, 



behişt gülüdü deyillər. O gülə, bizim bi qonşu var iki qızı var 

idi,  yaşdaşmışdı, alan  yox idi, o qızdarı üçüm gətirdi, əl  yay-




 

154 


lığı  bağladı,  ətirşah  gülünə.  Biz  də  uşağuğ.  O  qardaşımdı, 

mənəm, bir də böyük bacım var, o idi. Oturmuşuğ biz də ev-

də.  Arvad  yaylığı  bağlıyıb,  2-3  düyün  vırıb  yaylığa.  Birin 

bağlıyıb  Zərifeyçün,  birin  də  Südabeyçin.  Zərifə  böyükdü, 

Südabə kiçiy. Allaha and olsun, gülün üstündə o kiçiy qızçün 

bağladığı  yaylığ  başdadı  açılmağa.  Açıldı  düşdü.  O  biri  açıl-

madı. Neçə il dalbadal bağladı açılmadı. Soradan o biri illərdə 

açıldı.  O  birinci  yayliğı  açılan  qız  elə  həmin  ili  də  getdi.  O 

biri yazığ necə il qaldı, gec getdi ərə. 

 

Ən böyük ocaq elə sənin evindədi 

 

Bir dəfə də aşura, tasura bilirsüz də nədi. Aşura yox, ta-



suranın  güni.  Birda  Ərkivan  kəndi  var,  orda  tasura  ehsanı 

verilir, atamın ailəvi dostu var idi. O gəlib maşınnan bizi ailə-

vi yığıb aparıb. Həyətimizdə də toyuğ cücə var idi, qapıya to-

xunub açılmasın deyə anam cəftəni qaldırıb keçirdib ora. Kilit 

vırmıyıb ha. Ba o qonşu, bı qonşu görüblər ki, şarşablı adam-

lar  şaxsey-vaxsey  sinə  vırıllar.  Heç  kim  də  yoxdu.  Olar  ağ-

laşırmış, atamın da Həsənni kəndinnən dostu  var idi, kişi gə-

lib ziyarətə, görüb bılar ağlaşır. Deeb:  

– Bacı, nə ücün ağlıyırsuz?  

Deeb:  


– Bəs belə. Kişi görüb ki, hə pəncərədən möcüzə. Qapı-

nın da dalınnan cəftəsi keçilidi ha. Qapını acıblar da, nəə heç 

kim yox içəridə.  

Gəlib  atamın  yanına  atam  zapravkada  onda  işdiyirdi. 

Götürüb atamı da gediblər Ərkivana. Yığıb gətirib bizi. Anam 

onda  toba  eləmişdi,  heç  yerə  getmirdi.  Hər  yerdən  məhrum 




 

155 


idi.  Atam  dedi,  səə  bı  göstərmə  oldu  ki,  ən  böyük  ocağ  elə 

səən öz evündədi. Başqa yerə getməyə ehtiyac yoxdu. 

 

Mən dilənçi deyiləm 

 

Bir dənə də epizod danışım. Atam  yetim uşağ olub. Se-

mişka,  siqaret  satırmış.  Bi  dənə  də  özünnən  böyük  bacısı 

olub.  Onun  üzünə  qapını  bağlıyıb  gedirmiş.  Deeb  yiyəsizük, 

heç  kəsimiz  yoxdu.  Onu  evdə  qoyurmuş.  Gedirmiş  alver  eli-

yirmiş,  gətirirmiş  bacısına  çörəy  verirmiş.  Yenə  gedirmiş. 

Amma o, kasıblığnan heç kəsə əyilmiyib. 

Bi gün  bi  İdris adında polis  rəisi  vardı. O deyər  ki, o  se-

mişka satan uşağları tutun. Atam çox balaca olub. Deer, hamısı 

qaşdı,  atamı  başdeyıblar  qovmağa.  Bu  gəlib  çatıb,  atama  iki 

dənə elə şillə qoyub ki, atam dəyib yerə. Əlindəkilər dağılıb ye-

rə. Soyuğ da hava imiş. Başında da o tüklü papağlar olurdu yee 

qabağ,  onnan  var  imiş.  Tutublar  bıları  gətiriblər.  Bı  atamı  çox 

incidib o adam. Qolunnan tutub belə sürüyüb. Gətirib salıb ota-

ğa. Otağda da peç yanırmış. Atamın başınnan papağı alıb soxub 

o  yanan  peçin içinə. Peç sönər. Nə qədər eliyər  o peç  yanmaz. 

Sora götürər bu papağı çırpar atama. Deeb götür rətdol.  

Çıxıblar  gediblər.  Helə  bı  gedən  kimi  bı  kişiyə  xəbər 

gələr ki, evə gəlsün oğlu ölür. Gedib görüb ki, uşağı üzü qib-

liyə  çeviriblər,  arvad  çatan  kimi  deyib  evün  yıxılsün  kimi 

sızıldadıbsan?  Məən  balam  ölür.  Deeb,  Mirini  vırmışam. 

Deeb tap gətir. Ooon əl, ayağınnan öpüm. Həm də uşağın ağzı 

əyilibmiş.  Atamı  düşüb  axtarıblar  sahatdarnan.  Axırda  tapıb-

lar, gətiriblər. Bı gəlib girib içəri, balacaboy adam ola. Gorüb 

ki, arvad ağlıyır ki, ağa səən, başua dönüm, qucağlıyıb atamı, 

öpüb. Atam deeb ki, əlüü çək. Atamın da 10 -12 yaşı olub. O 




 

156 


dəstə ki, var semişkaçı uşağlar, hamısı dəsteynən gəliblər ata-

mın daleycan. Arvad deeb, ağa, uşağın adı Füzuli olub, Füzuli 

ölür ona əlüvü çək.  

Deeb arvada:  

– Ürəyın göyneyir?  

Deeb ki, hə evladımdı. Deeb atası, anası hərəvüz bi qo-

luna  girün,  uşağ  ət  kimidi.  Durğuzun  ayaq  üstə  tutun  uşağı. 

Gör nə qədər hikkə olub atamda ki, otağın o başında uşağı tu-

tublar,  bı  başınnan  qaçıb  gəlib  ona  iki  dənə  o  şilləni  qoyub. 

Anası  hiyyy  eliyib.  Atam  deyib  ki,  səən  ürəyin  göynədi, 

məəm də anam olseydi, göyniyərdi bayağ səən  ərün məni  vı-

randa. Gəlib əlin çəkib deeb ki, bına ölüm yoxdu. 

Arvad  gətirib  veşılkada  atama  kastyum  verib,  deeb  and 

olsun cətduə ki,  kastyumu  almuşuğ,  bayrama bına geydirməyə. 

Geyinmiyib. Bı sənün. Atam alıb çırpıb paltarı, deeb mən dilən-

çi döörəm. Mən öz qazancımı yeyirəm hələ. Mənə lazım döör.  

 

*  *  * 


O  qədər  səliqəli  adam  idi  ki,  bırdan  çıxardı.  Hər  yan 

palçığ  olardı,  onun  ayaqqabısının  ancağ  altı  batardı.  Elə  bil 

göynən gedərdi. 

 

*  *  * 



Məsələn, kimsə uşağı gətirərdi yanına ki, ya bı diksinib, 

ya xəstədi,  ya qorxub nəsə, hökman deyərdi ki, uşağı həkimə 

aparun.  Qurannan  ayələr  də  oxuyardı  ha,  amma  həkimə 

məsləhət görərdi. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə