ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə40/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

 

157 


Aparın gəzdirin 

 

Bi dəfə Saatdıdan iki qardaş gəldi. Dedilər:  



–  Ağa,  valla  sorağlaşa-sorağlaşa  gəlib  çıxmışuğ  bıra,  iki 

qardaşa bir evladımız var. Nə qədər istiyirsən var-dövlətimiz var 

də,  yəni  yer-yurdumuz,  malımız-heyvanımız  hər  cür.  Bı  uşağ 

gecələr durur, çıxır gedir, gəzir. Bunu yığışdıra bilmirüy biz. Ya 

qoşulur bu uşağlara, hər  cür maddıyyatı  var  də.  Gedir ora bıra. 

Bı  uşağı  biz  ipə-sapa  yatızdıra  bilmirüy  də.  Evə  salıb  qapını 

bağlıyiruy alınmır. Nəsə bizə bi əlac qıl, ağa, qurban olum.  

Mir  Tağı  Ağa  saldı  uşağı  içəri  tək  tənha,  mənə  də  göz 

elədi  ki,  gəl  içəri  bu  uşağa  bir-iki  suallar  ver.  Dedi  ki,  soruş 

dostarı onu niyə çox istiyir? Onnan nə  tələb eliyillər, nəydən 

xoşu  gəlmir.  Getdim  soruşdum.  Gəldim  uşağın  dediklərin 

ağama dedim. Sora özü girdi içəri, bir neçə dəqiqə söbət elə-

di. Sora oturdular çay-çörəy yedilər, atam dedi, bu uşağı götür 

3-4 ay çıxart bu ölkədən. Düşdüyü mühütdən çıxart apar bını. 

Bu mühütdən tamam uzağlaşdır bı uşağı. Nə narazılığun olsa, 

sora mənə deyərsən.  

Bir  yarım  ildən  sora,  rəhmətdiy  Səkinə  bibi  gəldi,  dedi 

evləndiriblər  o  uşağı.  Elə  o  vaxt  da  aparıblar  onda  bir  neçə 

müddətə çıxardıblar ölkədən. Deer, qayıdıb gələnnən sora heç 

o  uşağları  yaxın  qoymuyub.  O  dostdarı  qəti  sürətdə  yaxın 

qoymuyub. 

 

Qazana bilirsən get qazan 

 

Bi  nəfər  o  biri  qardaşımı  –  Mir  Əli  qardaşımı  çox  in-



citdi, amma bı ona o qədər güzəşt elədi, elədi. Dedi:  

– Yox ee, ağa, belə evüü də sat mənə ver, son nöktə belə 

gəldi də.  



 

158 


Bı dayandı, dedi:  

– İndi get, gorüm nə qazanırsan qazan.  

Adi maşın əzilmə haqq hesabında olmuşdu bı şey. İspi-

sat maşını bına düzəltdirdi. Baş idarədən bına zəng vırdılar ki, 

ağa, o maşın ispisatdı. Sən ona heş nə qoyma. Olar onçün ci-

nayət daşıyır. Amma dedi, yox eee, onnan çörəy qazanır, qoy 

düzəldim. Düzəltdi verdi, dedi:  

–  Yox  eee  əlavə  nəsə  də  verməlisən  mənə.  Bı  da  bezdi 

yazığ, dedi, qazana bilirsən indi get qazan.  

İnanun  bir-birinin  dalıycan  olarda  dört  hüzür  birdən 

düşdü. Düşdülər bının ayağına, bı da dedi ki, mən sizə qarğış 

eləməmişəm,  sadəcə  dedim  qazana  bilzöz  qazanın.  Bı  evin 

qədəri qədər qazana bilsən, get qazan.  

 

Məzluma kömək elə 

 

Həmişə  mənə  deerdi  ki,  oğlum,  işdiyirsən,  çörəy  qaza-



nırsan, həmişə məzluma köməy elə. İnanun o söz mənim bey-

nimdə  elə  qalıb  ki,  indi  də  Masallının  elə  bir  kəndi-kəsəyi 

yoxdu  ki,  orda  məni  tanımasınnar.  Hara  getmişəm,  harda 

oturmuşam, hamı deyib sənin aton çox gözəl insan idi.  

O, ölən günü isə dedim hə gör biz nə qədər böyük insanı 

itirdik. Ağlım kəsmiyən tanıdığım-tanımadığım adamlar gəlib 

bırda elə ağlıyırdılar, məəttəl qalırdım, əşi. 

 

Öz ölümünü bilmək 

 

Ölümünə  qədər  bilmişdi.  Səhərə  yaxın  idi,  namazı  qıl-



mışdı. Mən də bırda yatmırdım, o ocağ evində yatırdım. Gör-

düm o  balaca qardaşım gəldi ki, bəs kişinin nəsə halı dönüb. 

Gəldim bıra gördüm, kişi uzanıb üzü qibliyə, tər basıb. Sildüy 



 

159 


tərini  zadını,  dedi,  bala,  qorxmeyün,  bı  tər  o  tərdən  döyül. 

Mən  gedirəm.  Bir-birüzdən  müğayət  olun.  Mənim  vaxtım 

tamamlandı.  Heş  nədən  qorxmeyün,  heş  nədən  çəkinmeyün. 

Ölüm ölümdü. Bir gün gəlmişüy, bir gün güdəcüy. Dedi:  

–  Mən  gedirəm,  mənnən  sora  yerimdə  o  böyük  qarda-

şıvuzdu. Ba bı ardıcıllığ getməlidi. 

Mən ağanın altıncı oğluyam. Atam deyərdi ki, daim ça-

lışun  cəmiyyətə  xeyirivüz  dəysin.  İnsannara  bacardığca  yax-

şılığ eliyün, onnarı da yaxşılığa sövq eliyün. Məsələn, mənim 

əhatəmdə  olan  sinif  yoldaşdarımızın  əksəriyyəti  içən  idilər. 

Amma indi, hamısı namaz qılır. Bu da bizə atamnan tərbiyədi 

ki, cəmiyətə xeyrivüz dəysin. Mənim şəxsən özümə deyib ki, 

pis vərdişlərə qurşanson, sənə atalığ haqqımı halal eləmərəm. 

Deyirdi,  insana  iki  şey  qalır  həyatda.  Bir  rəhmət,  bir  lənət. 

Çalışun  lənət  qazanmıyun.  Bu,  çox  asan  bi  şeydi.  Onu  hamı 

qazana bilər. Amma rəhməti qazanmağ çox çətindi. 

 

*  *  * 


Bi dəfə məktəbdən gəlirdim, bi nəfər qonşu dedi, gözdə 

gözdə, mən də uşağam məktəbdən gəlirəm. Dedim:  

– Nə işdi?  

Dedi:  


– Sənə bi şey verəcəm.  

Dedim:  


– Nə?  

Gördüm cücədi iki dənə, bağlıyıb qəzetdə büküb, gətirdi 

verməyə mənə. Dedim:  

– Bu nədi?  

Dedi:  

– Sizə cədd malı verirəm.  




 

160 


Dedim:  

– Biz dilənçi-zad döyülük. Cədd malı verən ocağa gələr. 

Mən sənçin yükdaşıyan deyiləm. 

Dedi:  


– Niyə elə bəs?  

Dedim:  


– Elə döyül, məə belə tərbiyə veriblər ki, yolda sənə nə-

sə  versələr,  qəbul  eləmə.  Sən  ağzunda  ağa  deyirsən.  Ağa  cə-

miyyətin elitasıdı.  

Bı  baxdı  belə.  Bıy  ağa  bağışda.  Atam  bizə  deyərdi  ki, 

oğul ağalığı özüvüzə şüar tutub, işivüzü aşırmoun.  

 

Mənim qabağımda kiminsə qəddinin əyilməyini 



xoşlamıram 

 

Bi  dəfə,  bu  Prişif  deyirdüy  də  ordan  bi  qadın,  hər  yeri 



gəzib, ona deyiblər ki, xərçəng xəstəliyi var səndə – başunda. 

Yatıb yuxuda görüb atamı. Necə görüb, deer gördüm ki, tunel 

kimi  yerdən  keşdim,  atamı  aşkarda  görmeyib  aaa,  sorağnan 

gəlib  tapıb.  Dedi  ki,  bırda  Mir  Tağı  Ağanın  evi  buradır.  De-

dük, hə elə düz gəlmisən. Sorağlaşa, sorağlaşa gəlib çıxıb bu-

ra. Gəldi başın-zadın adyalnan-zadnan bağlıyıb, xəstədi. Gəl-

di çıxartduğ yuxarı, dedi, yox mən gördüyüm bıra döör. Bala-

ca ev idi, köhnə, belə tunel kimi yerdən keşdim. Gətirdüy onu 

ordan  keçirtdüy.  Keşdi,  dedi  hə  bıraydı.  Oturdu  evin  divar-

rarın  öpür,  ocağın  başına  pərvanədi  də.  Doymur  də  bı  adam. 

Ağlıyır, amma sevinir. Deer, mənə bı kişini göstəriblər, dərdi-

min  dərmanı  bırdadı.  Atam  da  işdə  idi.  Bı  qadın  gözzədi. 

Nəsə çörəy-zad yedi elədi, sora anam xəbər verdi ki, atam gə-

lir. Qadın dik durdu ayağa. Dedi ki, mən onun ayağların öpə-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə