ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə37/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

 

145 


kusubun  həmişə  arxa  dayağı  olub.  Mənçün  marağlı  idi  ki,  o 

balaca vücuduynan rayonda nə baş verirdi, nə olurdusa, hamı-

sınnan  da  xəbərdar  olurdu.  Hammıya  da  çalışırdı  ki,  yaxşılığ 

eləsin. Düzdü ona çox müraciətdər olunurdu. 

Bi dəfə bayramdı – Novruz bayramıdı, oturmuşuğ evdə, 

1965-66-cı illərdi. Mən də bı arxadakı həmən evdə, orda dün-

yaya  gəlmişəm,  pəncərədə  oturub  dərssərimi  hazırrerdım. 

Nənəm  rəhmətdiy  ağama  dedi  ki,  a  kişi,  səhər  Noruz  bay-

ramıdı, evdə tədarükümüz zad yox. Dedi: 

– Ağanın balalarının ruzusu bax o pəncərədən gələcəy.  

Elə,  belə  evdə  oturmuşduğ  axşamçağıydı,  şəxsən  mə-

nimçün  bi  möcüzəydi  də  bu.  Bi  də  gördüy  nəsə  şarap-şarap 

dəydi pencəriyə. Mən də əlimnən ruçkanı zadı tez atdım  yerə 

ki, ə, bı nədi belə?  

Çıxağ  görəy  bı  kəvələ  deyillər  e  bizdə,  quş  gəl  çırpıl 

pəncıriyə düş pola. Nə isə, bı birsi balaca otağ vardı, onda içi 

hələ  hazır  döördi.  Quş  özün  yıxdı  ora.  Getdim  quşu  tutdum 

gətirdim. Ağa dedi:  

–  Gördün?  Mən  sənə  dedim,  ay  arvad,  mənim  balala-

rımın ruzusunu Allah bı pəncərədən verəcək. 



 

Yağış yağmayacaq 

 

Bir dəfə də mən ev tikmişəm orda, onun üstün  bağlıya-



cöy  iş görürük orda, nəsə qış  ərərfəsinə düşüb.  Yanvar ayıdı. 

Helə  bı  ussalara  çalışıruğ  ki,  gəlün  evin  üssün  vırun  filan. 

Ussaların biri gəldi, dedi hə məcbur eliyirsüz, kətdə bı Alvadı 

tərəfdə məçitin üssünü örtürüy. Onun üssünü açığ qoyub gəlib 

sənin  evün  üssün  bağlıya  bilmərük.  Gündəliy  də  sinoptiklər 

xəbər  verir ki,  yağış  yağacağ. Hə, rəhmətdik kişi gəldi durdu 




 

146 


orda dedi ki, inşallah  yağmıyacağ. Narahat olmoun. Gedün o 

məçitin də üssün örtün, gəlib bırdada işiüzü görərsüz. İnşallah 

Allah möhlət verəcəy.  

Hardasa  bi  həftə  çəkdi  o  məçitin  işi.  Mən  də  narahatam 

ki, əşi, bı iş qaldı. Əlqərəz uşağlar gəldi. Üç günə görüləcəy işi 

iki  günə  gördülər.  İnanırsuz ki,  düşdülər  aşağı  ussalar,  ağa  da 

ordan  yavaş-yavaş  gəlirdi.  Gəldi  xeyir-dua  verdi.  Allah  xeyir 

versin bala, sizə mən dedim axı darıxmoun Allah möhlət verə-

cəy. Elə uşağlar çörəy zad yedilər, bi isgan çay zad içib maşına 

oturmuşdular ki, bi leysan başdadı məəttəl qalduğ hamı. 



Mircənnətin yuxusu 

 

Bizim bi qonşu var onun on səkkiz il evladı olmeeb. Ar-

xa  qonşuda  savaşmışdılar,  ona  demişdilər  ki,  sonsuzsan.  O, 

ağlıya-ağlıya  gəldi,  anam  da  iş  görürdü.  Gəldi  yapışdı  baba-

mın şəklinnən. Dedi:  

–  Ay  ağa,  səən  eviün  nökəriyəm,  məni  burdan  naümüd 

qaytarma. Ya əlimi üz, ya ətəyivi. 

Elə  ağlıyır  ki.  Gəldi  o  köhnə  evimizdəydük  onda.  Ora 

da  neçə  əsrin  evidi  haa.  Dedi  oon  piləkannarının  daşın,  tor-

pağın  yeyərəm  mən.  Anam  gördü  bağrı  çatdeer,  dedi  qıza  it 

cəhənnəmə  get.  Onu  arxadan  yol  var  idi,  ordan  yola  salduğ 

getdi.  Bir  gün  mən  də  yuxuda  gördüm  ki,  nənəm  mənnən 

kimya göndərdi, iki nəfərə. Biri aldı tökdü gülün dibinə, bına 

verdim,  aldı  işdi.  Dedi,  oxay  nə  ləzzətdidi.  Elə  yuxuda  da 

gəlirəm nənəmin  yanına, deyirəm nənə bəs belə də aldı işdi  , 

nənəm  də  bulağ  kimi  yer  idi,  ordan  su  qaynıyırdı,  əlin  atdı 

ordan  bi  lüt  uşağ  götürdü,  dedi,  apar  ver  Ayidə  gəlinə.  Bu 

onun qismətidi.  




 

147 


Bi  dəfə  də  yenə  yatmışdım.  Təkəm  evdə,  gördüm  ki, 

gəldilər həmin ocağ evdə, biri çağırdı, ürbəntdi çarşablı adam-

dı, qadındı, kişidi bilmirəm. Çağırdı Mir Cənnət! 

 Dedim: 


–  Bəli,  dedi  qızım,  mən  sənə  söz  deyirəm,  apar  çatdır 

yiyəsinə.  Bəs  sizin  qonşuda  Qulamhüseyn  var.  Biz  də  bilmi-

rük, elə hamı Qulam deyir, sən demə adı Qulamhüseyn imiş. 

Dedim bizim qonşuda belə adam  yoxdu. Dedi var, yoldaşının 

adı Ayidədi. Bəs onun evladı olacağ. Artığ 2 ay 18 gündü. O, 

sənin  ayağıva  gələcək.  Özü  gələcək.  Nəsə  mən  ayıldım.  Bir 

gun Ayidə gəldi paltar gətirdi sərməyə. Dedi, al bunu sər, de-

dim  mən  qəbul  eləmirəm.  Özün.  Gəldi  sərdi,  yığdı,  gedəndə 

nənəmə  dedi  ki,  bəs,  bibi,  Cənnət  mənə  cavab  qaytarıb.  Nə-

nəm dedi, səbəbsiz yerə olmaz. Çağırdı məni. Dedim ki, nənə, 

bəs  belənçiy  yuxu  görmüşəm.  And  olsun  Allaha  nolbanol 

ayına,  gününə  qədər,  düz  idi.  Ayidə  məəttəl  qaldı.  Dedi,  hə 

bəs doğurdan da belədi.  

 Ona hara deerdilər getmiirdi. Deyirdi mən ancağ bılara 

inanıram. Həmişə də gələrdi atam ona cibinnən xərjdig verər-

di.  Əmi,  gəlmişəm  xərjdiy  ver.  Mən  sənin  verdiylərünnən 

ancağ  yeyirəm. Atam da ona demişdi ki, inşallah sənə Allah-

tala övlad payı verəcəy narahat olma. Elə də oldu. Sadəcə ola-

rağ  müddətü  gözzə.  Səbr  elə,  onun  vaxtı  var,  qızım.  O  vaxt 

düz  on  səkkiz  il  çəhdi.  Şükür  ilahiyə  hec  kəsin  həyatı  boyu 

inanmadığı  bir  möcüzə  oldu  ki,  onun  evladı  oldu.  Bütün 

həkimlər də qarantiya vermişdi evladı olmiyacay, hər  yerə də 

aparmışdılar. Həmin uşağın adı İlkindi, indi onun özünün dört 

dənə də uşağı var.  

Ağam  da  insanı  inandırmağı  bacarırdı  ki,  istədigüə  nail 

olacağsan. Onda o xüsusiyyət var idi. 




 

148 


İlannarın qeyb olması 

 

Bi dəfə həyətə bir neçə dənə ilan gəlmişdi, daşdarın ara-

sınnan  çıxmışdı.  Anam  da  məni  orda  gözətçi  qoymuşdu  ki, 

daşdarın  arasınnan  çıxıb  uşağları  vira  bilər  ilan.  Hamısı  baş-

darın  çıxardıb  baxır  üzümüzə.  Mən  də  hardasa  5-6-cı  sinifdə 

oxuyuram.  Durmuşam  qoruyuram.  Anam  təşvişnən  dedi,  gö-

rən bı ilannar nətər  olacağ?  Ağam işdə, bı ilannarı neyniyək, 

elə bil üstümüzə atılmağ  istiyir. Hansıki indi o  ocağ olan  yer 

var  ha,  bax  orda.  Hamımız  bir-bir  nöbeynən  gəlib  dururuğ. 

Anam çörəyin yedi mən durdum, sora belə-belə də. Bi də gör-

düy  atam  gəlir.  Bu  evimiz  yarı  tikilmişdi.  Atamın  gəlməyinə 

elə  sevinnəm  ki,  gəlib  bıları  öldürəcəy.  Gördüm  atam  gəldi 

həyətə girdi, ilannar onnan da yox oldu. Dedim:  

– Ay dadaş, bırda ilan var idi.  

Dedi:  

– Ay qızım, orda ilan qalmaz.  



Gəldi  ayağın  qoydu  o  daşın  üstünə,  mən  bayağdan  o 

daşın arasına baxıram ki, o ilan məni vıracağ. İndi həmin ilan-

nar yoxa çıxdı. Dedim:  

– Yox, ay ata, bırda ilan var idi.  

Dedi:  

– Qızım, sənə dedm axı, orda ilan qalmaz.  



Daşı götürdüm itələdim çay daşları idi, bı  tərəfə o tərə-

fə.  Heş  nə  yoxdu.  Nə  ilanı  gedən  görmədim,  nə  də  yuvasını. 

Qeybə çəkildi. 

 Bizim  həyətə  it  sürüynən  gəlib  girərdi.  Çağırarduğ  da-

daş, gəl həyətə it dolub, bizim həyət də həmişə açığ olub. Hə-

yətə düşməginnən itdər yox olardı.  

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə