165
də xırdalanan var dövlətdi. Helə xirdalanır, artır. Pılı xərjdiyər-
sən qutarar, amma mənim bı var-dövlətimnən heç nə tükənir,
nə bitir. Bı kişi də mat-mat baxır bının üzünə. Çatmır bına bı
nə deyir. Deyib ağa bırda axı elə bi var-dövlət əldə eləməy ol-
maz. Ağa deyər ki, bunnan böyük var-dövlət ola bilməz.
Atam hər günü üçün şükür eliyən adam olub. Bizlərə də
onu həmməşə tövsiyə eliyərdi. Deyirdi, Allahtala sənə nəyi
verib ona qane ol! Sən Rəbbüü həmişə yadunda saxla, o da
səni yaddan çıxarmaz inşallah.
Deyərdi, Allah adama həmişə iki dəfə gülür. Bi səni qal-
dıranda yuksəyə, ətrafındakılar istiyir dartıb səni salsın yerə,
onda gülür, bi də səni yıxanda, o yerdəkilər istiyir səni qaldır-
sın, bir də onda gülür ki, mən yıxıram eeee sən hara əlləşir-
sən? Sən mənim qüdrətin qarşısında kimsən?
Mir Əlican Ağanın qadının yuxusuna girməsi
Uşağ idim, 6-7 yaşım olardı, babamın qulluğunda durur-
dum. Bi gün həyətdə durmuşdum, gördüm söhbət gedir qde-to
1970-ci illər olardı, bir maşın gəldi dayandı. Soruşdular ki,
ağanın evi buradı? Mir Əlican ağanın? Dedim ki, bəli. Balaca
bir ev vardı o vaxtı. Qadınnardı, iki də kişi idi. Qadınnar gəl-
dilər, sürünə-sürünə evin başında 3 dəfə fırrandılar. Baba rəh-
mətdik də balkonda oturmuşdu.Yuxarı qalxanda həmən qadı-
nın biri babanı gördü, huşu getdi özünnən. Dedi ki, bu kişi idi,
Maskvada məəm qarşıma çıxan.
Deməli, məsələ nə idi. Olar gəldilər babanı tapdilar, qur-
ban kəsmişdilər. Deməli, Maskvada, bu qadının qardaşı öz öv-
ladınnan avto avariya düşüblər. Belə olub ki, bı xəstəxananın hə-
yətinə gündə gəlirmiş, deyirmişdər ki, vəziyyəti ağırdı, öləcək.
Ölməsə, bunu tutacaxlar, günahkar budu. Qadın deer ki, Allah
166
dərgahına əlimi qaldırdım ki, İlahi, özün kömək ol. Deer, başımı
belə tutmuşdum yuxu məni tutdu. Yuxu tutanda bacımı gördüm
dedi ki, Mir Əlican Ağanın cəddini çağır, o, köməy olar. Deer
başımı belə qaldırdım, səs eşitdim. Dedi ki, qızım, noolub? Ba-
şımı qaldırdım dedim, ağa, sənsən? Maskvada, xəstəxanada hə-
yətdə gördüm onu. Deeb. dərdüü bilirəm. Allahı çağır, cəd-
dimizi çağır. Hər şey yaxşı olar, narahat olma. Allaha iman gətir,
yəni namaz qıl söbəti olub. Deer, gözümü belə yumdum, dedim,
ay ağa, nə desən eliyərəm, başımı qaldırdım gördüm ağa yoxdu.
Üstünnən bir yarım saat keçdi, oturmuşuğ də hamımız.
Birdən həkim gəldi, qaçdım qabağına, dedi ki, qardaşın özünə
gəlir. Belə oldu ki, iki günnən sora ekspertizanın rəyi çıxdı və
rəydə də çıxdı ki, həqiqətən günahkar başqa maşın imiş. Olar
da alkaqol vəziyyətində olublarmış sən demə. Ordan deer,
mən bacıma zəng elədim ki, bəs belə də, o seyidi tanıyırsan?
Bacım dedi, mən sənə nə deyim bilmirəm valla, amma
eşitmişəm, hardasa var Masallıda. Nə isə olar gəlib tapdılar,
qurban kəsdilər. Bax bu mənim uşağlığ xatirələrimdi.
Mir Rəsul Ağa və atası Mir Əlican Ağa
Əvvəcə onu qeyd edim ki, babamız da, atamız da, burda
anadan olmuyub. Yardımlı rayonunun Primbil kəndində olub-
lar. Primbil seyiddərinnən olublar. Müharibədən sora, baba-
mın o vaxtı 50 yaşı olub, arxa cəbhədə olub.Əmimiz də rəh-
mətə gedənnən sora hardasa Bir-iki il sora 47-48-ci illərdə
əvvəl köç eliyiblər Cəlilabada, sora 50-ci illərin əvvələrində
bura köçüblər. O vaxta qədər burda yaşayış olmuyub.Yəni
bizdərdən söbət gedir.
167
Mir Rəsul Ağanın övlad verməsi
Atamızda da böyuk kəramət olub. Vaxtilə mən ədliyədə
işdiyən zaman babamın, atamın cəddinin hansı qüvvədə oldu-
ğunu mənim iş yoldaşdarım eşidmişdi. Mənim iş yoldaşda-
rımnan biri evlənmişdi, amma yeddi ildi övladı olmurdu. Bir
gün belə qərara gəldik biz cənub bölgəsi üzrə ezamiyyətə gə-
lək, gələndə həmən yoldaş ki, var o da biznən gəldi. Nəsə bəzi
lazımi işdəri görənnən sora gəldik ağamın yanına. Oturduğ
söbət elədüy. Həmın adam dedi:
– Ağa, mən bi niyyətnən gəlmişəm.
Dedi:
– Demiyə bilərsən. Sənin övladın olmur. Bu qurudu,
duruxdu.
Dedi:
– Allah sənə övlad verəcək. Amma bir şərtnən əyər sən
özün namaz qılmağa imkanın yoxdursa, sənin valideynlərin-
nən atan və yaxud da anan, kimsə namaz qılsın hec olma-
sa.Yəni onun müqabilində.
Dedi ki, ağa, baş üstə. Üstünnən 3 ay keçmişdi, iş yol-
daşıyığ mənə yaxınnaşdı, dedi ki, seyid xəbərin var əmi ola-
cağsan. Deməli, Məhəmməd peyğəmbərin mövlud günü onun
qızı oldu. İndinin indisində də həmən yoldaş deyir ki, sizin
övladınızdı, sizin qızınızdı. Bir neçə dəfə belə hadisələr olub.
Atamın da, babamın da belə möcüzələri çox olub.
Mir Əlican Ağanın batan maşını çıxarmağı
Masallının uzağ bir kəndinə babam əlil bir qadına ərzağ,
əlinə düşəni aparıb. Geri qayıdanda bərk yağış tutub, axşamcağı
olub. Avtobus da olmuyub geri qayıtmağa. Söhbət gedir 1960-
168
cı illərdən. Qonşu kətdən biri təzə qaz 53 maşın alıbmış. Bora-
digah qəsəbəsinnən qayıdanda görüb ki, yolda yağış yağır, bir
yaşdı kişi əl eliyir. Deeb, baxıb kinayənən ki, mən bu yağışda
səni də götürəcəm? Nəsə saxlamıyıb. Maşın babadan ayrılan
kimi xarab olub. Gedib qabaxda dayanıb, nə qədər eliyib təzə
maşındı tərpənmiyib yerinnən. Nəysə, deer, belə otmuşdum
baxdım gördüm maşının qapısın aşdı kimsə, baxdım gördüm bu
ağadı. Tanımıyıb də. Deeb ki, ağa, cəddivə qurban burda niyə
sən? Deeb ki, burda əlil bir qadın var, ona ərzaq gətirmişdim.
Deeb, bə niyə getmirsən? Deer ki, ağa getmir axı. Əlin belə
deer vurdu maşına, dedi ya Allah deməynən maşın xoddandı.
Mən də ağa da mindüy maşına. O qədər həyəcannandım ki, ma-
şınnan nə vaxt gəlmişəm bilməmişəm. Şıxlara çatanda, o vaxt
da belə yollar yox idi, torpax yol idi. Yağış da yağdığına görə
aləm palçığ idi. Baba deyib ki, bala, girmə bura, batarsan. Bur-
dan da özüm piyada gedəcəm. Dedim, yox eee ağa, sən nə danı-
şırsan. Namazın vaxtıdı. Deer, hələ də özümə gələ bilməmişəm.
Əlqərəz maşını saxladım, baba düşdü, getdi dəstəmaz
almağa. Mən də dedim da maşını arxaya cevirim, batdı maşın.
Elə batdı ki, təkərin axırına qədər. Nə qədər elədim gördüm
ki, qeyri mümükündü çıxartmağ. İndi fikirrəşirəm ki, trak-
tordan-zaddan tapım bu maşını çıxartmağa. Bi də gördüm ağa
əlindəki suqabını qoydu gəldi. Dedi, mən sənə dedim axı
girmə bura. Dedi, maşını xodda, dedim ağa maşın xoddadı.
Əlin deer ki, maşına vurmağnan elə bil ki, maşını böyük bir
traktor götürdü qoydu kənara. Maşın o sürətnən elə gəldi ki.
Evə gəldim təzə evlənmişdim, ağlıyıram, yoldaşım baxır ki,
sənə noolub. Deeb heç nə ağanın möcüzəsin görmüşəm. Sora
kimə o maşın batan yeri göstərib deyirdim ki, mən burdan
çıxmışam heç kəsin inanmağı gəlmirdi.
Dostları ilə paylaş: |