173
Oğlanın böyük qardaşı deyib ki, bir iş var, səni aparacam ora
barışığ etməyə. Nə isə gəliblər ora, deyir, orda mən anladım
ki, məni bura nəyə gətiriblər. Ona qədər işin tam mahiyətini
başa düşmürdüm. Biləndə ki, bu iş bu qədər dərin məsələdi,
orda ev yiyəisnə də qızgilə də demişdi ki, mən istiyirəm ki,
siz bu işdə özünüz qərar verəsiz. Əgər tutdurmağ istiyirsiniz-
sə, bunun cəzası budursa, özünüz qərar verin. Mənə anlatsay-
dız, heç bura gəlməzdim. Amma qızın atası durub demişdi ki,
bu kişinin bu cür xasiyyətinə görə mən keçirəm, mən bağışdı-
yıram. Ağam demişdi ki, sən keçsən belə mən bağışdamaram.
Bunu mənim qəlbim qəbul eləmir.
* * *
Demək burda təkcə babamın qəbri var idi. Bax görürsüz
yazılıb orda da. 1980-ci ildə yanvarın 8-də dünyasını dəyişib,
bir məqbərə kimi var idi onda. Sora isə 1994-cü ildə buranın
yeri atıldı və nəzərdə tutuldu ki, bura nisbətdə böyük olsun.
Ağam özü öz istəyinnən öz qəbrini qazdırmışdı hələ sağ ikən.
Baxın bırda sizə bir şey göstərəcəm, bəlkə də heç fikir ver-
mədiniz bayağ. Diqqətnən baxsaz görərsiz ki, burda bir qəbir o
biri qəbirə nisbətdə 2-3 sm fərqlidir hündürlüyündə. Bu da o
deməkdir ki, yəni özünü atasınnan aşağıda tutub. Öz qəbrini bir
az aşağı hördürüb. O əvvəlcədən hər şeyi fikirrəşib. Həftənin
hər 4-cü günü o gələrdi bura, atasını ziyarət eliyərdi.
* * *
Ağamın yanına hər dərdə görə gəlirdilər. Bi dəfə qonşu
kətdən bi kişi gəlmidi, onun qolu çürüyürdü. Ağam ona əl çək-
məknən onun çürüməsi dayanmışdı, hələ də var o adam sap sağ-
lam adamdı. Bi də əllərdə xırda ziyil filan olardı ha, elə bircə
dəfə tüpürürdü üstünə elə onnan da səhəri görürdün ki, yoxdu.
174
Mir Kazım Ağa “Tüfəngim olaydı”
Mir Kazım ağa 1939-cu ildə gəlib bizim kəndə. Gülli-
təpədə olurdı. Ordan gəlib qalıb. Qar idi, muharibədən sora
idi. Oların evinin qabağında dik var. Göydən qaz ucur, deer bi
tüfəngim oleydi oon birin vıreydim. Ordan qazın biri ayrıldı
gəldi, düşdü onun qanşarına. Mir Kazım Ağa tutdı dedi, Al-
lahın heyvanı çıx get. Getmədi. Nəğada əlləşdi qaz getmədi.
O da götürdi, gətirdi. Özü elə bizim kətdə olurdu. Onun burda
türbəsi var, camaat ora ziyarətə gedir. Onun nəvəsi indi bizim
axunddu. Qumda oxuyub gəlib.
Söyləyicilər:
Hacı Mir Qiyas Təhməzov, doğum tarixi 1944, təhsili orta,
Masallı şəhəri
Musarza Əsgər oğlu, doğum tarixi 1956, təhsili ali, Mahmu-
davar kəndi
Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi
Hacı Nüsrət Nəsrullayev, doğum tarixi 1947, təhsili ali,
Qızılağac kəndi
Molla Kərbəlayi Nüsrət Qızılağaclı. Qızılağac kəndi, dünən
və bu gün. B., 2003
Ərkinaz Ağabalayeva, doğum tarixi 1942, təhsili səkizillik ,
Qızılağac kəndi
Ələkbər Ələkbərov, doğum tarixi 1928, təhsili orta, Qızıla-
ğac kəndi
Musarza Əsgər oğlu, doğum tarixi 1956, təhsili ali, Mahmu-
davar kəndi
İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi
Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi
175
Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta,
Xırmandalı kəndi.
Nəriman Qafarov, doğum tarixi1939, təhsili ali, Hişkədərə
kəndi.
Aygul Səmədova, doğum tarixi 1972, təhsili orta, Rüdəkənar
kəndi.
Dilbər Nağıyeva, doğum tarixi 1954, təhsili orta, Bədəlan
kəndi.
Məleykə Nağıyeva, doğum tarixi 1968, təhsili orta, Bədəlan
kəndi.
Elxan Kazımov, doğum tarixi 1981, təhsili orta, Ərkivan kəndi.
Ələddin Nəzərov, doğum tarixi 1957, təhsili ali, Ərkivan kəndi.
Mir Yaqub Abdullayev, doğum tarixi 1961, təhsili orta,
Bambaşı kəndi.
Şövkət Huseynova, 50 yaş, təhsili ali, I Şıxlar kəndi.
Mir Əli Tağıyev, doğum tarixi 1956, təhsili orta, Masallı şəhəri.
Mir Möhsün Tağıyev, doğum tarixi 1961, təhsili ali, Masallı
şəhəri.
Mircənnət Rəfiyeva, doğum tarixi 1963, təhsili orta, Masallı
şəhəri.
Gülüstan Şükürova, 45 yaş,təhsili orta ixtisas, Masallı şəhəri.
Mir Qabil Tağıyev, doğum tarixi 1974, təhsili orta, Masallı
Mir Rafiq Bədirov, doğum tarixi 1965, təhsili ali, //Şıxlar
kəndi.
Mir Paşa Bədəlov, doğum tarixi 1972, təhsili ali, //Şıxlar kəndi.
Məhəmməd Abıyev, doğum tarixi 1927, təhsili orta, Köhnə
Alvadı kəndi.
Toplayanlar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
Çiçək Əfəndiyeva
176
5. ƏFSANƏLƏR
* * *
Qədimdə burda qocalar varmış. Otururmuşlar burda. Ma-
rağlı məsəllər söylərmişlər. Bura karvan ticarət yolu qovşağın-
da yerrəşdiyinə görə burdan keçən adamlar söylərmiş. Bura
məsəl söylənən yerdi. Əfsanədə böyük-kiçiyliy yoxdu. Rəva-
yətdi toponamik əfsanələr var. Masallı ilə bağlı əfsanə yoxdu.
Qızılağac
Suyu şirin və acı olan ancağ Qızılağacdadı. Bizdə ona
“Kiçik dəniz” deyirlər, “Böyük dəniz” deyirlər. Suyu da bir
birinə qarışmaz. Quranda var ki, deyir suyu acı və şirin olan
“Ərrəhman” surəsində. Ancağ bizdədi – Qızılağacdadı. Ora-
da, deyir ki, İsgəndər dəniz suyu acı və şirin olan yerdə da-
yandı və orda istirahət elədi. Sonra səhər durdu gördü ki, atı
“Bukival” yoxdu. Atını oğurruyublar. Isgəndər dedi ki, əgər
mənim atımı gətirməsöz buranı xaraba qoyacağam. Əgər gəti-
rib atımı versöz, nə hörmət desəz, eliyəcəm. Gətirib deyir atı
buraxırlar ki, İsgəndər bu atı götür. Həmən o, Qızılağac əha-
lisinə hörmət eliyir.
Əli bulağı
Orda var məsələn, “Əli bulaq” haqqında əfsanə. Həzrəti
Əli haqqında əfsanədə deyilir ki, burda su da çıxır, şirin su.
Allahtala Quranda deyir ki, biz insanları cəzalandırmağ üçün
yorğun bitirdik həmin yerdə. Amma orda “Əli bulağı” deyilən
bir yer var. Əli bulağıdı, “Alı bulağı”da deyirlər.
Dostları ilə paylaş: |