ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə46/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

 

180 


etdikdən  sonra  onun  yalvarışlarını  eşidirlər.  Cənnət  üçün 

apardığı torpaqlardan bir hissəsini kəsib  tayfanın başçısı Mu-

ğana verməyi qərara alır. Xahişə gələnlərin arasında talışların 

da  nümayəndəsi  varmış.  O  da  Muğanla  birgə  gəlmiş  imiş. 

Ona görə də o torpaqlarda  yaşamaq üçün talışlara da  yer ver-

məyi  Muğana  tapşırırlar.  Elə  o  vaxtdan  bu  torpaqlar  "Talış-

Muğan zonası" adlanır. 

 

Xırmandalı 

 

Nəql olunur ki, ötənlərdə  mehribançılıqda, hörmətçillikdə 



və  nəfsitoxduqda  ad  çıxarmış  iki  qardaş  bu  oymaqda  bir  əkər, 

bir  biçər,  dəni  dəyirmanda  bir  üyüdərmişlər.  Bölgüyə  gələndə 

hər  kəs  qədərincə  götürüb  bəsimdi,”  deyərmiş…  Günlərin  bir 

gün  qardaşlar  xırmandan  paylarına  düşən  məhsulu  öz  evlərirnə 

aparırlarmış. Böyük qardaş evliymiş, düşünür ki, mən evli-eşikli 

adamam, güzaranım da pis deyil. Qoy kiçik qardaşımın payı çox 

olsun! Bu gün-sabah ailə qurar, ehtiyacı olar… Elə bu fikirlə öz 

payından bir hissəni ayırıb qatır qardaşının payına…  

Subay qardaş da öz-özlüyündə götür-qoy edir ki, böyük 

qardaşım  evli-eşiklidir,  bir  çətən  külfəti  var,  mənimsə  nə  ye-

yənim var, nə dağıdanım, qoy məhsulun çoxunu o aparsın. Və 

öz  payında  böyük  bir  hissəsini  qatır  qardaşının  payına…  Bu 

minvalla  paydakı  nişan  hər  gün  pozulur.  Xırmandan  məhsul 

tükənmək bilmir. El-obaya hay düşür ki, balam bu qardaşların 

xırmanı hey aşıb-daşır, xırmanı dolu qaldı… 

Sonralar  bu  qardaşları  el  arasında  nişan  verəndə  deyər-

mişlər  ki,  «Xırmanıdolu»  filankəslər.  Çox-çox  əvvəllər  yaşa-

yan  ağsaqqalların  dediyinə  görə  bizim  Xırmandalı  kəndinin 

adı bu əhvalatdan binə tutub.  



 

181 


Qızılgül əfsanəsi 

 

Bir  gün  mənə  dedilər  qızılgülün  mənası  nədi?  Dedim 



mən belə billəm, belə eşidmişəm. Mənası odu ki, Leyli Məc-

nun o vaxtı bir-birini sevillər. Valideynləri də vermirmiş. Ver-

miyəndə  Məcnun da dəli olur, dərdinə əlac olmur. O da deer 

mən  dəli  dööləm,  mən  sevirəm,  onun  dəlisiyəm.  Nə  qədər 

adam qızın atasına göndərib eliyillər ki, bu qızı ver ki, bu oğ-

lan çöllərə düşməsin. Deer yox, vermirəm ki, vermirəm. Leyli 

də Məcnun da vəfat eliyillər qubardan.  

Olar ölənnən sora  ikisin də  yan-yana basdırıllar. Ancaq 

oların arasına bi dənə qarı girir, pis qarı. Xəbər aparan. Leyli-

nin  qəbri  üsdə  qızılgül  bitir.  Allahtala  orda  qızılgül  bitirir, 

Məcnunun qəbri üsdə isə sırğeyigül bitirir. O qızılgülnən sır-

ğeyigül gəliilər bitişillər bi-birinə yuxarıda. O qarı ortadan qa-

ratikanı bitirir, orda da qoymur oları birrəşməyə. 

 

Söyləyicilər: 

 

Hacı  Nüsrət  Nəsrullayev,  doğum  tarixi  1947,  təhsili  ali, 



Qızılağac kəndi 

Mənsurə  Abdullayeva,  doğum  tarixi  1933,  təhsili  yoxdur, 

Qızılağac kəndi 

Əlizaman Baxış, Hacıtəpə (Keçmişdə və indi), B., 2010  

«Совет кянди» гязети, 26 ийул 1985 

Gülcahan  Ələkbərova,  75  yaş,  təhsili  yoxdur,  Qızılagac 

kəndi 

 

Toplayan: 

Füzuli Bayat Gözəlov 

 



 

182 


6. HƏM MƏZƏLİ, HƏM QƏRİBƏ ƏHVALATLAR 

 

Sənin eşşəyin 

 

Şəkililərdə belə bir şey var. Biri gedir Şəkiyə gəzir Şəki-



ni,  Şəki  dağlıq  yerdi,  axı,  Şəkini  gəzəndən  sonra  bu  azır. 

Azandan sonra gəlir çıxır bir yeməkxanaya, deyir:  

– Salam əleyküm oturmaq olar?  

Deyir:  


– Həblə oturun.  

– Nə var yeməyə?  

– Həblə quş südü, can dərmanı. Nə istiyirsən var.  

Deyir:  


– Mənə bir dənə kabab gətir, bir az da çörək. Başqa bir 

şey lazım deyil.  

– Həblə baş üstə. Gedir gətirir.  

Gətirəndən  soora  bu  yeyir,  deyir,  afisant,  gəl  pulu  apar 

deyir. Çox sağ ol qonağpərvərliyivə görə. Deyir:  

– Nə verəcəm?  

Deyir:  

– İyirmi manat.  

Deyir:  

–  Başuva  dönüm,  bir  dənə  kabab  yemişəm,  bir  tikə  də 

çörək, uzağı eləsin beş manat, iyirmi manat hardandı?  

Hay-küy qalxanda şef povur çıxır:  

– Həblə nə hay-küydü?  

Deyir:  


– Görmürsən, yeyibdi pulunu vermir.  

Deyir:  


– Sən kimsən pulunu vürmirsən?  


 

183 


Deyir:  

– Məni prokuror təyin ediblər. Bəs sən kimsən?  

Deyir:  

– Sənin eşşəyin. 

 

Sizə ətsünnət olmağdansa burda ətsünnət olaram 

 

Bir  dənə  molla  ətsünnət  olmuşdu.  Baxır  dala  görür  bir 



dənə qəşəng, gözəl-göyçək arvaddı deyir:  

– Bacı?  

Deyir:  

– Nədi?  

Deyir:  

– Ətsünnət olmuşam.  

Dedi:  

– Hə, qardaş.  



Dedi:  

– Əyalın yoxdu?  

Dedi:  

– Yoxdu.  



Dedi:  

– Şəriyyətdə bir var kəbin, bir də var siyğa. Kəbini mol-

la kəsir, deyir bacı sıyğanı oxuyum özümə. Ətivi verəcəm, ya-

ğını verəcəm, paltaruvı verəcəm. Deyir, razısan?  

Dedi:  

– Razıyam.  



Dedi:  

– Yaxşı, bilirsən, neçənci arvadım olacağsan?  

Dedi:  

– Yox.  



 

184 


Dedi:  

– On üçüncü.  

Dedi:  

– İstəmirəm.  



Dedi:  

– Niyə?  

Dedi:  

– Sizə ətsünnət olmağdansa, burda ətsünnət olaram. 



 

Talonum oğraş əlinə düşməyib 

 

Mənim  dostum  var  Paltexnikdə,  oxuyuruq  bir  yerdə. 



Onun bibisi oğlu gəlir, Şəkidən Bakıya. Bu oturar Şəkidə  yi-

yər-içər,  polnu.  Bu  gəlir  Gəncədə  restoranda  yenə  də  vurar. 

Birdən gəlir bir qayı saxlayır:  

– Filankəsov filankəs.  

Deyir:  

– Gözuvu yeyim. Şəkili Faiq.  

Deyir:  

– Qadanalım, sənədləri ver.  

Polis baxır görür bunun talonunda deşik yoxdu. Məzələ-

nir  dəə  bilir,  pul  alacaq.  Deyir,  qadan  alım,  sənin  talonunda 

heç deşik yoxdu ki?  

Deyir:  


– Rəis, gözüvu  yeyim, mənim  talonum hələ oğraş əlinə 

düşmüyübdü. 



 

Səbrin nə təhərdi? 

 

Aşağıda qohumların birinin hüzürü idi. Getmişdim hüzü-



rə başsalığına, orda molla söhbət eliyirdi, hərdən söhbətdə ara 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə