169
Siftə xiyar
Mən Maskvada oxuyurdum, ailəynən gəlmişik, otpuska-
ya. Axşam nəsə söbət olub, yoldaşım deeb ki, mart ayı idi,
görəsən xiyar çıxıb? Bırda kət camaatı tez əkir də. Baba rəh-
mətdik deer ki, yəqin ki, çıxar. Səhər-səhər saat 6, 7-yə işdə-
miş maşın siqnal verdi. Ay ağa, ay ağa. Mən şəxsən özüm
durdum çıxdım. Gördüm ağa əlində bu qədər bükülü xiyar
gəlir. Deməli, qonşu kətdə kimsə əkib, bazara satmağa aparır,
siftəsin ağeyçün gətirir. Ağa gətirib deer, gəlin, nə istəmişdün
dünən? Gəlin deer ki, ağa bunnan ötrü bazara getmisən?
Deeb ki, bala mən bazara getmirəm, Allahım özü gön-
dərib.
Yun torbasında ilan
O vaxtı kətdərdən yun yığırdılar, kimin nə qədər qoyunu
var nəsə. Bir xoşagəlməz bi adam var idi, həmən o yun yı-
ğannarın üstündə rəhbərrik eliyirdi. Kənt yeridi el adəti var,
yəni kişi evdə olmuyanda qadın icazəsiz gətirib nəyisə orda
təhvil verməzdi. Bizim evin yanında baza kimi yığırdılar
yunu ora. Bi dəfə kişi dedi, iki dəfə kişi dedi. Anam dedi ki,
seyid evdə yoxdu indi gələr, gözdeyin. Bu, çox kobud danış-
dı. Böyük qardaşım Hacı Mir Yahya o vaxt 10-cu sinifdə oxu-
yurdu. Əsəbləşdi ki, başqa kişi necə yəni evə deyər ki, belə.
Əlin atdı iki dənə sarı meşoklar var idi yunnan dolu. Əlin belə
tutdu götürdü gətirdi qoydu ora. Dedi, götürün, nə qədər ya-
zılmısızsa, götürün. Deməli, kişi yaxınnaşdı. İpi açanda me-
şokun ortasından bi dənə qızıl ilan qaldırdı başın belə tutdu. O
kişi yalan olmasın 200 metrə yola qədər qaşdı qorxusunnan.
Camaat çəkildı, iş dayandı.
170
Yəni qeyrilərinnən də mal tədarük eliyirdilər, onu ala bil-
mədilər. İndi gözdüyüllər ki, nə vaxt atam gələr. Bi də baxdılar
ki, ağa gəlir. Yaxınnaşdı noolub? Bı uje ağama gələ-gələ danışır,
deer, ağa, sən Allah bağışda, qurban olum. Neynirsən elə o ilanı
ordan götür. Ağam yaxınnaşdı, əvvəlcə dannadı o kişini. Sora
dedi ki, ay Allahın heyvanı, cəkil. İnanın qızıl ilan torbadan düş-
dü, sivrilə-sivrilə düz bizim həyətə – tövlənin yenə arxasına get-
di. Sora qardaşım torbanın birin saxladı, o birisini götürdü getdi.
Camaat ağaya çox böyük hörmət bəsdiyərdi. Məsələn,
kimnənsə kimin arasında bi də görürsən qan davası düşərdi,
ora əgər ağa gəlirdisə, orda mütləq barışığ olmalıydı.
Ağanın övlad verməsi
Məsəlçün birinin uşağını maşın vurmuşdu. Uşağ ölmüş-
dü. Özdə uşağ bir az ruhi xəstə idi. Olara demişdilər ki, sizin
heç övladıvız olmıyacağ. Amma ağa orda barışığ eliyənnən
sora, iki il sora oların övladı dünyaya gəldi. Həmin oğlan sağ-
salamatdı indi də. Ağam olara demişdi ki, haqqa gəl Allah yo-
lunda barışığ elə, Allah da sənə yenə övlad payı verər. Elə də
oldu. Şükür Allaha indi o oğlanın 15-20 yaşı var.
Ölümünü deməsi
Yolda QAİ saxladı bizi Rusiyada olanda. Sənəddər ha-
mısı bir yerdə və həmən ağanın pulu da oların arasında. De-
dim, saxlıyacağlar, qayda pozmusan. Dedi, heç nə eliyə bil-
məzzər, ağanın nişanəsi var orda. Deməli, inanın ki, açdı sə-
nəddərə baxdı, baxdı, fırradı. Axırıncı səyfəyə baxdı, pravaya
baxdı, texpasporta baxdı, ağanın manatına belə baxdı ortdü
sənəddəri, verdi, dedi “şaslivovo puti”. Dedi, mən sənə nə de-
171
dim? Bir yerdə ki, ağanın nişanəsi var, orda söz ola bilməz.
Biz də sürdüy çıxduy gəldüy.
Baba rəhmətdiy ölməmişdən 40 gün əvvəl nə vaxt olə-
cəyini özü dedi. Təcili ağamı, yəni atamı çağırdı yanına. De-
di, bala, mən getməliyəm. Dedi, ay ağa, noolub necə? Dedi,
gəlmişdi imamlarımız, kimsə qarşısına çıxıb. Deyib məni də
apar, deyib sən qeyb olmamalısan. Biz gedirik, sən də qırx
günnən sora gələrsən.
Aşura günü – imamın 1-ci günü rəhmətə gedib. Dedi ki,
mən ehsan verməliyəm, axı mənim babalarım deyəcək ki, sə-
nin qapiva gəlmişdik, sən bizçin neynədin? Nə isə çadır qu-
ruldu, heyvannar kəsildi, baba ehsan verdirdi. Sonuncu dəfə
bir tikə o ehsannan yedi. Biz günnəri sayırdığ, çünki demişdi
ki, 40 gün tamamında getməliyəm. Dediyi kimi də oldu. 40
gün tamamında da rəhmətə getdi. Dediyi vaxtda. Deyirdi,
Məhəmməd peyğəmbərdən nəyim artığdı. Mənim vaxtımdı
mən getməliyəm. Elə də oldu, qırxıncı gün öldü.
Mənə dərman qismət eləmə
Atam Allahdan diləmişdi ki, İlahi, mənə heç vaxt iynə-
dərman qismət eləmə. Elə də oldu. Möcuzə budu ki, deməy
atam xəstə oldu biz onu aparduğ Bakıya. Bütün klinikalardan
keşdik. Eyni vaxtda bu insanda beyində iki xəstəlik yaranmışdı.
Mən bütün xəstəliyin kağızdarını təcili apardım Maskvıya.
Dünya şöhrətli neyroxirurq var Kanavalov. Bir sutka orda göz-
dədim. Həmən vaxtı Reyqanı aperasiya eliyib qayıdırdı. Han-
sısa möcüzə ilə hətta deməy olar ki, mən Kanavalovun qəbu-
luna düşdüm. O da bir möcuzə oldu. Heç kəsi buraxmırdılar.
Nəsə düşdüm qəbula, bəzi yoldaşdardan verilən məktublar var
172
idi oları verdim, o baxdı. Snimoklara baxdı. Dedi ki, burda iki
xəstəlik var. Bu xəstəliyi müalıcə eləsək, dərmannar digər xəs-
təliyi artıracağ. Yəni buna heç nə eləmək olmaz, heç bir dərman
qəbul eləmək olmaz. Orda mənim ani olarağ yadıma düşdü ki,
İlahi, axı o demişdi ki, mənə dərman qismət eləmə. Elə formada
da oldu. Necə demişdi elə də getdi dünyadan.
* * *
Boğaz ağrısı, qulağ ağrısı və s. olanda suyu götürərdi,
nəsə deyərdi, oxuyardı, üflüyərdi içənə verərdi ki, için. Amma
inamnan sən onu içirdinsə, onda səbəb olurdu. Bir şeyə qə-
zəbnən baxsaydı, o mütləq bəla çəkməliydi.
Allah səsüvü batırsın
Məsələn, sizə bir şey deyim, demək bir dəfə biz uşağıy-
dıx. Daim gəlib namaz qılardı günortalar, televızor açığ idi,
orda da mahnı gedirdi. Biz də karidorda baxırdığ televizora.
Bu da orda namaz qılırdı. Ha qıldı, qıldı indi deyə də bilmir
ki, onun səsini alın mane olur. Biz də başa düşmürük. Orda da
Akif İslamzadə oxuyurdu. 4 rəkət qılannan sora dedi, üzünü
televızora tutdu və qeyznən, acıxnan dedi. Allah səsüvü batır-
sın. Sən qoymadın məni rahat 4 rəkət namazımı qılam. Bu 19-
80-ci illərin axırı olan şeydi. Heç üstünnən 1 həftə keçmə-
mişdi ki, onun həqiqətən də səsi batdı.
Allahdan istədiyi, dilədiyi niyyətləri adətən sübh namazı
vaxtı istiyirdi.
Mənim qəlbim qəbul eləmir
Bir dəfə ağanı gəlib qonşu kətdən apardılar. Xaloğlu xa-
laqızıya sataşmışdı, aralarında böyük münaqişə düşmüşdü.
Dostları ilə paylaş: |