ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

 

124 


Lapdan bi nəfər gəlib deyib jandarmalar gəldilər. Deyir, 

necə  yəni  gəldilər?  Deyib  qoy  bunun  da  başını  kəsim.  O  biri 

yoldaşı deyib ki, burax onu, o da buraxıb qaçır. Bıçax bunun 

boğazını bir az kəsibmiş. Kişi əlini ordan elə basır, qan daya-

nır. Quldurlar qacır gedir, iki nəfər ölür. Bu gəlir kecir bizim 

kəndə,  ona  yer  verirlər.  Burada  evlənir,  ondan  Mirsəmiəddin 

ağa adlı oğlu olur. Seyid Məhəmməd ağa da, o ölməyib, qalan 

seyidin nəvəsidir. Hə, Mirsəmiəddin ağa, ondan da olub, Mir-

səmid, Mir Daməd, Seyid Məhəmməd.  

 

İmamzadə 

 

Bu  yaxında  bir  kişi  gəldi  Cəlilabaddan,  iki  gəlindi,  ar-



vad-uşağnan,  bi  yerdə  əyləşdilər  orda.  Gedəndə  bı  arvad  gö-

türdü başının yaylığını qoydu burda, dedim xeyir ola? 

Dedi:  

– Bir  il  bunnan qabağ mən bu  yaylığı götürmüşəm, üzr 



istiyirəm, gəlinimin uşağı  yox idi. Mən onu bağlamışam gəli-

nimin  belinə,  indi  Allaha  çox  şükür,  uşağı  oldu.  İndi  bi  niy-

yətim də var, o da olsun, gənə gələrəm. 

Bi də mən öz gözümnən görmüşəm. Bir kişi var idi, ma-

ğazinçiydi,  yaşdı  kişiydi.  Bunun  ağzı  belə  getmişdi.  Yadım-

dadı, gələrdi, burda yatardı sonra ağzı düzəldi.  

Lap  ulu  babalarımız  söybət  eliyərdilər  ki,  o  vaxt  bırda 

qəbir olub, deyiblər ki, imam qəbridi bu, hələ o vaxtı ulu ba-

balarımız  gediblər  meşədən  ağac-zad  gətiriblər.  Necə  çöldə 

qarolçu binası yoxdi? Hə o formada onunçın bi dənə bina dü-

zəldiblər. Bi dövr keçənnən sora helə deer bırda işığ yanarmış 

o vaxtı, gecələr. Sora camaat bir az zad olannan sora çiy kər-

picdən  balaca  bi  dənə  bina  tikiblər.  Sora  yenə  bi  müddətdən 



 

125 


sora hökümətin lap əvvəlində o dağılıb, qırmızı kərpicdən daş 

parçasınnan tikiblər. 

Demək, biz bi gün Maskvadaydüg, 1995-ci ildən sorakı 

söbətdi. Nənəmiz seyid arvad idi, uşağlar dedi ki, gəlin nənə-

min qəbri üstə bi dənə məqbərə tikəy. Dedim yox, yaxşı alın-

maz, heç kimdə  yoxdı, bi dənə  bizdə olsun,  lazım döyil. On-

nansa  gəlin  bu  piri,  İmamzadəni,  biz  düzəldəy,  İmamzadə 

ocağını da yəni. 

 

*  *  * 


Əli  Rza,  Piri  Zəhra  imam  balasıdı,  Pir  İmamzadə  Əli 

Rzanın  adınadı,  ordakı  qəbirsə  7-ci  imam  Museyi  Kazımın 

qız nəvəsinindi. Əsasən də cümə günləri gəlillər bura ziyarətə.  

 

İmamzadə ocağının kəramətləri 

 

El  arasında  pir  yox,  ocax  deyillər.  Sora  dedim  Vallah, 



mən biy  az hökumətdən qorxan adamam, gedib xəbərin bilə-

rəm, onnan sora. Gəldim Mirqiyas Ağanın  yanına, dini idarə-

nin başçışı (qazi), dedim, belə bir vəziyyət var, uşağlar issiyil-

lər buranı bərpa eləsinnər. Dedi:  

– Gedək onda icra aparatına.  

Getdik  Şirəli  məllimin  yanına,  icra  başçısı  o  idi  onda. 

2000-ci  ilin söbətidi, nəysə  razılaşdılar. Sora getdüy Maskvi-

yə, orda lahiyə, zad  təşkil elədüy, orda getdüy ,

ni  idaralara, 

Maskvada  lahiyə  gətirdüy  oralara,  sora  gen

ə  getdim  icraya. 

Baxdılar, Mirqiyas Ağa dini rəhbərdi getdüy baxdılar, razılaş-

dılar. Dedim ağa, gəlün mən qorxan adamam, gəl ipi sən çək-

ginən.  Ağa  özü  gəldi  ipi  çəkdüy,  qalanı  bizim  boynumuza. 

Amma nə məzara, nə də bırda balaca bi bina var idi, heç ona 



 

126 


da əl vurmaduy. Mən elə gözümü açannan elə bu qəbir bura-

dadır. Usta gəldi, dedim usta, o qəbir necə var, bir daş da tər-

pətmədən ətrafını götürdüy. Üstünü də gördüyünüz kimi belə 

bəzədüy, kənarrarda da qəbirsannığ elə də qaldı. Dedim, indi 

Allahın sirridi də, necə onu tərpətməy olar eee. 

Adamlar başdadı axışmağa, nə bilim biri dedi, Ilahi, oğ-

lum  sağ-salamat  əsgər  getsin  gəlsin,  gələrəm  bura.  Getmə-

mişdən  qabağ  gəlib  ziyarət  eliyillər.  Təzə  evlənənnər  gəlib 

buranı ziyarət eliyillər, Həccə, Kərbəlaya gedənlər tez-tez gə-

lillər  bura.  Mən  atamnan  da  eşıtmışəm  ki,  deer  Kərbəlaya 

gedən birinci buranı ziyarət eləməlidi.  

Bizdə  kolxoz  var  idi,  təftişkomun  sədri  var  idi.  Ona 

deyiblər ki, get İmamzadəni bağla. Bu da gəlir İmamzadə qa-

pısına  qıfil  vurur,  çəpərdən  keçəndə  paya  batır  bının  boğa-

zına. Onun üzü elə ölənəcən elə şiş qaldı. Sora dedilər ki, bəs 

bu  niyə  oldu?  Deyir  ki,  bəs  gedirdim  ocağı  bağlamağa,  on-

nandı. Gəlib görüllər ki, aaa qıfıl yoxdu üstundə.  

Bakıdan hansısa muzeyin direktoru idi, dört nəfər idilər, 

gəldi dedi, mən bura dügün vurmuşdum, açılıb. Soruşdum nə 

işdi, xeyir ola?  

Dedi:  

– Mənim qızım ərə getmirdi, indi gedib, düyünüm açılıb. 



O vaxtı, mən vəzifədə olanda kamsamol, partkom, həm-

kar,  ispalkom,  direktor,  sora  bələdiyyəyə  qədər  29  il  mən  bu 

distansiyalarda  işləmişəm.O  vaxtı  mən  kənd  soveti  işdiyəndə 

uşağ istədi hüquqa girsin, dedi bəs götürmüllər, bəs gərək fəh-

lə  balası  ola,  atası  vəzifədədi,  getdi  tarixə  imtahan  verdi,  sə-

nəddərin aldı. Dedim, niyə alırsan? Dedi, bəs belə də. Məktə-

bi  də  qızıl  medalnan  qutarırdı,  sora  direktora  dedim  biyaz 

yaxşı alınmaz, deyəllər atası  vəzifədədi deyə ona qızıl  medal 




 

127 


verdilər.  Ona  bi  dənə  4  yaz,  yazdı,  hə,  yaxşı  oxuyurdu.  Sora 

oxudu getdi əsgər, gəldi, onda da mən direktor keşdim. Gənə 

hüquqa götürmədilər, dedilər, gərək fəhlə balası olsun. Nə isə 

uşağ  da  ruhdan  düşdü,  dedim  onda  get  Moskvaya.  O  vaxtı 

mən  də  ali  həmkarlar  məktəbi  qutarmışdım,  o  evdə  ki  mən 

qalmışam,  tanış  evdi,  getginən  ora.  Bu  getdi,  3-4  aydan  sora 

mən də getdim. Getdüy o unverstetə dedilər göndəriş olmalı-

dır, ancaq gərək kaminist ola. Onda uşağı mən də rahat uçot-

dan çıxardım. Uşağ girdi orda fəhləliyə, adi yaşıllaşdırma ida-

rəsindədi.  1  il  sora  icra  ona  göndəriş  verdi  hazırrığ  şöbəsinə, 

sora imtahan  verdi, qəbul olundu. İndi həmin oğlan hər həftə 

bira nəzir pul göndərər ki, deer orda mən dara düşəndə nə niy-

yət tuturam İmamzadəyçün, qəbul  olur. Sidq urəynən. O açı-

lışı da Mirqiyas ağa özü dedi: 

– Oğul var, gedir zapravka açır, oğul var, şadlıq evi açır 

və s. İndi bu da bağlanıb da bura. Bunu edir. Nənəmiz deyərdi 

ki, biz yalan da demərük, and da işmərük. O deyirdi ki, əvvəl 

bütün balalara dua eliyin, sora öz balalarıvıza.  

Bura ən çox elə hər  yerdən gəlillər.  Aşurada da gəlillər 

bura.  Əsasən  isə  Bədəlan,  Ərkivan,  yaxın  kətdərdən.  Ən  şox 

da Masallıdan. İndi biz də buranı  yaratmışuğ kənd ücün xalğ 

gəlir dua eliyir... 

 

Lal Seyidin ocağı 

 

Bura ən çox elə nəzir boyun alıllar, gəlillər bura. Uşağı 

olmuyan,  nə  bilim  ee.  Orda  içəridə  bir  yatax  var,  orda  gəlib 

yatan  da  olur  bir  gecə,  oturan  da  olur.  Çox  ağır  seyid  olub. 

Yoldaşı  da  ağır  seyid  olub,  özü  də.  İkisi  də  seyid  idilər.  Lal 

seyidin  on  bir  övladı  olub.  Burda  olanı  da  var,  Bakıda  olanı 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə