298
Dağların sarı gülü,
Ağ gülü, sarı gülü.
Fələyə neynəmişəm
Görmədim tarı günü.
Dağlarda səməy olmaz,
Səmayi yeməy olmaz.
Canım bir dərdə düşdü,
Heç yerdə deməy olmaz.
Dağları gəzdim, gəldim,
Daşları gəzdim, gəldim.
Gəzdim, tapa bilmədim,
Əlimi üzdüm, gəldim.
Dağların göy çəməni,
Göyərib göy çəməni.
Gəzib taparam səni
Ya vurar ovçu məni.
Dəvəçiyəm gəzirəm,
Dəvəm itib, gəzirəm.
İtirmişəm balamı,
Soraqlaşıb gəzirəm.
Gəlmişəm görəm səni,
Zülfümsən hörəm səni.
Nə qapı, pəncərəm var
Bir açıb görəm səni.
299
Dəryaya atdı məni,
Nəqqalar utdu məni.
Fələyə neyləmişdim?
Nalələr tutdu məni.
Mən aşiq, oxusana,
Bülbülüm, oxusana.
Hər gün oxuyan bülbül,
Kim atdı oxu sana?
Mən bu bağa gəlmişəm,
Yağa-yağa gəlmişəm.
Götürmüşəm dərdimi
Ağlamağa gəlmişəm?
Getdi, gələ bilməzsən,
Zülfün hörə bilməzsən.
Elə yerdə yatıbdır,
Bir də görə bilməzsən.
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi.
Viran olub tökülləm,
Xaraba bağlar kimi.
Mən aşiq çaşdım yenə,
Qaynadım, coşdum yenə.
Dərd mənə elə üz verdi,
Kəlməmi çaşdım yenə.
300
Köynəyi ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Bir də əlimə düşsən,
Səni qonaq saxlaram.
Mən aşiq uymamışam,
Baş yastığa qoymamışam.
Sən məndən doymuş olsan,
Mən səndən doymamışam.
Əlimə saz verdilər,
Sazıma naz verdilər.
Yalvardım təbiblərə
Dərmanım az verdilər.
Gəl-gəl, gərəyimsən,
Beşiyim, bələyimsən.
Qərib yerdə ölürəm,
İndi gəl, gərəyimsən.
Mən aşiq, bacı, bağlar,
Açar, qıyğacı bağlar.
Bacımın sınıq könlün
Bağlasa, bacı bağlar.
Aşığ ellər ayrısı.
Sona tellər ayrısı.
Bir günüvə dözməzdim,
Düşdüm illər ayrısı.
301
Dağların göy çəməni
Göyərib göy çəməni.
Ya gəlib taparam səni.
Ya vurar ovçu məni.
Bunu onda deyirlər ki, evin böyüyləri öləndə:
Bağa girməli deyül.
Gülün dərməli deyül.
Gedib bağın bağbanları,
Gəlib görməli deyül.
Bağa girmərəm sənsiz,
Gülün dərmərəm sənsiz.
Bağda quzu mələsə,
Bil ki, o, mənəm sənsiz.
Ağac aşanda ağlar.
Kür qovuşanda ağlar.
Ana balasından, bala anasından
Ayrı düşəndə ağlar.
Aşığ ellər ayrısı,
Bacım laylay, bacım laylay
Sona tellər ayrısı,
Bacım laylay, bacım laylay.
Deyir, bacı, bütün ayrılığuva dözməzdim
Elə düşdü ellər ayrısı.
Laylay bacım, laylay.
302
Arvadlar qoşulur səs verir. Hərənin öz avazı var.
Ana üçün ağlayanda belə deyirsən:
Mən aşığ ana yeri.
Xan yeri, ana yeri.
Bütün aləm yığılsa,
Heç verməz ana yeri.
Dağların başı sənsən.
Dibinin daşı sənsən.
Bütün aləm yığılsa,
Hamının başı sənsən.
Dağlarda sənəy olmaz.
Sənəyi yeməy olmaz.
Elə bir dərdə düşdüm.
Heç yerdə deməy olmaz.
Nərgizlər, ay nərgizlər.
Top-top bitər nərgizlər.
Hayıf sənnən
Torpağ örtər, yer gizlər.
Mən aşığam, ay dərdim.
Vay dərmanım, vay dərdim.
Hamı gül əkdi, gül dərdi.
Mən gül əkdim, vay dərdim.
Deer yerüz soyuğ olmıyeydi,
Qızılgül solmıyeydi,
303
Bir ayrılığ bir ölüm,
İkisi olmuyeydi.
Dərya, sənnən kim keçdi?
Kim qərq oldu, kim keçdi?
Əzrayıl sinəyə çökəndə
Göz önünnən kim keçdi?
Dəryada fənar yanar.
Baxdıqcan iraq yanar.
O qədər dərd mənim var,
Dedigcən ürəg yanar.
Yolda maral durmuş oldu.
Boynunu kəc burmuş oldu.
Zalım ovçu sərrast oldu,
Atam oğlun vurmuş oldu.
Yük yığıb, dayanmadı.
Ev tikib qoyammadı.
Ardıycan ağlamağa,
Bir kəsi olammadı.
Aşıx barat, eylədim.
Halım barat eylədim.
Yığdığını, dərdiyini
Kimə barat eylədim?
Aşıx ozan olmuşam.
Ozanı yozan olmuşam.
304
Tutmuşam dişimə qəmli qələmi,
Almışam əlimə dərdin dəfdəri,
Qəm-qüssədən betəri
Bayatı deyən olmuşam.
Mən aşıx, bu xaniyə,
Bu qana, bu xaniyə.
Kimin belə dərdi var
Gəlsin bu qəmxaniyə.
Əzizim, birəm dağlar,
Gülüm yox dərəm, dağlar.
Mənim ahu-zarımnan
Göydə mələklər ağlar.
Ay taleyim, ay dərdim,
Vay dərmanım, vay dərdim.
Gül əkənlər gül dərdi,
Mən bəs niyə vay dərdim?
Mən aşıq, sulu dağlar,
Çeşməli, sulu dağlar.
Mənim ahu-zarımnan
Göy kişnər, bulud ağlar.
Əzizim, ulu dağlar,
Çeşməsi sulu dağlar.
Mənim ahu-nalama
Göydə mələklər ağlar.
Dostları ilə paylaş: |