Söyləyicilər:
Elşad Zeynalov, doğum tarixi 1974, təhsili orta, Qızılağac
kəndi.
Nahidənin kitabından.
Mənsurə Əbilova, 100 yaş, Şərəfə kəndi, Nahidənin kitabın-
dan.
Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni
kəndi.
Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə
kəndi.
Cəmiyyəpüstə Sadıqova, doğum tarixi 1920, təhsili yoxdur,
Qızılağac kəndi.
Gülcahan Ələkbərova, 75 yaş, təhsili yoxdur, Qızılagac
kəndi.
Rübabə Ələkbərov. Doğum tarixi 1929, təhsili 7-illik, Qızıla-
ğac kəndi
Güləsər Dadaşova. Doğum tarixi 1942, təhsili orta, Musakü-
çə kəndi.
Fizzə Allahverdi qızı, doğum tarixi 1935, təhsili 7-illik,
Hacıtəpə kəndi.
Əlizaman Baxış. Hacıtəpə (Keçmişdə və indi). B., 2010
Nurəddin Ədiloğlu, doğum tarixi 1958, təhsili ali,
Xırmandalı kəndi.
Gülxanım Tağıyeva, doğum tarixi 1928, natamam orta, Gə-
yəçöl kəndi.
Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7-illik, Ərkivan
kəndi.
Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili orta ixti-
sas, Xırmandalı kəndi.
Minaxanım Yusubova, doğum tarixi 1948, təhsili orta, Xır-
mandalı kəndi.
Ülkər Əhmədova, doğum tarixi 1958, təhsili orta, Xırmandalı
kəndi.
293
Mahirə Bədəlov, doğum tarixi 1952, təhsili orta, II Yeddi-
oymaq kəndi.
Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı
kəndi.
Məşədxanım Mirzəyeva, doğum tarixi 1931, təhsili 7-illik,
Hişkədərə kəndi.
Şabacı Quliyeva, doğum tarixi 1924, təhsili 7-illik,
Hişkədərə kəndi.
Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7-illik,
Şərəfə kəndi.
Toplayanlar:
Füzuli Bayat (Gözəlov)
Vüsalə Kərimova
Nuridə Muxtarzadə
Qurban Əliyev
Aganənə Məmmədova
294
10. AĞILAR
Qardaş-qardaş, quş qardaş.
Çevril ol gümüş qardaş.
Bacın qərib yerdədir, bacın qurban,
Atını döndər düş, qardaş.
Göydən gedən quşa bax.
Qanadı sınmışa bax.
Aləmə pay paylandı.
Mənə yağan daşa bax.
Hər kəndin öz adəti var. Hər kəndin özünün adamları
ayrı-ayrı yeddi gün ağlaşma tutar. Mənim qardaşım atam rəh-
mətə gedəndə, mən uşağ olmuşam da, özü dilə gəldi, dedi:
Ağlıyın görüm, kim nətər ağlıyır? Sağlığında deyirdi. Danış-
dı, Yasinin oxudu, bəlkə bir yüz nəfər adam var idi. Qardaşım
can verən gecəsində dedim:
Qardaş, sən mənim diləyim idin.
Qəfil görünən qonağım idin.
Gəl mənim canım, ürəyim, qardaş.
Gəl mənim gözüm, ürəyim, qardaş
Qardaş biriviz sağ gözüm, biriviz sol gözüm.
Birviz ürəyim, biriviz canım.
Biri bacım oğlu idi, biri qardaşım idi. Bakıda həkim
işliyirdi. Deyirdi:
– Bir at mindim başı yox.
Bir çay keçdim, daşı yox.
295
Mənə deyərlər burda bir qərib ölüb
Yanında qardaşı yox.
Aşığ olmayaydım.
Saralıb solmayaydım.
Dünyada bir ayrılığ, bir ölüm,
Heç biri olmayaydı.
Qardaşlar, a qardaşlar,
Yağış yağar, qardaşlar.
Tabutum əyri gedər,
Yapışmasa qardaşlar.
Bala dağı, bal dağı,
Əzizəm bala dağı.
Hər yaralar sağalar,
Sağalmaz bala dağı.
Deyir, əzizinəm, ağlamazdım.
Sızlardım ağlamazdım.
Ana, bilsəydim vəfan budur,
Sənə bel bağlamazdım.
Mən aşiq dolana-dolana,
Dur gəl, dolana-dolana.
Balaların yazığdı, yatma torpağda,
Dur gəl, dolana-dolana.
Deyir, bu qızın adı nədi?
Şənbədir adı nədir?
296
Bala saxladım böyütdüm,
Bilmədim dadı nədir.
Dağlara bax, dağlara,
Şeh qonub yarpağlara.
Hayıf sənin canınnan,
Qarışdın torpağlara.
Qardaş, dinmə qan olar,
Yel əsər, tufan olar.
Qardaş, gəzən yollaruva,
Tək bacın qurban olar.
Balam can, ay balam,
Can, ay balam, can,
Çağır məni, ana, bala,
Deyim sənə can.
Anam, məndən sonra qəmli dayanma,
Məndən sonra qəm oduna sən yanma.
Əslim Qarabağlıdı,
Sinəm çarpaz dağlıdı,
Gəl mənə dəymə fələk,
Ürəyim oğul dağlıdı.
Qoyunu kəsən olmaz.
Qanaradan, asan olmaz.
Qərib yerdə ölənin
Gözlərin basan olmaz.
297
Gözlədim birdən bilməz.
Sən qəmdə, mən fikirdə.
Öləndə cüt öləydiy,
İkimiz bir qəbirdə.
Qaşları qibləgahdu.
Yada baxur günahdur.
Dağları duman alsa,
Bil ki, mən çəkən ahdu.
Meşənin yaş ağacı.
Kəsməyə yaş ağacı.
Bağa baltalı girdi.
Gördü bizim ağacı,
Kəsdi bizim ağacı.
Şalım qana boyandı.
Ucu yerə dayandı.
Mənim ahu-zarıma
Göydə fələk oyandı.
Qəribəm bu vətəndə.
Gözüm yoldan ötəndə.
Qəriblik yaman olur,
Baş yastığa yetəndə.
Səlyana binə gəlləm.
Gedərəm, yenə gəlləm,
Bilsəm hardan gəlirsən,
İmana, dinə gəlləm.
Dostları ilə paylaş: |