203
Onomastika, Dialektologiya, Etimologiya
əsər dilimizin formalaşmasında, onun inkişafında çox böyük rol oy-
namışdır. Biz hər iki əsərin əsas nitq hissələrinə müasir Azərbaycan
dili kontekstindən yanaşaraq müəyyən etdik ki, əsərlərin morfoloji
xüsusiyyətləri bugünkünə nisbətən fərqli tələffüz olunmuş və zama-
nın süzgəcindən keçərək indiki halına gəlib çıxmışdır.
Ədəbiyyat
1. “Kitabi-Dədə Qorqud” əsil və sadələşdirilmiş mətnlər. B., 2004.
2. “Dastani-Əhməd Hərami” B., 2004.
3. Ə.Tanrıverdi. “Azərbaycan dilinin tarixi qrammatikası” B., 2010.
4. Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanının dili. B., 1959.
5. K.Bəşirov. “Oğuz qrupu türk dillərində qrammatik morfemlər” B., 2009
6. H.Mirzəzadə. “Azərbaycan dilinin tarixi qrammatikası” B., 1990.
7. B.Vahabzadə. Seçilmiş əsərləri. B., 1984.
8. E.Əzizov. “Azərbaycan dilinin tarixi dialektologiyası” B., 1999.
Резюме
Oбщем морфологическим (для oсновными частями речи)
особенность эпоса “Книга-моего Деда Коркута” и поэма “Дастани-
Ахмед Харами”
В этой статье исследуются морфология эпоса “Книга-моего Деда Коркута”
и поэма “Дастани-Ахмед Харами” в общем понимании лингвистического
разбора.
Summary
“Kitabi-Dede Korkut” saga and “Dastani-Ahmed Haramy” common morp-
hological poem
(the main parts of the) features
In this research work the morphology of “Dastani-Ahmed Haramy”s poema
is with the epos of “Kitabi-Dede Korkut” in the companion flatness.
204
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Aynurə Əliyeva,
kiçik elmi işçi
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA İŞLƏNMİŞ
TOPONİMLƏRİN MÜASİR TÜRK DİLLƏRİNDƏ YERİ
“Kitabi-Dədə Qorqud” türk dünyasının qədim və əzəmətli tarixi-
ni yaşadan, onu bu günümüzə çatdıran möhtəşəm söz abidəsidir. Bu
epos türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. Tə-
sadüfi deyil ki, bir çox tarixçilər Oğuzun tarixi haqqında məlumat
verərkən ona dönə-dönə müraciət etmişlər. Görkəmli qorqudşünas
Muharrem Ergin əsaslı şəkildə inandırır ki, Osman Bayburdlu, Rə-
şidəddin, Əli Yazıçıoğlu, Əbülqazi Xivəli və başqa oğuzşünas tarix-
çilər “Dədə Qorqud kitabı”na tarixi mənbə kimi baxmışlar (10, 6).
“Kitab”ın tədqiqi ilə məşğul olan alimlərin sayı çoxdur. Həmin
tədqiqatçılar sırasında V.V.Bartold, H.F.Dits, A.Y.Yakubovski, V.M.
Jirmunski, E.Rossi, K.Rüfət, H.Araslı, Ə.Dəmirçizadə, O.Ş.Gökyay,
M.Ergin və başqalarının adları xüsusilə qeyd olunmalıdır. “Kita-
b”da işlənən coğrafi adlar haqqında M.F.Kırzığlunun “Dede Kor-
kut oğuznameleri” (I kitab, İstanbul, 1952) kitabında geniş məlu-
mat verilmişdir. Bu kitabın 1962-ci ildə Moskvada V.V.Bartoldun
tərcüməsində çıxan rusca çapında («Книга моего деда Коркута»)
həmin araşdırmadakı məlumat əsas götürülmüşdür. Orhan Şaiq Gök-
yayın 1973-cü ildə çap olunan kitabında da tarixi-coğrafi-etnoqrafik
məsələlər ətraflı şərh olunmuşdur. “Dədə Qorqud”un 1978-ci il Bakı
çapını hazırlayan H.Araslı burada ənənəvi sözlüklə yanaşı, qısa şəxs
və yer adları cədvəllərini vermişdir. Sonrakı nəşrlərdə də bu ənənə
özünü göstərir.
“Dədə Qorqud kitabı” Azərbaycan xalqının tarixi keçmişinin
öyrənilməsində çox dəyərli mənbədir. Türk araşdırıcılarının çoxu
(F.Köprülü, A.Dilaçar, M.Ergin və b.), haqlı olaraq, “Kitab”ın XIV
205
Onomastika, Dialektologiya, Etimologiya
əsrdə Azərbaycan yazılı dilinin abidəsi olduğunu dəfələrlə qeyd et-
mişlər. “Dədə Qorqud kitabı”nda toponimik vahidlərlə ifadə olu-
nan tarixi-coğrafi reallıq da “Kitab”ın məhz Azərbaycan xalqına
məxsusluğunu göstərən tutarlı faktlardandır. Belə ki, “Dədə Qorqud
kitabı” Oğuzun hər iki mühüm qolunun, ümumi Oğuz boyunun ya-
radıcılığı, ədəbi-bədii göstəricisidir. Burada təsvir olunan Oğuzların
məskəni Azərbaycan torpağıdır. Oğuzların başbiləni, müdrik dədəsi
Qorqud “Bayat” boyundan, hökmdarı Qamğan oğlu Bayandır xan
“Bayandır”lardan, bəylərbəyisi Qazan xan “Salğur (Salur)”lardan,
“səhabəsi”, dini təbliğatçısı Bükdüz Əmən “Bükdüz”lərdəndir. Qa-
lan surətlər də ümumilikdə Oğuz boylarındandır.
Məlumdur ki, islamiyyətə qədər vahid Oğuz eli və onun 22 kökü
– boyu vardır. “Dədə Qorqud” qəhrəmanları da bu boylardandır. Bu
türk boylarına Mahmud Kaşğarinin “Divan”ında da rast gəlirik.
M.Kaşğarinin məlumatına görə, oğuzlar türklərin daha güclü bo-
yudur. Bununla belə, bu boy öz daxilində müstəqil qollara, oymaq-
lara ayrılır ki, onların da sayı 22-dir: 1) “Qınıq”lar; 2) “Qayığ”lar; 3)
“Bayundur”lar; 4) “İvfa”lar və ya “Yıvfa”lar; 5) “Salqur”lar; 6) “Əf-
şar”lar; 7) “Bəgtili”lər; 8) “Bükdüz”lər; 9) “Bayat”lar; 10) “Yazqır”-
lar; 11) “Eymür”lər; 12) “Qarabölük”lər; 13) “Alqabölük”lər; 14)
“İkdir”lər; 15) “Ürəgir”lər; 16) “Tuturğa”lar; 17) “Ulayundluğ”lar;
18) “Tükər”lər; 19) “Beçənək”lər; 20) “Çuvaldar”lar; 21) “Çəp-
ni”lər; 22) “Çaruqluq”lar (11, 55-57). Göründüyü kimi, “Dədə
Qorqud” qəhrəmanları türksoylu Oğuz boylarındandır.
“Kitab”da işlənmiş toponimlər, əsasən, aşağıdakılardır:* Abqaz
eli, Ağcaqala, Ağcaqala Sürməli, Ağca saz, Ağ Hasar (qala), Ağ
Qaya, Ağlağan, Ağsaqa, Aqhasar qalası, Ala tağ, Amit qalası, Arqıç
qır (çay), Arqubel, Aslan yatağı, Aya Sofya, Ayqırgözlü, Bam-bam
təpə, Barasar, Başıaçıq Tatyan qalası, Bayburd Hasarı (qalası), Bər-
də, Cızıxlar, Dəmirqapı Dərbənd, Dərbənd, Dərəşam, Diş Oğuz,
* Bu toponimləri verərkən “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətn-
lərə) Bakı, 2004-cü il nəşrinə əsaslanmışıq.
Dostları ilə paylaş: |