188
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lində belə bir gözəl zövqlərəoxşayan poema yarada bilməzdi. Buna
görə də biz bunlardan nəticəyə gələrək düşünürük ki, XIII əsrə qədər
xalqımız çox böyük adət-ənənəyə malik, doğma dildə əsərlər yara-
dacaq qədər zəngin düşüncəyə malik bir xalq olmuş, bu dövrə qədər
çox şübhəsiz ki, “Dədə Qorqud” dastanından başqa xeyli ana dilin-
də əsərlər yazılmışdır, lakin əsrlərin amansız təzyiqləri nəticəsində
məhv olmuş, itib batmış, bugünümüzə qədər gəlib çatmamışdır.
XIII əsrda yazıya alındığı ehtimal olunan “Dastani-Əhməd Hərami”
poeması indiyə qədər gəlib çatdığına görə bunu hələ ki, ana dilin-
də yazılmış ilk əsər kimi götürürük. Dastanın aşkar olunması tarixi
1928-ci ilə təsadüf edilir. Türk alimi Tələt Onay poemanın bir əl-
yazmasını aşkara çıxarıb ön söz, lüğət və şərhlərlə nəşr etdirmişdir.
Tələt Onay onu da qeyd edib təsdiq edir ki,
əsər Azərbaycan dilində
yazılmışdır. Azərbaycan alimlərindən H.Araslı, Y.Seyidov, F.Zeyna-
lov, T.Hacıyev, S.Əlizadə, K.Vəliyev, və başqaları bu əsər haqqında
məqalələr yazmış, elmi-tədqiqat işləri aparmışlar. “Dastani-Əhməd
Hərami” anadilli poeziyamızın özünəməxsus xüsusiyyətlərini araş-
dırmaq baxımından da son dərəcə dəyərli bir əsərdir. Əsər 1632 mis-
radan ibarətdir. Poema ənənəvi başlıqlarla başlayır. Əsərdə başdan
və sondan çatışmazlıqlar oldüğundan burada rəsmi hissələri gör-
mürük. Buna görə də onun müəllifini dəqiqləşdirmək mümkün de-
yildir. Əsərin əlyazması ruqə və süls xəttinə yaxın xətlə yazılmışdır.
Poema ədəbi dilimizin ən qiymətli abidələri olmaqla yanaşı onun dil
baxımından öyrənilməsi, həm də ümumtürk abidəsi ilə müqayisəli
şəkildə tədqiqi gözəl nəticələrə gətirib çıxarır. Ümumiyyətlə, burada
ərəb və fars sözləri təbii olaraq az işlənmişdir. Yuxarıda qeyd etdiyi-
miz hər iki əsər morfoloji xüsusiyyətlər baxımından çox zəngindir.
Əsərləri tədqiq etməzdən əvvəl nəzər yetirdikdə görmək olar ki, hər
iki əsərdə ortaq morfoloji əlamətlər demək olar ki zəngindir.
Bildiyimiz kimi, dilimizin qrammatikası 2 yerə bölünür. Mor-
fologiya və Sintaksis. Morfologiya, morfo(forma) və logos(elm)
sözlərinin birləşmələrindən yaranmışdır, sözün forması haqqında
189
Onomastika, Dialektologiya, Etimologiya
elm deməkdir. “Dastani-Əhməd Hərami” məsnəvisi dil və üslubca
“Kitabi-Dədə Qorqud” dastanına çox yaxındır. Bu elmi işdə “Kita-
bi-Dədə Qorqud” dastanı və “Dastani-Əhməd Hərami” poemasının
ortaq morfoloji (əsas nitq hissələri üzrə) xüsusiyyətləri tədqiqata
cəlb olunacaqdır.
İsim. Morfologiyamızda ən qədim nitq hissələrindən biri isim-
dir. İsimlər əşyalıq məfhumu ifadə edən söz qruplarına deyilir ki,
bunlar da öz məzmunlarına görə çox müxtəlifdir. Xüsusi isimlər: Ki-
tabi-Dədəd Qorqud” dastanında, Qam Börənin oğlı Bamsı Beyrək,
Qazan xan, Burla Xatun, Selcan xatun, Bərdə, Dərbənd, Əlincə qa-
lası, Qazılıq dağı; “Dastani-Əhməd Hərami” poemasında isə Əhməd
Hərami, Güləndam, Güləfrux, Bağdad, Krım və sairə kimi xüsusi
isimlər vardır.
Mənsubiyyət kateqoriyası: Qeyd edək ki, mənsubiyyət kateqo-
riyası sahib şəxslə mənsub, əşya və ya subyektlə obyekt arasında-
kı atributiv əlaqəni bildirir. A.M.Şerbak mənsubiyyət şəkilçilərinin
xəbərlik, xəbərlik şəkilçilərinin isə şəxs və işarə əvəzlikləri əsasın-
da yarandığını göstərir. Bir sira dilçilər isə mənsubiyyət şəkilçiləri-
nin şəxs əvəzliklərindən törəmə olduğunu qəbul etmir və problemə
başqa prizmadan yanaşırlar.
Kamil Bəşirov yiyəlik halda yiyəlik mənsubiyyət anlayışının bir-
ləşmiş bir vəziyyətdə olmasından bəhs edir. O yazır: “Yiyəlik halın
şəkilçilərindən olan -ın
4
(-ıñ
4
) və -im morfemləri zahirən I və II şəx-
sin mənsubiyyət şəkilçisinə oxşarlığından bir çox müəlliflər yiyəlik
hal şəkilçisinin mənsubiyyət şəkilçisindən törəmiş olduğunu iddia
edirlər” (5, s. 52). Qeyd edək ki, bu şəkilçi ancaq bəzi şivələrimizdə
qalmaqdadır.
Ağ saqqallı bən babañı ağlatmagil
Qarıcıq olmuş anañı bozlatmagil. (1, s. 147)
Biz bu səsə “Dastanı-Əhməd Hərami” əsərinin dilində az təsadüf
190
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edirik.
Bu dərdiñ de nədir, nəyə sataşdın?
Ki bu eşq oduna yanıb tutaşdın? (2, s. 82)
II şəxsin təkini ifadə edən -n, -ñ mənsubiyyət şəkilçisi Azərbay-
can dilində ancaq şivələrdə qalmaqdadır.
Hal kateqoriyası: İsmə aid əsas xüsusiyyətlərdən biri də hal ka-
teqoriyasıdır. Dilimizin bütün inkişaf dövrlərində, daha doğrusu son
yeddi əsrdə hal sisteminin sabit olduğu göstərilir. Hal şəkilçiləri hər
iki əsər orasında o qədər də fərqli deyildir. Məsələn: Qara yerin üzə-
rinə otaxların dikdirmişdi (1, s. 37). Burada –da, -də yerlik hal şəkil-
çisi eyni məkani hal olan yönlük halla əvəz olunmuşdur.
Güləfrux gördü çün anın camalın,
Təfərrüc qıldı ol hüsni camalın. (2, s. 81)
Burada o əvəzliyi ilə yiyəlik hal şəkilçisi birləşərək a+nın şəklinə
salmışdır. E.Əzizov “Kitabi-Dədə Qorqud”dakı sapanın, (...ala qollu
sapanın əlinə aldı (1, s. 39) Köksin, (Beyrək at köksin qucaqladı (1,
s. 59) sözlərində III şəxs mənsubiy-yətindən sonra işlənmiş “n” ele-
mentinin təsirlik hal şəkilçisi olduğunu qeyd edir. (8, s. 174) Buna
biz “Dastani-Əhməd Hərami” məsnəvisində də görə bilərik.
Malın gəncin dükəli anda dərdi
O atlar üstünə cümləsin urdı. (2, s. 37)
Qeyd edək ki, isim düzəldən şəkilçilərin
əksəriyyəti türk mənşə-
lidir və dilimizin bütün dövrlərində öz aktuallığını qoruyub saxla-
mışdır. Düzəltmə isimlər: “Kitabi-Dədə Qorqud” dastanı ilə “Dasta-
ni-Əhməd Hərami” poeması arasında ortaq səciyyəlidir.
-çı
4
. Prof. Ə.Tanrıverdi yazır ki, -çı
4
şəkilçisinin ifadə etdiyi mə-