181
Onomastika, Dialektologiya, Etimologiya
kimi işlənərək danışıq dilində “tab”, “taqət”, “qüvvət”, “iqtidar”,
“hey” mənalarını ifadə edir. Bu sözlə əlaqədar dilimizdə belə bir
məsəl də işlənir: Hay-hayı gedib, vay-vayı qalıb. Bu sözdə də ay
sinkretik kökünü aşağıdakı kimi bərpa etmək olar: (h)ay-(h)ay - tab,
taqət, qüvvət, iqtidar, hey. Bu sözün “tab”, “taqət”, “qüvvət”, “iqti-
dar”, “hey” mənaları ay sinkretik kökünün “danışmaq”, “səs çıxart-
maq” mənası ilə əlaqədardır. Тəbii ki, tabı, taqəti, qüvvəti, iqtidarı,
heyi olmayan adamın səsi də çıxmır. Buna görə də taqəti, qüvvəti
olanın nərəsi, səsi, avazı da yüksək olur. Təsadüfi deyildir ki, “Ko-
roğlu” dastanında xalq qəhrəmanı olan Koroğlunun nərəsi də onun
gücü, qüvvəti ilə bərabər tutulur. Bundan başqa, hay-hay sözü into-
nasiya ilə deyilərək “istehza”, “rişxəndlik” mənasını da bildirir.
Dilimizdə mövcud olan ay nidası da ay sinkretik kökünün “da-
nışmaq”, “səs çıxartmaq” mənasını öz semantikasında qoruyub
saxlamışdır. Aşağıdakı nümunələr də bunu bir daha sübut edir. Nü-
munələrə diqqət yetirək: Ay nida - Çağırış, müraciət, haylama, ha-
raylama nidası: Ay camaat! - Ay qalan uşaqlar, siz bizim dalımızda
olun, qorxmayın! (M.F.Axundzadə). [Kərbəlayi Fatma:] Ay hacı,
bu nə xəbərdir? Deyirlər, Кərbəlayi Fətulla dirilib gəlir? (C.Məm-
mədquluzadə). Növbət gəlinə gəldi: Аy uşaq, qaçın, gəlin gəlsin
(Çəmənzəminli). // Bəzən təsiri şiddətləndirmək üçün “haray”,
“dad” sözləri ilə birlikdə deyilir: [Nazir:] Ay haray, ay dad, a başına
dönüm, axır mənim təqsirim nədir! (M.F.Axundzadə); “A” yerində
nida olaraq işlənir: Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr et! Ay
qız! Ay qoçaq! (3, s. 70).
Bəzən danışıq dilində ayın-şayın sözünü işlədirik ki, fikrimizcə,
bu söz də ay sinkretik kökünün “danışmaq”, “səs çıxartmaq” mənası
ilə sıx bağlıdır. Bu söz nitq hissəsi kimi zərfdir və dilimizdə əsasən
“arxayın”, “nigarançılıqdan uzaq”, “rahat”, “asudə” mənalarını ifadə
edir və təxminən “dimməz-söyləməz” mənasına uyğun gəlir. Müqa-
yisə edin: [Hacı Baxşəli:] Cəlilin toyunun tədarükündə idim ki, bir-
182
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dən ayın-şayın gəzdiyi yerdə, bax, boynunun burasından … bir yara
çıxdı. C.Məmmədquluzadə (3, s. 180).
Orta əsr türk (osmanlı) dili mənbələrində “söyləmək”, “demək”,
“anlatmaq” mənalarını bildirən ayıtmak//eyitmek sözləri işlənmiş-
dir: Eyle kim gördüydü ayittı düşün, Eyittiler nitmek gerek bunun
işin (25, s. 323). Müasir türk dili lüğətlərində “demək” mənasında
köhnəlmiş söz kimi eyitmek feli qeyd edilmişdir: Kul Mustafa eydür
coştum, Aşkın deryasına düştüm (Kul Mustafa). Türk dilinin dia-
lektlərində ayitmak feli “söyləmək” mənasında işlənməkdədir (26, s.
421). Orta əsr türkmən dilli mənbələrdə ayıt feli “danış” mənasında
verilmişdir: Men anar söz ayıttım. “Mən ona söz dedim” (29, s. 58).
Müasir türkmən dilində ayıtmak feli “danışmaq”, “xəbər vermək”,
“nağıl etmək”, “mahnı oxumaq”, “ifa etmək”, “adlandırmaq” mə-
nalarında işlənir: Dostun aybını yüzüne ayt. – “Dostun eybini üzünə
de”; Muna nəme diyip aydılər? – “Buna nə deyib adlandırdılar” (34,
s. 35).
Aymaq feli “söyləmək”, “demək” mənaları ilə yalnız müasir türk-
mən dilində mühafizə olunmuşdur. Həmin mənalar türk və Azərbay-
can dillərinin dialekt və şivələrində qorunmaqdadır. Müasir qaqauz
dilində isə bu fel tamamilə köhnələrək, işləklikdən qalmışdır. Eyni
zamanda ay- felinin ilkin mənalarından biri (“əmr etmək”) oğuz
dillərində itmiş, “adlandırmaq” mənası isə müasir türkmən dilində
qalmışdır. Bu felin ilkin mənadan fərqli “mahnı oxumaq” mənası
müasir türkmən dilində və türk dilinin bəzi dialektlərində müşahidə
olunur (17, s. 228-229).
Türk dillərinin lüğət tərkibində də ay sinkretik kökünün “danış-
maq”, “səs çıxartmaq” mənasını öz semantikasında qoruyub saxla-
yan sözlər mövcuddur. Fikrimizi əsaslandırmaq üçün həmin sözlərin
nəzərdən keçirilməsi daha məqsədəuyğun olardı. Nümunələrə diqqət
yetirək: Ayıt (uyğ.) danışdırmaq: Ayıttı Elik aidı alınq nedek. – Əlik
onu danışdırdı və dedi: “Vəziyyətin necədir?” (KB, s. 46, 14); Ayıt-
183
Onomastika, Dialektologiya, Etimologiya
maklık erkek turur ai Elik – çırvabı tiji ol yidürse bilik. – Danışdıran
kişidir, ay Əlik, bilgi verən şeyin cavabı isə qadındır (30, s. 222);
ayu: (uyğ.) – söhbət, danışıq, söz: Kereklik anqar pu ağımlar ayu:. –
Ona bu böyüklərin (müdriklərin) kəlamları, hikmətli sözləri gərəkdir
(30, s. 223); ayın-oyun (osm..) – lazımsız, boş söhbət: ayın-oyun bil-
məz adam – düzgün, sözü üzə deyən adam (30, s. 220); ayalğı (tel.,
qırğ.) – söhbətin gedişi, ifadə etmə, nəğmə, hava, mövzu (tel.); in-
sanın adəti üzrə tez-tez işlətdiyi, vərdiş etdiyi ifadə (qırğ.): Katıvım-
nınq taspaka dep kör aitu:nunq me:nesi özününq sözününq ayalğısı.
– Əgər xatunum tamam “taspaka” deyib durursa, deməli bu onun
söhbətdə vərdişidir (30, s. 213); ayalğıla (tel.) – həmahəng, xorla
oxumaq (30, s. 213); ayalğu (cğt.) – nəğmə, səsin modulyasiyası,
takt, vəzn, bülbül nəğməsi, ümumiyyətlə, gözəl səs; musiqi işarəsi
(30, s. 213); ayat (qız.) – səs ucaltmaq, oxumaq (30, s. 214) və s.
Bu gün də “demək”, “danışmaq” mənalarını ifadə edən ay sözü
türk, türkmən, qırğız, qazax, noqay, qaraqalpaq, özbək, başqırd, uy-
ğur dillərində işlənməkdədir (31, s. 112).
Ədəbiyyat
Azərbaycan dilində
1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Azərb. SSR EA nəşriyyatı,
1964, 466 s.
2. Azərbaycan dilinin dialektoloji lüğəti. 2 cilddə, I cild, A- L. Ankara: TDK,
1999, 374 s.
3. Azərbaycan dilmin izahlı lüğəti. AMEA, I cild, Bakı: “Şərq-Qərb”, 2006,
744 s.
4. Azərbaycan dilmin izahlı lüğəti. AMEA, II cild, Bakı: “Şərq-Qərb”, 2006,
792 s.
5. Ələkbərova Elnarə. İr - kökü haqqında. Tədqiqlər. III cild. Bakı: 2006, 388
s. səh. 113-119
6. Əlizadə S. Oğuznamə. Bakı: “Yazıçı”, 1987, 222 s.
7. Əlizadə S. Oğuznamə. Bakı: “Şərq-Qərb”, 2006, 216 s.
8. XəliIov B.Ə. Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin
Dostları ilə paylaş: |