D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

191
Onomastika, Dialektologiya, Etimologiya
nalar, həm də “adam”, “insan” mənasını verən sözlərlə bağlıldır. (3, 
s. 210) Surnaçıları qovdı, naqaraçuları qovdı. (1, s. 72) -lik
4
  Hadi 
Mirzəzadə yazılı materiallarımızda -lıq, -lik  şəkilçili əşya, peşə, və-
zifə bildirən isimlərə nadir hallarda təsadüf edildiyini söyləmişdir. 
(6, s. 211) Adağlusundan ərgənlik bir qırmızı qaftan gəldi. (1, s. 60) 
Özü gürbüzdürür yalak bahadır,
Bahadırlıq yolunda key bəhadır. (2, s. 22)
-daş şəkilçisi. Prof. Ə.Tanrıverdi qeyd edir ki, bu şəkilçi Azər-
baycan, türk, tatar, qumıq dillərində -daş, qazax və xakas dillərində 
-das,  qırğız  və  türkmən  dillərində  -des,  tuvin  dilində  isə  -taş  şək-
lindədir.    Ortaqlıq,  şəriklik,  həmrəylik,  qohumluq  və  sairə  mənalı 
isimdüzəldən şəkilçidir. (3, s. 213) Beyrək dəxi yedi kız karındaşını 
yedi yigidə verdi (1, s. 77). 
At deməzəm saña qardaş deyərəm! 
Qardaşımdan yeg! (1, s. 66)
Bən axirətlik səni qardaş edindim 
Gönüldən yarü həm yoldaş edindim (2, s. 73)
Hər iki əsərdən gətirilmiş nümunələrdə -daş şəkilçisi qohumluq, 
yaxınlıq mənasını bildirir.
 Başıma iş gəldi, yoldaş derəm,
Yoldaşımdan yeg! – dedi. (1, s. 66)
Doquz kişi anın yoldaşlarıydı,
Dünü gündüz bilə haldaşlarıydı. (2, s. 23)
Bu hər iki nümunədə isə -daş şəkilçisi həmrəylik, birgəlik məna-
larını verir.
Tol-tolara girdigim,


192
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tularadarı, doxarlıyı qodığım. (1, s. 71)
Xəzinədar dəxi xəznəyə vardı, 
Nəzər qıldı nə adam ki, nə gördi. (2, s. 35)
Fars mənşəli “dastan” felindən yaranan bu şəkilçi türk mənşəli 
-çı
4
 və -lı
4
 şəkilçisinin sinonimi kimi götürülür və hər iki əsər üçün 
ortaqlıq xarakteri daşıyır.
Feldən isim düzəldən şəkilçilərdən. 
-q, -ıq
4
.  Allah-təala maña bir qız vericək olursa, siz tanıq olun. 
(1, s. 52) 
Durun bir danışıq var eyləyəlim,
İşimizin sonunu söyləyəlim. (2, s. 31)
-ım
4
 bu şəkilşi də hər iki əsər üçün ortaqlıq xüsusiyyətini da-
şıyır.  “Bu  yaradan  sana  ölüm  yoqdur;  dağ  çiçəgi,  anan  südü  sana 
məlhəmdir”(1, s. 33)
Nə var tañrı bir isə iş ikidir,
Ölüm dedikləri sanma ikidir. (2, s. 30) 
Bunlardan başqa -ış
4
. Aslan kibi turuşundan. (1, s. 74) -aq, -ək, 
-q, -k. Qazan bəgün qardaşı kafirin tüğıyla sancağı qılıcladı. (1, s. 
50)  -anaq
2
.  Qızılcıq  dəgənəgimcə  gəlməz  mana.  (1,  s.  39)  -t,  -ıt
4

Qız  anadan  görməyincə  ögit  almaz.  (1,  s.  20)  ı
4
. Anın  əlindən  nə 
ölümiz, nə dirimiz qurtulmış. (1, s. 155) -maq
2
. Çaqmaq çaqub od 
yakdı. (1, s. 40) -ma
2
. qara qaurma bişirib. (1. s. 45) -gi, -gü. Qadın 
anamın sevgisi. (1, s. 20)   -ın
4
. Qədəmi qutsız gəlin deyincə. (1, s. 
20) -ınc
4
. ...bənim başıma qaqınc qaxarlar. (1, s. 44) -ım
4
. bu yaradan 
ölüm yoqdır. (1, s. 33). -lı
4
. Adağlusundan ərgənlik bir qırmızı qaftan 
gəldi. (1, s. 60) -ğın
4
. Dərələrdə, dəpələrdə kafirə qırğun girdi. (1, s. 
50). -cak
4
. Əmcəgini ağzına verdi. (1, s. 126) -ıstan
4
. Toquz tümən 


193
Onomastika, Dialektologiya, Etimologiya
Gürcistanın xəracı gəldi. (1, s. 120) -xana. Qaçuban Salaxana qaya-
sına girəm derdim. (1, s. 129)  
Mürəkkəb isimlər: Qabangücü, Dəmirgücü bu iki qardaşı yanı-
na aldı. (1, s. 38) 
İrərlər İsfahan şəhrinə bir gün.
Biləsincə Güləndam xubi mövsün. (2, s. 60)
Sifət. Xüsusi mövqeyinə görə əşyanın əlamət və keyfiyyətini bil-
dirən sözlər sifətlərdir və sifətlər necə? nə cür? hansı? suallarından 
birinə cavab verir. Türk mənşəli sifətlərə “Kitabi-Dədə Qorqud” das-
tanı və “Dastani-Əhməd Hərami” poemasının dilində çox rast gəli-
nir. Sadə sifətlər: Bir yerə ağ otaq, bir yerə qızıl otaq bir yerə qara 
otaq qurdırmışdı. (1, s. 24) Əski pambıq bez olmaz. (1, s. 20)
Ulu bəylər qamu keçdi oturdu,
Nəqiblər ol saat xonlar gətirdi. (2, s. 85)
Düzəltmə sifətlər: lı4. Məgər Trabzon təkürinin bir əzim-görklü 
məhbub qızı vardı. (1, s. 104)  Boz ayğırlu Beyrək çapar yetdi. (1, 
s. 49)
Təxt vergil ərdəmlidir.
Binər olsun hünərlidir.(1, s. 28)
Onu da qeyd edək ki,  “Dastani-Əhməd Hərami” poemasının di-
lində sifət düzəldən şəkiklçilərdən ən çox -lı
4
 şəkilçisinə rast gəlmək 
olar. 
Atı yegrək idi, kəndi yaraqlu
Ürəkli idi ol gözi çıraqlu (2, s. 67)  
Ədəb birlə der: ey dövlətli ata


194
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səxavət kanı, ey mürvətli ata.(2, s. 52)
-kı
4
.  Qeyd  edək  ki,  bu  şəkilçi  əsasən  zaman  zərflərindən  sifət 
düzəldir. Yarınkı gün zaman dönüb, bən ölüb sən qalıcaq  olırsañ 
(1, s. 79)  Fellərdən yaranan düzəltmə sifətlər: -ğın, -kin, -ğun, -kün. 
Azğın dinlü kafirdir, başların kəsəyin. (1, s. 97) -ıcı
4
. Oğuzun ol kişi 
tamam bilicisiydi. (1, s. 19) 
-aq
2

Qamın aqan yügrək sudan
Bir oğul aqıtdıñsa, degil maña! (1, s. 31)  
-unc,  -ünc.  Oğlana  qorxunc  xəbərlər  verəyim,  (1,  s.  92)  -ın4. 
Qolu-budı xırancə, uzun baldırları incə. (1, s. 74) -ı4.  Qara sığırı 
soqmanı tolu qan oldı (1, s. 33)
Dərəcələr sifətləri digər nitq hissələrindən ayıran ən əsəs xüsu-
siyyətlərdən biridir. Çoxaltma dərəcəsi: Sifətin sonuna -raq, -rək şə-
kilçisinin artırılması ilə. Atamdan yegrək qayınata! Anamdan yegrək 
qayınana! (1, s. 99) Hadi Mirzəzadə -raq, -rək şəkilçisinin arxaikləş-
məsindən bəhs edərkən yazır ki, ismin çıxışlıq hal şəkilçisi müqayisə 
dərəcəsinin  məzmununu  ifadə  etməyə  doğru  inkişaf  etdikcə  -raq, 
-rək şəkilçisinin vəzifəsi və daşıdığı məna get-gedə öz əhəmiyyəti-
ni itirmişdir. Buna görə də həmin dərəcə sifətlə isim arasında gələn 
-dan, -dən şəkilçisi ilə, yəni sintaktik üsulla ifadə edilmişdir.  (6, s. 
94) -ca
2
. Ağca yüzli anasına muştçı gəldi. (1, s. 163). Ağ tözluca qatı 
yayıñ vergil maña. (1, s. 43) Kölgəlicə qaba ağacıñ kəsilməsün. (1, 
s. 51) Ap-alaca gərdəgünə qarşu gələn. (1, s. 98) ...oğlanın qırq gün-
də yarası onaldı, sapasağ oldu. (1, s. 33)  “Dastani-Əhməd Hərami” 
poemasında
Yerindən durdu ol Əhməd-Hərami,
Bilə yaranları düpdüz təmami. (2, s. 25)


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə