50
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə,elüzə
Mənim də bir adım gəlsin dilüzə...
Yunis İmrə Məhəmmədhüseyn Şəhriyardan neçə əsr əvvəl
yaşasa da biri şeir, digəri poema yazsa da buna baxmayaraq,
Şəhriyarın bu poemasında Yunus İmrə ruhu var. Yunus İmrənin
dost harayı, dost birliyi, bütün ayrılıqların, hicranların bitməsi
arzusu, diləyi var. Məhəmmədhüseyn Şəhriyarın “Yalan dün-
ya” şeirində də dünyanın fani, gəlimli-gedimli olması, xeyir və
şərin qoşa, ekiz qardaş olması, dünyanın işlərindən, sirlərindən,
“min bir rəngindən”, ölümlərindən baş çıxarılmaması... fəlsəfi
düşüncələri Yunus İmrə görüşləri ilə fəlsəfi eyniyyət təşkil edir.
Hər iki “Yalan dünya” dərin məzmun, böyük fəlsəfi məna kəsb
edir, hər iki əsər mənəvi, dünyəvi, əxlaqi mahiyyət daşıyan
şeriyyətdir. Bu mövzuya bir çox şairlər müraciət etmişdir. Xəstə
Qasımın “Yalan dünya”sından bir bənd nümunə gətirməyi də
məqsədli bilirik:
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Qızıl taxtdan salan dünya.
Məmməd Araz demişdir: “Dünya sənin, dünya mənim, dün-
ya heç kimin”. XIV əsrin ana dilli şeirinin ilk böyük nümayəndəsi
Qazi Bürhanəddin də dünyanın faniliyindən, etibarsızlığından
gileylənmişdir. Verilən az ömrü faydalı, mənalı yaşamağı təlqin
etmişdir. Məşuqəsini vəfalı olmağa, verilən ömrü hicran cəfası ilə
yox, onunla birgə keçirməyə səsləyir:
51
Folklor, Mifologiya, Etnoqrafiya
Gəl, gəl ki, səndən özgə bu dərdün şəfası yox,
Dərdüm dəxi yox isə bu eyşün səfası yox,
Bir az ömürdə qılma bizə hicr ilə cəfa
Qılğıl vəfa ki, işbu cahanun vəfası yox.
Bu sənətkarlardan öncə Azərbaycan şairi Xəqani Şirvani də
dünyanın sirlərilə maraqlanmış, onu açmağa səy etmişdir. Xızıra
suallar yağdıraraq bu sirlərdən onu agah etməsini xahiş etmişdir.
Buna görə Xızır şairi tənbeh edərək onun maraqlarının ona - arifə
yaraşmadığını söyləmiş, Xəqaniyə dinə, peyğəmbərə, Allaha sı-
ğınmağı tövsiyə etmişdir (“Töhfətül-iraqeyn”).Onlardan öncə isə
hələ kainat, yer-göy yarananda, həyat təzə pərvəriş tapanda dünya-
nın sirri, həyat, ölüm məsələləri də ilk insanları düşündürmüşdür.
Uruk şəhərinin hökmdarı qəhrəman Bilqamıs ölümlə mübarizə
aparmaq arzusu ilə əbədi həyat axtarışına çıxmışdı.Əbədi həyatın
rəmzi – “gənclik çiçəyini” böyük əziyyətlərlə əldə etsə də fələyin
min bir oyunundan biri ilanın əlilə onun əlindən bu çiçəyi alıb ar-
zusunu gözündə qoymuşdu. Tanrıların xanımı Siduri xanımın ona
verdiyi nəsihət (dünyanın sirli,fani olması, onun ancaq tanrıların
əlində olduğu) çox ibrətlidir:
“Sən hara can atırsan”? Gəzsən də kainatı
Heç vaxt tapa bilməzsən axtardığını...
Bilqamıs, qəm eləmə, canın sağ olsun sənin
Gecə-gündüz şənlən, kefin sağ olsun sənin
Kef elə bayram keçir, gecə-gündüz çal-çağır,
nəğmə degül, oyna sən.
Yaxşı geyinib, keçin, əynin təmiz ağ olsun sənin,
Saçlarına sığal çək, qoy saçın parlaq olsun.
Uşaqların oynasın, qoy tutsun əllərindən
Sevgilini əzizlə razı qalsın ərindən,
52
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İnsanın həyatda işi də budur ancaq.
(“Bilqamıs”dastanı)
Yunus İmrə şeirləri bədii fəlsəfi formasına, qayəsinə,
məzmununa görə aşıq şeirindən fərqlənsə də, poetik musiqi
ahəngdarlığına görə aşıq şeiri kimi də səciyyələnir. Təsadüfi deyil
ki, indi də aşıqlar Yunus İmrə şeirlərinə müraciət edir, saz havala-
rında səsləndirirlər.
Ədəbiyyat
1. Yunus İmrə. Əsərləri,“Öndər” nəşriyyatı, B., 2004.
2. Yunus İmrə. Aşıq Veysəl.İki zirvə (şeirlər), “Yazıçı”, B.,
1982.
3. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı(Əlyar Səfərli,
Xəlil Yusifli), “Ozan”, B., 1998.
4. R.Qafarlı. Şərqdə eşq fəlsəfəsi və Nizami.“Leyla”
nəşriyyatı, Sankt-Peterburq, 1997 (Rus dilində).
5. P.Xəlilov. Şərqi slavyan və türkdilli xalqların ədəbiyyatı.
Dördüncü cild, Bakı, 1988.
6. Elman Quliyev. Türk xalqları ədəbiyyatı. B., “Konatatnt
Emparu”, 2011.
7. N.Gəncəvi. Azərbaycan klassik ədəbiyyatı kitabxanası.IV
cild, B., Elm, 1985.
8. M.Füzuli. Seçilmiş əsərləri.B., “Yazıçı”, 1984.
9. M.H.Şəhriyar. Yalan dünya. B., 1993
10. Ə.Xaqani. Seçilmiş əsərləri.B., 1956,.
11. İ.Nəsimi Seçilmiş əsərləri. Tərtibatı Ə.Səfərli. B.,1978.
12.Ş.İ.Xətai.Seçilmiş əsərləri.Tərtibatı Ə.Səfərli. B.,1988.
53
Folklor, Mifologiya, Etnoqrafiya
Резюме
Ключевые слова: любовь, ум, cсовершенный человек,
всевышний, общественный, бренный мир
В статье исследуется философия любви классиков.
Основным обьектом исследования является любовная
философия Юниса Имры. Здесь говорится о любви поэта
к Великому создателю, проводятся параллели любовь, ум,
наука. Какое же из этих понятий превыше? Здесь находится
ответ на данный вопрос. Первенство занимает любовь.
В статье исследуются философские взгляды Юниса
Имры, говорится о его религиозных взглядах и об всему
мифическому. Здесь даеся научное толкование этапов
обожествления человека и наоборот. Задачами, стоящими
перед поэтом является человеческое воспитание,
человеколюбие, доброжелательность, благородство ит.д.
Здесь все эти вопросы ведутся параллельно бренному миру.
Юнис Имра высоко оценивается как школа учтивости и
благовоспитанности. В статье также исследуется влияние
азербайджанских классиков на творчество поэта и в то же
время влияние творчество Юниса Имры на азербайджанскую
поэзию.
Summary
Key words: love, human mind, science, human being, god,
temporary, world- public world.
In this article is researched the loving philosophy of classics
Yunis`s loving philosophy is analysed scientifically. It is spoken
about believing in God, loving in heaven and it is also taken sci-
entific parallels . Which is more important? Love, human mind,
Dostları ilə paylaş: |