237
Pedaqogika, Fəlsəfə, Psixologiya
diqqətlə dinləyin!
Doğuda gündoğuşuna, batıda günbatışına, quzeydə gecə-
yarısına qədər olan yerlə içində yaşayan millətlər mənə bağlıdır.
Bunca millət bunca ölkə üçün qayda-qanun yaratdım.Bu yerlərdə
artıq pozğunluq, qarışıqlıq yoxdur” [3, 111].
Z.Göyalpın “Türkçülüyün əsasları” kitabında da bu fikirlər
əsaslandırılıb təsdiq olunur: “Əski türklərdə bir el digər elləri
özünə tabe etdiyi zaman onların siyasi təşkilatını pozmazdı. Tabe
olan elin əvvəlki başçısı “Yabqu”, yəni məlik adıyla əvvəlki
mövqeyini qoruyub saxlayırdı. Xaqan bunun yanına “Şad” yaxud
“Şanə-Şahnə” adlanan bir canişin təyin edərdi. Bir xaqan başqa
xaqanlıqları fəth etdiyi zaman onların xaqanlarını öz yerlərində
saxlayardı. Yalnız özü “Elxan” adıyla bu xaqanların başçısı
mövqeyinə keçərdi [2, 119].
Bilgə xaqan böyük birlik yaratmışdı və yaranan birliyi qoru-
mağı tövsiyə və vəsiyyət edirdi: “...Ey Ötükən ormanının milləti!
Pis adam gəlib birliyini pozmasın, silahlı gəlib səni dağıtmasın
deyə sənə buranı el tutdum. Qayda-qanun qazandırdım...Türk
millətini toplayıb el-obanın vəsfini bu daşa yazdırdım. Ona baxa-
raq bilin, indiki Türk bəyləri!
Türklərim, cəmi bəylərim, cəmi millətim. Qazanıb el tutdu-
ğum (birlik yaratdığım – M.S.) bu yerdən xaqanından ayrılmasan
yaxşılıq görəcəksən... [3.117]”.
Orxon-Yenisey yazılı abidələrində vətənpərvərlik tərbiyəsinin
bütün cəhətləri, eləcə də hərbi vətənpərvərlik motivlərinə güz-
gü tutmağa çalışdıq və məlum oldu ki, hərbi vətənpəpvərlik
motivlərinə əsasən, türklərdə vətənin müdafiəsinə hazır olmaq,
sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü uğrunda düşmən
hücumlarına qarşı çıxmaq kimi mübariz keyfiyyələr müqəddəs
tutulurdu və yuxarılarda qeyd etdiyimiz kimi, bu onların ali qa-
nunu idi və bu qanun nəsildən-nəslə ötürməklə ali hərb sənətlərini
238
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yaratmışdılar. Türk hərb sənətinin isə elə özünəməxsus taktikaları
vardı ki, bunun əsasında əksər hallarda qalib olurdular. Türklərin
necə bir orduya malik olmaları onların ordularının nizami qoşun-
larını yaradan adlardan görürük:
Alp, alpaqu (əsgər), bəy, bilgə, buyruq (nazir), cabış (çavuş),
ər başı (komandir), kutluq kimi vəzifələr hərbi vəzifələr idi və
türk hərb sənətinin qan yaddaşı sayılır...
Beləliklə, Orxon-Yenisey abidələrinin mətnlərinin məzmu-
nunun ana xəttini, leytmotivini təşkil edən Vətən əxlaqı,
vətənpərvərlik hissi bu gün türk xalqlarının, xüsusilə də
azərbaycanlıların ən böyük istinadgah nöqtəsi olmalıdır. Gənc
nəsildə milli ləyaqət, milli mənlik şüurunun, milli iftixar hissinin,
vətəndaşlıq ləyaqəti və dəyanətinin tərbiyəsinin xüsusilə vacib
olduğu müasir dövrdə Orxon-Yenisey yazılı abidələrində yüksək
sənətkarlıqla tərənnüm olunan Vətənə vurğunluq, onun uğrun-
da birlik, həmrəylik, eyni zamanda onların qorunması, Vətənə
sədaqət onun uğrunda fədakarlıq kimi Vətən əxlaqının mühüm
tərkib hissələri xüsusi əhəmiyyət kəsb edir. Gənc nəslin vətən
əxlaqı tərbiyəsi ona görə mühüm əhəmiyyət daşımalıdır ki, “...
Vətən əxlaqımız qüvvətli olmasa nə müstəqililyimizi, nə azad-
lığımızı, nə də vətənimizin bütövlüyünü qoruya bilmərik...” [2,
121].
Bu həm də nəinki gənc nəslin bu ruhda tərbiyəsində, həm
də bütün zümrələrdən olan vətəndaşlarımızın, soydaşlarımızın
vətənpərvərlik ruhunda təzələnməsini tələb edir. Z.Göyüşovun
“Daxilə pəncərə” adlı əsərində bu fikirlərin təsdiqinə rast gəlirik:
“Qoy hər kəs öz daxilinə pəncərə aça bilsin və bu pəncərədən
öz daxili aləminə nəzər salmağı, baxmağı, lazım gəldikdə orada
təmizlik aparmağı bacarsın” [10, 5].
239
Pedaqogika, Fəlsəfə, Psixologiya
Ədəbiyyat
1. Ə.Rəcəbov., Y.Məmmədov. “Orxon-Yenisey abidələri”.
B., Yazıçı, 1993.
2. Z.Göyalp. “Türkçülüyün əsasları”. B., Xəzər Universiteti,
2010.
3. R.Z.Özdək.Türkün qızıl kitabı. I kitab. B., Yazıçı, 1992.
4. X.Fətəliyev. “Ailədə milli tərbiyə”. B., 1996.
5. F.Rüstəmov. “Şərqdə pedaqogika tarixi”. B., Nasir, 2002.
6. ACE, VII cild.
7. Sevinc Əliyeva. “Orxon-Yenisey yazılı abidələrində
toponimlər”. Bakı, 2005.
8. O.Süleymenov. “Az-Ya”, B., Azərnəşr, 1993.
9. S.Quliyev. “Gənclərin mənəvi tərbiyəsi probelmləri”, B.,
Ünsiyyət, 1998.
10. Z.Göyüşov. “Daxilə pəncərə”. B., Azərnəşr, 1978.
Резюме
Мехрибан Сардарова
ВОСПИТАНИЕ ПАТРИТОИЧЕСКИХ ЧУВАСТВ
В ОРХОНО-ЕНИСЕЙСКИХ ПИСЬМЕННЫХ
ПАМЯТНИКАХ ДРЕВНИХ ТЮРКОВ
В статье исследуются вопросы воспитания патри-
аотических чувств в Орхоно-Енисейских письменных
памятниках древних тюрков. Орхоно-Енисейские письменные
памятники являются ценными источниками тюркской
истории литературы, культуры и в том числе, педагогической
мысли тюркских народов. В этих памятниках воспеваются
высоким мастерством родная земля, его целостность и
240
DƏDƏ QORQUD ARAŞDIRMALARI
сохранение территориальной целостности родины, любовь и
преданность к родной земле.
Summary
Mehriban Sardarova
İN THİS ARTİCLE İS ANALYSED THE MANNER OF
PEASE LOVİNQ İN THE WRİTTEN MONUMENTS
“ORKHON!YENİSEY”
The written monuments, Orkhon-Yenisey are the most va-
liable jewe works of Turkish history, literature, and culture and
also are the most valeable origin of Turkish pedaqogical thoudhts
in these monuments the land of our country and their unity, the
saving of this unity, and the lovinq of this land, are identified with
great ability.
Dostları ilə paylaş: |