265
Pedaqogika, Fəlsəfə, Psixologiya
ən çox «Kitabi-Dədə Qorqud» dastanlarının mətninə yaxın oldu-
ğunu qeyd edirlər.
1993-cü ilin noyabrın 25-də Azərbaycan Respublikası prezi-
denti Orxon-Yenisey abidələrinin ilk oxunuşunun 100 illik yu-
bileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır və bu
yubiley ölkəmizdə böyük təntənə ilə qeyd edilmişdir.
Yaranma tarixi çox uzaq əsrlərin yaddaşından xəbər verən bu
daşlaşmış yazılarda qədim türklərin məişəti, əxlaqi-mənəvi ideal-
ları, arzu və istəkləri, öz-özlərinə, ailəyə, başqalarına münasibəti,
torpaq uğrunda, vətən uğrunda yağılara qarşı birgə mübarizəsi
əks olunmuşdur. Bu yazılı mətnlərdə şər, fəzilət və qəbahət kimi
cəhətlər pislənir, birliyə çağırış, igidlik, mərdlik kimi mənəvi
keyfiyyətlər isə təbliğ olunur.
Köçəri həyat tərzi keçirən qədim türk tayfalarını birləşdirən
xaqanlıqların zaman-zaman, vuruşlara məruz qalması ilk növbədə
xalqın birləşməsi, təşkilatlanmasına təkan vermişdir.
Türk şahzadəsi- İltəriş xaqanın oğlu Bilgə xaqanın kiçik qar-
daşı Gül-tiginin şərəfinə qoyulmuş abidədə həmrəyliyə, birliyə,
çağırış xalqın qüvvətlənməsi üçün əsas amil kimi dəyərləndirilir:
«Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam xaqan on
yeddi igidlə sərhəddi açmış, bu xəbəri eşidib şəhərdəkilər dağa
qalxmış, dağdakılar enmiş, toplaşıb yetmiş igid olmuş, tanrı güc
verdiyi üçün atam xaqan şərqə, qərbə qoşun toplamış, yüksəlmiş,
hamısı yeddi yüz igid olmuş, elsizləşmiş, xaqansızlaşmış xalqı
əcdadlarımızın qanununca təşkil etmiş, öyrətmişdir».
Gül-tigin abidəsində yoxsul xalqı varlı, ac xalqı tox etməklə
onları birləşdirmək, güclü və qüdrətli etmək birlik vasitəsilə çox
şeyə nail olmağın mümkünlüyü vurğulanmış «Yoxsul, kasıb xalqı
bütünlüklə topladım, yoxsul xalqı varlı etdim, ac xalqı tox etdim.
Türk bəyləri, xalqı eşidin» (s.38).
Bu mətnlərdəki fikirlər «Kitabi-Dədə Qorqud» dastanların-
266
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da «xalqın şad günündə uca dağ başında bir tonqal, ağır gündə
iki tonqal qalayın» deyə həmrəyliyə, birliyə çağırış ideyası ilə
həmahəng səslənir.
Xalqa bağlı olmaq həm də başqalarının qayğısına qalmaq,
onlara dayaq olmaq, yaşamaq və maddi nemətlər əldə etmək,
şər qüvvələrə qarşı mübarizə aparmaq üçün kollektivin birgə
qüvvəsindən istifadə etmək qədim türklərin ən nəcib əxlaqi
keyfiyyətləri kimi təqdir edildiyi kimi tayfalararası çəkişmələr,
elin birliyini pozmağa çalışan mənfur qüvvələr pislənmişdir.
«Ondan sonra biliksiz xaqan, pis xaqan taxta oturmuş, onun
bəyləri hiyləgər olduğu üçün, kiçik qardaşla böyük qardaşları
savaşdırdığı üçün, xalqı bir-birinin üstünə qaldırdığı üçün türk
xalqı yaratdığı elmi dağıtmışdır» (s.78-79). Deməli, Gül-Tikin
xaqanın illər boyu yaratdığı möhkəm birliyə əsaslanan ulu xaqan-
lıq, namərdlik, hiyləgərlik kimi mənfi əxlaqi sifətləri öz şəxsində
təcəssüm etdirən zülmkar bir xaqanın əliylə məhv edildi.
Abidədə Gül-tigin atasına və qardaşlarına hörmət və sədaqətlə
hətta uzaq ölkələrdə belə tanınan, lütfkar, xeyirxah, dostluğu hər
şeydən üstün tutan, öz məziyyətləri ilə sələfləri və xələflərindən
seçilən nəcib bir xaqan kimi təsvir olunur. Gül-tigin abidəsində
ata-oğul, qardaş-qardaş münasibətlərində nəzərə çarpan və doğ-
malıq hissindən yaranan böyük sevgi duyğusu, müştərək uğurla-
rın qorunub saxlanılmasına çox ehtiyatla yanaşmaq xaqanın ən
mühüm mənəvi keyfiyyətləri kimi diqqəti cəlb edir.
Digər bir daş kitabədə Bilgə xaqan abidəsində təsvir edilən
xaqan mərdliyi, cəsarəti, igidliyi ilə seçilir. «Bilgə xaqan
qəhrəmanlığı, əzmkarlığı və zəkası ilə bütün hökumətlərə haqq və
həqiqət nümunəsi oldu» (s. 172). Bütün həyatını hərbi yürüşlərdə
keçirən Bilgə xaqan ömrünün 17 ilini vuruşlarda keçirərək
ölkəsinin qüdrətini yüksəklərə qaldırmışdır. «Mən xalqımı şərqdə
gündoğana, qərbdə günbatana, cənubda Tabğaca, şimalda gecə
267
Pedaqogika, Fəlsəfə, Psixologiya
ortasına qədər təşkil etdim, sarı qızılını, parlaq gümüşünü, qıra-
ğı kəsilməmiş ipəyini, əkinlik taxılını, cins at və ayğırını, qara
samurunu… xalqıma qazandım, dörd tərəfdəki xalqımı təşkil
etdim, yaratdım… varlandım, Türgiş xaqanın qızını adətimizcə,
ulu qanunlarımızla oğluma aldım və qızımı adətimizlə Türgiş
xaqanına verdim» (s.108). Sonuncu fikir qədim hökmdarların bir-
birilə ittifaq bağlaması vasitəsi olaraq qohumluq əlaqələri yarat-
ması kimi adətlərinin mövcudluğunu bir daha sübut edir.
Orxon-Yenisey abidələrində ailə münasibətləri, ustada
məhəbbət, dostluq yoldaşlıq duyğuları, ata-ana məsləhətini
dinləmək və onlardan faydalanmaq kimi mənəvi keyfiyyətlərin
böyük əhəmiyyət kəsb etməsi dəfələrlə təkrarlanır.
«Oğul anasından, atasından küsub getmiş, yenə fikirləşib
qayıtmış, ana nəsihəti alım, ata sözü dinləyim, deyir» (s.200).
Turfan abidələrində əks olunan bu fikirlər tarix boyu ata-ana
tövsiyyələrinin övlad üçün əsl həyat dərsliyi rolu oynamasına bir
işarədir.
Saysız hesabsız sürüləri, ilxıları ilə seçilən, şöhrəti gündo-
ğandan günbatana qədər yayılan qırğız oğlu Süci xaqanın adına
yazılmış daş kitabədə də ustada məhəbbət, valideynlik borcu,
övladların xoşbəxtliyi, nəvələrə, qohum-qardaşlara sevgi hissləri
böyük önəm kəsb edir. «Nəsli davam etdirənim- yəni üç oğlum,
üç qızım var idi. Hamısını ev etdim, qızlarımı başlıqsız (kalım-
sız) verdim, ustadıma yüz ər (igid) və yaşamaq üçün yer verdim,
qardaşım uşaqları və nəvələrimi gördüm. Oğullarım! İgidlikdə
ustadım kimi olsun» (s. 166).
Bütövlükdə türk xalqlarının qəhrəmanlıq salnaməsi olan
Orxon-Yenisey abidələrində xalqa, Vətənə xidmətin ən ba-
riz nümunəsi igidlik və cəsurluqdur. Məsələn, « Bilgə xaqan»
abidəsində deyilir : «Tanrım, cəsurluğumla elimə xidmət etdim»
(s. 212).
Dostları ilə paylaş: |