268
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«Küli-çor» abidəsində Şərqi türk xaqanlığının ən görkəmli
əyanlarından biri, tərdüş bəylərinin igid rəhbəri olmuş xaqanın-
Küli-Qorun məhz Tabğaca qarşı döyüşlərdə cəsurluğu, igidliyi ilə
bunca hörmət qazandığı qeyd edilir.
İgidliyi, şücaəti ilə şöhrət tapan xaqanların həm də ağıllı tak-
tikaya malik olması nizamlı qanunlar qəbul etməsi vacib hesab
edilir.
Məsələn, Bilgə xaqan bu qəbildən olan xariqüladə qabiliyyətə,
uzaqgörənliyə malik bir hərbçi kimi təsvir olunur. O, mənəvi
keyfiyyətləri zəkası ilə özünəqədərki xaqanlardan çox fərqlənir.
Çadırda oturaraq minlərlə mil uzaqda yerləşən ərazidə gedən
müharibəni əvvəlcədən udacağını təyin edə bilir. Ağıllı planları
və qanunları ilə xalqına səadət bəxş edə bilir (s.174).
Kitabələrdə mənəvi tərbiyənin məzmununda ən vacib
komponentlərdən biri olan dostluq və yoldaşlıq keyfiyyətləri xü-
susi yer tutur.
Dünyasını dəyişən xaqanlar həyatı sona çatdığına görə deyil,
dostundan, yoldaşından ayrıldığına görə təəssüflənir. «Arxamca
gələnim, yoldaşım, dostum, əfsus ki, sizdən ayrıldım» (s.304).
Beləliklə, Orxon-Yenisey abidələri qədim türklərin etik
münasibətlərini, adət-ənənələrini, mənəvi dəyərlərini gələcək
nəsillərə çatdırmaq kimi möhtəşəm bir vəzifəni həyata keçirməkdə
istinad edilə bilən qüdrətli sənət nümunələridir.
Folklorşünas, filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev Orxon-Yenisey yazılı abidələrini onun əlamətlərini, folk-
lor qaynaqlarını İraq türkmanlarının ədəbiyyatı ilə səciyyələndirir.
Bu yaxınlıq beşikdən-qəbrədək yol gedən türkdilli xalqların
mərasim və nəğmələrində, bayatı və oxşamalarında, atalar sözləri
və tapmacalarında, nağıl və dastanlarında, uşaq oyunlarında,
rəvayət, əfsanə və lətifələrində, inac və dualarında və s. əsla
fərqlənmir, eyniyyət təşkil edir. Professor Qəzənfər Paşayev haqlı
269
Pedaqogika, Fəlsəfə, Psixologiya
olaraq göstərir ki: «Bu xalqın ruhunda və təbiətində, rübab, saz və
söz xəzinəsinin hər qatında Azərbaycan folkloruna bir bağlılıq,
bir doğmalıq, məhrəmlik və əkizlik yaşayır. Nə yaxşı ki, tarix bu
məhrəmliyi qoruyub saxlayıb. Nə yaxşı ki, şüurda, düşüncədə,
mənəviyyatda xalq parçalanmayıb»2.
Orxon - Yenisey yazılı abidəsində görülmüş illüstra-
siya və şəkillər əsasında İraqda çap olunmuş folklorşünas
Ə.Bəndəroğlunun «Bayatılar xoyratlar» kitabına baxanda profes-
sor Q.Paşayevin yuxarıdakı fikrinə tam şərik oluruq:
Bayatı:
Dam üstə yatan oğlan,
Köynəyi kətan oğlan!
Apardılar yarıvı,
Bixəbər yatan oğlan.
(Bax: Q.Paşayev. İraq-Kərküt bayatıları. B., Yazıçı, 1984)
Xoyrat:
Qələdə yatan oğlan,
Könəgi kətan oğlan.
Adaxlıv əldən getdi,
Bixəbər yatan oğlan.
(Bax: Əli Bəndər. Bayatılar və xoyratlar. Bağdad, 1989)
İzaha, təhlilə ehtiyac varmı? Göründüyü kimi hər iki dörd-
lükdə fərqlər etnik bütövlüyü qoruyub saxlamış Təbriz, Ərdəbil,
Bakı, Şəki, Şirvan, Gəncə, Dərbənd, Qarabağ, Naxçıvan və digər
folklor qaynaqlarında olan regional variantlar vardır. Bu baxım-
dan İraq foklorşünası Ata Tərzbaşı yazır: «Xoyratın kökləri İraq-
da türkmanların yaşadığı bölgələrdə meydana çıxmış, Ağqoyunlu
270
DƏDƏ QORQUD ARAŞDIRMALARI
və Qaraqoyunlu türkman, dövlətləri zamanı gəlişərək sonralar
İraqdan, Türkiyəyə, İranın quzeyinə, özəliklə əhalisi Türkman
olan Təbrizə və eləcə də Azəri və ya Azərbaycan gibi tanınan və
türkmanlardan ibarət Azərbaycan torpağına yayılmışdır».
Oxşar, analoji məqamlar türkdilli xalqların Orxon- Yenisey
abidələrində və folklor qaynaqlarında daha aydın nəzərə çar-
pır. Müasir İraq-türkmən ədəbiyyatında ədəbi əlaqələrin yüksək
xətlə inkişafında lirik-poetik janrlar üstünlük təşkil edir. Türkdilli
xalqlarda xüsusən onun poeziyasında klassik ərəb ədəbiyyatının
təsiri (divan şeiri) duyulsa da, əsas inkişaf etdirilmiş şeir aşıq
ədəbiyyatı, heca və sərbəst vəzndə yazılırdı.
Müasir İraq-türkmən poeziyasında xalq şeiri - aşıq ədəbiyyatı
xüsusi yer tutur. Yaranan aşıq şeiri və xoyratlarda xalqın dün-
yagörüşü, həyat tərzi, mənəvi aləmi, sevinc və kədəri əks et-
dirilir. Varlığını Orxon-Yenisey, «Kitabi-Dədə Qorqud» kimi
möhtəşəm abidələr üzərində qurmuş aşıq ədəbiyyatı və xoyratlar
bu günə qədər öz nüfuzunu qoruyub saxlayır. Divan şairləri xalq
ədəbiyyatından, aşıq şeirlərindən təsirlənərək bu sahədə gözəl po-
etik nümunələr yaratdı. İraq türkmənləri böyük Azərbaycan şairi
M,Füzulinin də xoyratlar yazdığını etiraf edir:
Gülə naz,
Bülbül edər gülə naz.
Girdim bir dost bağına
Ağlayan çox, gülən az.
Türkdilli xalqlarda, xüsusilə türkmənlər arasında şifahi xalq
ədəbiyyatına geniş yer verilmiş silsilə xoyratlar yazılmışdır. Di-
van şairi, el aşığı kimi şöhrət qazanmış Hicri Dədə bir xoyratına
diqqət edin:
271
Pedaqogika, Fəlsəfə, Psixologiya
Sağ alması,
Aldı al bağ alması.
Dost mənə bir daş vurdu,
Çətindi sağalması.
Xalq şeirinin aşıq ədəbiyyatının Orxon- Yenisey və «Kitabi-
Dədə Qorqud» milli mənəvi abidələrindən bəhrələnməsi
nəticəsidir ki, onun mövzu dairəsi günü –gündən genişlənir. Türk
xalqlarının işgəncələrdən, haqsızlıqdan azad olunmasında aşıq
şeiri hədəfi vuran güclü bir silaha çevrilmiş, milləti qəflət, cəhalət
yuxusundan oyatmışdır.
Gor milləti
Aç gözünü gör milləti.
Kefdən şəfaya dalsan,
Görərsəm kor milləti.
(Bax: Qəzənfər Paşayev. İraq-Kərküt bayatıları. Bakı, Yazıçı,
1984)
Göründüyü kimi, xoyratlar böyük mənalar, məzmun çalar-
ları ifadə edir. «Türk ləhcələri lüğəti»də «Xoyrat» türk sözüdür.
Həmin lüğətdə «xoyrat», «xoyrat» sözlərinin mənası- «kəndli»,
«qaba», «kobud»kimi göstərilmişdir.3 «Avesta»da isə «xoyrat»
sözü «sərxoş» mənasında verilir.
İraq folklorşünaslığında bu problemin tədqiqinə xüsusi diqqət
yetirilir. Bu cəhətdən Əsəd Ərbilin «Milli kimliyimiz xoyratla-
rımızdır», Əbüllətif Bəndəroğlunun «İraq türkmən ədəbiyyatı
yolunda bir addım», Şəmsəddin Kərkükün «Kərkük bayatıları»,
Qəzənfər Paşayevin «İraq-türkmən fokloru», «İraq-Kərkük baya-
tıları» və s. xüsusi qeyd olunmalıdır.
Türkdilli xalqların bayatılarında səslənən
Dostları ilə paylaş: |