272
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gəlinə, bax gəlinə,
Xına yaxmış əlinə,
Gəlinin incə beli,
Düşmüş xoyrat əlinə.
«Avesta»dan gəlmə «xoyrat» sözü böyüyüb boya başa çat-
dığım Naxçıvanın Culfa bölgəsində demək olar ki, eyni mənada
işlənilir. Amma dilçiliyə dair bir çox tədqiqat əsərlərində «xoy-
rat» «qarışıq» salan, «özbaşına»lıq yaradan mənalarında geniş
yayılmışdır. Dilşünas Nizami Xudiyev göstərir ki, müasir ədəbi
dilimiz Orxon-Yenisey, «Avesta», «Kitabi-Dədə Qorqud» yazılı
abidələri əsasında formalaşıb inkişaf etmişdir.
Qədim türklərin mənşəyi haqqında Orxon-Yenisey
abidələrində bir neçə əfsanələr əsasında məlumat verilir. Bu
əfsanələrin əsası motivi budur ki, türklər öz mənşələrini dişi
qurdlardan alıblar. Sonralar türklərin öz bayraqlarına qurdba-
şı şəkli çəkməsi də heç şübhəsiz həmin mifoloji dünyagörüşün
nəticəsidir. Türkdilli xalqlar arasında «türk» sözü haqqında uzun
illər mübahisələr getmişdir. Orxon-Yenisey abidələrində, daha
doğrusu, Ongin, Gül-Tigin, Bilgə xaqan və Tonyukuk abidələri
yazanlar özlərini göy türk, Çin mənbələrində isə tu-kyu, tu-kyue,
tukyuk, türküt adlandırırlar.
Mahmud Kaşğaridən başlayaraq tədqiqatçılar türk sözünə
müxtəlif mənalar vermişlər. Belə qənaətə gəlinmişdir ki, türk
sözü qüvvət, güc, qüdrət, şücaət mənasını ifadə edir. Bu ad Or-
xon-Yenisey abidələrinin yazıldığı dövrdə xanlıqlarda hakim rol
oynayan türk qəbiləsinə verilmişdir. Ə.Rəcəbov, Y.Məmmədov
doğru göstərir ki, qədim türk qəbilələri haqqında ən etibarlı və ən
qədim məlumat Çin mənbələrindədir.
Əfsanə, nağıl, rəvayətlər əsasında yazılmış Orxon-Yenisey
273
Pedaqogika, Fəlsəfə, Psixologiya
abidəsində qədim türk xalqlarının həyatı, məişəti, məşğuliyyəti,
milli mənəvi dəyərləri ilə yanaşı qəbilə və sülalə davası,
hakimiyyət, işğalçılıq siyasəti, günahsız qanlar tökülməsi, ölüm
səhnələri də öz əksini tapmışdır. «Avesta» və «Kitabi-Dədə Qor-
qud» abidələrində də bu əlamətlər aydın görünür.
M.Seyidovun bu abidələr barədə maraqlı araşdırmaları var-
dır. O, göstərir ki: «Son vaxtlara qədər Azərbaycanın bir çox
yerlərində ağac pirlər olmuşdur. Həmin pirlər əsasən uşaq doğum
pirləri kimi məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu
ilə gələr, səcdəyə durarmışlar. Ağacın doğum piri olması, onun
həm dünya ağacının atributu olmasına işarədir. Bizcə, ardıca və
başqa ağaclara belə münasibət sitayiş əlamətidir. Bir çox axtarış-
lar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayıl-
mışdır. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbiləsinə aid
edilən maddi-mədəniyyət nümunələri elmə xeyli material verir.
Eradan əvvəl IV-III əsrlərə aid edilən həmin sənət nümunələri
içərisində bir əl-üz dəsmalı xüsusi əhəmiyyət kəsb edir.
Həmin şəkildə ilahinin əlində müqəddəs ağac təsvir olunmuş-
dur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaz-
nova qeyd etmişdir ki, burada doğum və bərəkət ilahəsi və onun
əlində ağac təsvir olunmuşdur. Dəsmaldakı təsvir sübut edir ki,
qədim türklər, o cümlədən Altay türkləri ən qədim zamanlardan
ağaca müqəddəs bir şey kimi baxmışlar»
1
.
Deməli, türk xalqları ağaca doğum, uşaqların hamisi, ilahi
bir varlıq kimi baxmışlar. Kökü minilliklərin dərinliklərinə gedən
Umaya inamının izlərinə Orxon-Yenisey abidələrində rast gəlmək
olar. Bu baxımdan Gül-Tigin abidəsinin şərq tərəfində 31-ci sı-
rada yazılır: «Umay tək öğim katun kutunqa inim Gül-Tigin at
bulu».
2
Yəni, tək anam xatunun bəxtinə kiçik qardaşım Gül-Tigin
ad qazandı; Tonyuk abidəsinin qərb tərəfində 38-ci sırada: «Tenq-
ri, Umay, İduk Yer-Sub başa berti erinc».
3
Yəni, Tanrı, umay və
274
DƏDƏ QORQUD ARAŞDIRMALARI
müqəddəs Yer-Su qəlbə bəxş etdilər.
Xalqımızın inam və etiqadının, ovçuluq, əkinçilik, maldarlıq
həyatı ilə bağlı olan bu milli-mənəvi abidələr xalq yaradıcılığının
rəngarəng formalarında: xalçaçılıqda, rəssamlıqda, nəqqaşlıqda,
memarlıqda, poeziyada, musiqidə və s. daha da inkişaf etdiril-
mişdir. Orxon-Yenisey abidəsindəki daş rəsmlərində qədim peşə,
sənət adlarına da rast gəlirik. Məsələn, xarrat, daşqaçı, dulusçu,
təndirçi, dəyirmançı, halvaçı, keçəçi, çarıxçı, çörəkçi, papaqçı,
başmaqçı, çütcü, dərzi və s.
Azərbaycanın Eneolit dövründə dini ayin və ovsun
mərasimləri də Orxon-Yenisey, «Avesta», «Kitabi-Dədə Qor-
qud» abidələrində xüsusi yer tutur. 1994-cü ildə nəşr olunmuş
«Azərbaycan tarixi» kitabında yazılır: «Qarğalar təpəsində ki-
çik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını
tədqiqatçılar quraqlıq zamanı yağış «yağırmaq», onu «çağırmaq»
mərasimi ilə bağlayırlar. Bu inanc da eynən Umay inancı kimi
türk mifik təfəkkürü ilə bağlıdır.
Rus türkoloqu Lev Qumilyovun məşhur olan «Qədim
türklər» (Moskva, Yazıçı, 2002) kitabında çox qədim zaman-
lardan türklərin «yada daşı» - yəni cadu daşı vasitəsilə quraqlıq
olanda yağış yağdırmaq imkanı var. Türklərin yağış yağdırmaq
gücünə malik olması barədə bir çox müəlliflərin, eləcə də VII
əsrdə Suriya və X əsr fars mənbələrində çox sayda məlumatlar
olduğunu qeyd edən Lev Qumilyov daha sonra göstərir ki, yalnız
Firdovsi bu problemi izah etməyə çalışmış, onu kütləvi ötəri bir
iğtişaş kimi şərh etmişdir. Qədim türklərin bu sənəti «yada», yəni
cadu daşı adlandırdıqlarını diqqətə çatdıran müəllifin fikrinə görə
ayrı-ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər da-
vam etmişdir.
Tarixçi Firuddin Əsədov «Ərəb tarixinə dair» (Bakı, Elm,
1993) əsərində yağış yağdırma üsulunu dini baxışlarla izah edir. O,
Dostları ilə paylaş: |