284
DƏDƏ QORQUD ARAŞDIRMALARI
çatdırılmasına imkan verməmişdir. «Sərəncamlar»ın növbəti
sayında M.Ə.Elxanovun 1885-ci il martın 31-də vəfat etdiyi
xəbər verilirdi.
Firudin bəy Köçərli ədəbiyyat tariximizin ilk tədqiqatçısı,
müəllim hazırlığının təşkilatçılarından, Azərbaycanda uşaq
ədəbiyyatı banilərindən, dövrün bütün ədəbi-pedaqoji və ic-
timai-siyasi məsələlərinə öz münasibətini bildirən hərtərəfli
şəxsiyyətdir . Onun, eyni zamanda Qərbi Azərbaycan
maarifinin,pedaqoji fikrinin inkişafında da mühüm xidmətləri
olmuşdur. Firudin bəy Köçərli ömrünün 10 ilini məhz İrəvan
ədəbi mühitinə sərf etmişdir (1885-1895).
Əldə olan məlumatlar Köçərlinin İrəvan həyatının çox dol-
ğun keçdiyini təsdiq edir: “1885-ci ilin iyun ayında Köçərli
İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin
olunur. Pedaqoji işdə böyük müvəffəqiyyət göstərdiyi üçün o,
demək olar ki, hər il mükafat alır, ona “kollejski sekretar”, “ti-
tulyar sovetnik”, “ştatski sovetnik” kimi rütbələr verilir.
“Kavkazskiy kalendar” məcmuəsinin 1892-ci il 223-
cü səhifəsində göstərilir ki, Firudin bəy Köçərli İrəvan gim-
naziyasında Azərbaycan bölməsinin müdiri, eyni zamanda
Azərbaycan dili müəllimi işləmişdir.
Kavkazskiy kalendar”ın 1894-cü il məcmuəsində Firudin
bəy Köçərlinin fəaliyyəti bir az da geniş şəkildə təqdim olunur.
Belə ki, bu böyük maarif xadimi gimnaziyada həm müsəlman
şöbəsinin müdiri, həm də Azərbaycan dili müəllimi, həm də
gimnaziyanın tərkibində pansionun müdiri olduğu göstərilir
(səh.247-248).
“Kavkazskiy kalendar”ın 1895-ci il nəşrində Firudin bəy
Köçərlinin vəzifələrinin eynilə saxlandığı qeyd olunur: həm
gimnaziyada müsəlman şöbəsinin müdiri, həm Azərbaycan dili
müəllimi, həm də gimnaziyanın tərkibində pansionun müdiri.
Bu, Firudin bəy Köçərlinin İrəvanda işlədiyi sonuncu il olur.
285
Pedaqogika, Fəlsəfə, Psixologiya
İstər bu illərdə, istərsə də sonrakı illərdə məcmuənin işıq üzü
görmüş nömrələrində təkcə İrəvan gimnaziyası deyil, eləcə də
İrəvan müəllimlər seminariyası və Uluxanlı məktəbindən, onların
fəaliyyətindən söhbət açılarkən, onların yaranması xüsusilə vur-
ğulanır.
Əldə olan məlumatlar Köçərlinin İrəvan həyatının çox dol-
ğun keçdiyini təsdiq edir: “1885-ci ilin iyun ayında Köçərli İrəvan
gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunur.
Pedaqoji işdə böyük müvəffəqiyyət göstərdiyi üçün o, demək olar
ki, hər il mükafat alır, ona “kollejski sekretar”, “titulyar sovet-
nik”, “ştatski sovetnik” kimi rütbələr verilir.(3,8)
İrəvan gimnaziyasında çalışdığı illərdə F.Köçərli maa-
rif məsələlərinə dair məqalələr yazır, Zöhrabzadə ilə birlikdə
“Təlimi-lisani-türki” adlı dərslik tərtib edir, “Təlimati-Sokrat”
(1891) adlı fəlsəfi əsərin nəşrinə nail olur, həm də ədəbiyyata
ciddi maraq göstərir, bədii tərcümə ilə məşğul olub. Puşkindən,
Lermontovdan, Tolstoydan, Koltsovdan tərcümələr edir, tənqidi
məqalələr yazır.
“Vətən dili” dərsliyinin müəllifi A.O.Çernyayevski 1894-cü
ildə F.Köçərliyə göndərdiyi bir məktubunda yazırdı: “Bənövşə”,
“Çiçək” və “Dilənçi” adlı tərcümələriniz mənim kitabımın zinəti
mənziləsində olacaqdır. Nəzmi yüngül, musiqili və ahənglidir,
qafiyələri də öz yerindədir” (“Azərbaycan Ədəbiyyatı Tarixi”.
Bakı, 1960, s.485).
F.Köçərli İrəvan ədəbi mühiti ilə bağlı çox tutarlı məqalələr
yazmış və İrəvanda teatrın inkişafında da öz xidmətlərini
göstərmişdir.
F.Köçərli İrəvan gimnaziyasında 10 illik fəaliyyətindən sonra
1895-ci ilin oktyabr ayında Qori seminariyası adı ilə tanınmış Za-
qafqaziya müəllimlər seminariyasının tatar şöbəsinin Azərbaycan
dili və şəriət müəllimi təyin edilir.
İrəvan mühitinin digər bir maarifpərvər ziyalısı Haşım