275
Pedaqogika, Fəlsəfə, Psixologiya
göstərir ki, Təbərinin yazdığına görə Həzrəti Nuh Peyğəmbərin
oğlu türklərin ulu babası hesab edilən Yafəs türk xalqına yağış
yağdıran yada daşı vermişdir. Başqa bir rəvayətdə isə həmin da-
şın türklərə Həzrət İbrahim pyeğəmbərdən miras qaldığı bildiri-
lir.
Türklərin cadu daşı vasitəsilə yağış yağdırdıqları barədə
məlumat verən müəlliflərdən biri də X əsrdə yaşamış məşhur
alim Əl-Fəqih Əl-Həmədanidir. O, ərəb dilində qələmə aldı-
ğı «Ölkələr haqqında xəbərlər» adlı kitabında «Türklər, onla-
rın ölkəsi və bu ölkədəki möcüzələr haqqında» maraqlı fikirlər
söyləyir. O, göstərir ki, Türklər ölkəsində möcüzələrdən biri də
onların daşların köməkliyi ilə istədikləri vaxt yağış, qar, dolu yağ-
dırmaq, təbiəti dəyişdirmək qabiliyyətinə malik olmasıdır.
Müəllifi məlum olmayan XIII fars dilində qələmə alınmış
«Dünyanın qəribəlikləri» adlı kitabda da maraqlı bir fikir var:
«Deyirlər ki, Ərdəbildə böyük bir daş düşdüyü zaman bu daşı
şəhərdən kənara çıxarırlar və o saat da yağış yağır. Onu yenidən
şəhərə qaytaranda yağış kəsir».
Mənəvi tərbiyənin ən mühüm vasitəsi hesab edilən tari-
xi abidələrimizdə nəğmələr, inanclar, alqışlar, müqəddəs ocaq
yerləri- Haça qaya, Baba dağ həmişə insanların ümüd, inam
yeri olub. İbtidai insanların, qədim türklərin müqəddəsləşmiş
ocaq yerləri Orxon-Yenisey, «Avesta», «Kitabi-Dədə Qorqud»
nişanələridir. Bu daşlaşmış abidələrin köklərinin ən azı Eneo-
lit dövrünə gedib çıxdığını sübut edən poetik nümunələr vardır.
Bu o deməkdir ki, Azərbaycanda türk xalqı Eneolit dövründə
yəni 6-8 min il öncədən məskunlaşmış, böyük mədəniyyəti, ağız
ədəbiyyatı, mənəviyyatı, musiqisi, incəsənəti, milli adət-ənənəsi
ilə boy atıb inkişaf etmişdir. Yaşı minilliklərlə ölçülən şifahi xalq
ədəbiyyatımızın, Orxon-Yenisey abidələrinin tarixi də Qobustan-
da daşlaşmış təsviri incəsənətimiz və rəqs mədəniyyətimiz qədər
276
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qədimdir.
6-8 min il öncə işlədilən canlı danışıq dili, bu günümüzdə
əhəmiyyətli dəyişikliyə uğramadan yaşayır və fəal şəkildə işlənir.
Elə o dövrün ovsunçuluq aləti bu gün Azərbaycanın bir çox regi-
onlarında yaşayır. Malabaxan, mal-qarasını canavardan qorumaq
üçün bıçaq və ya qayçını parçaya büküb deyir: «Qurdun ağzını
bağladım» yaxud, əkinçilik, ovçuluqla məşğul olanlar hədəfə al-
dığı ovu nişana almazdan öncə oxuyur:
Haş getdi,
Huş getdi
Bu ox sənə
Tuş getdi.
Ovun uğurlu keçməsi, qurdun ağzının, bağlanması, yağış
yağdırmaq, dolu yağdırmaq və s. halları ovsunlama ilə həyata ke-
çirilir. Bir sadə bayatı formasında
Yağladım,
Dağladım
Qurdun ağzını
Bağladım.
Tarixi abidələrimizdə, türkdilli xalqların folklorunda və mi-
fologiyasında Qurd obrazı bədii və elmi araşdırmaların diqqət
mərkəzində olmuşdur. Üstəlik bu obraz ölməz abidələrimizdə
yer tutmuş poetik düşüncələrdə, tarixçilərin, etnoqrafların, filo-
sofların, folklorşünasların, rəssamlığın və s. tədqiqat obyektinə
çevrilmişdir. Folklorşünas İslam Sadıq yazır: «Qurd obrazı haq-
qında indiyə qədər çox yazılıb və hələ çox yazılacaq, çünki onun
poetik təhlil üçün verdiyi material zəngin, imkanlar genişdir. Hər
277
Pedaqogika, Fəlsəfə, Psixologiya
bir araşdırıcı Qurd obrazına fəqdi aspektdən yanaşır, onu öz təhlil
prizmasından keçirir, ona görə də həmişə yeni söz demək, yeni
fikir söyləmək olur».
Milli mənəvi abidələrimizdə, daşlaşmış heykəllərdə, türk mi-
fik təfəkküründə Qurd bir neçə funksiyanı yerinə yetirir, yəni biz
onu bir neçə rolda görürük. «Göytürk» dastanında türklərin məhz
bir qurddan törədikləri öz əksini tapmışdır. Dastandan aydın olur
ki, Aşina adlı bir ailədən törəmiş göytürklər Lil adlı bir məmləkət
tərəfindən məğlub edilib hamısı öldürüldülər. Təkcə on yaşlı bir
oğlan uşağı qaldı. Düşmənlər onun ayağını kəsib bir bataqlığa
atdılar. Onu bir dişi qurd bəsləyib böyütdü. Onlar dağda bir ma-
ğarada yaşadılar və Qurd oğlandan 10 uşaq doğdu. Bu 10 oğlanın
hərəsi sonradan bir soyun əsasını qoydu və bu soylar türklərin
əcdadları olublar.
Folklorşünas Sədnik Paşayevin topladığı və ön söz yazdığı
«Yanardağ əfsanələri»n də göstərilir ki, həm mifdə, həm də daşın
üstündəki təsvirdə Aşina qıçları kəsilmiş uşağı əmizdirir. Qur-
dun uşağı əmizdirməsi motivi türk folklorunda geniş yayılmışdır.
Tovuz bölgəsində Alıdədə haqqında xeyli əfsanə var. Onlardan
birində Alıdədənin balaca oğlu itir və onu Qurd tapıb əmizdirir.
Alıdədə uşağı tapıb evə gətirir. Ona deyir ki, anan Mahpeykərdi,
atan da mənəm. Uşaq isə cavabında bildirir ki, mənim anam Boz-
qurddur, mən onun döşündən süd əmmişəm».
Epos, nağıl və dastanlarda, milli mənəvi dəyərlərin parlaq
təzahürü kimi təsvir olunan daş abidələrdə görünən Qurd rəsmləri
bəzən Canavar simvolunda təqdim olunur. Amma bu canavarları
darmadağın edən Qurdlar türk oğlu, türklərdir. Bu deyim də Or-
xon - Yenisey abidələrində ucadan səslənir.
Mahmud Kaşğarlı yazırdı ki, türklər Qurda gücün, mərdliyin
rəmzi, simvolu kimi baxırdı və onu tülküyə qarşı qoyurdu. Uşaq
anadan olanda oğlan və qız olduğunu bilmək üçün soruşurdu-
278
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lar: «Qurd doğulub, yoxsa tülkü?». Onun dalınca gedib qayadan
adamdan da «qurdsan yoxsa tülkü?» deyə soruşurdular. «Alpa-
mış» eposunda Qaracan anasını elçi göndərir və qayıdanda bu cür
də soruşur. Anası deyir: «Ay oğul, mən hara getsəm, harda olsam,
ordan tülkü kimi yox, qurd qayıdaram». Demək, Qurd kimi qayıt-
maq işin uğurlu alınmasıdır.
Deməli türkdilli xalqların foklorunda, qəhrəmanlıq dastanla-
rında Qurd obrazı igid, döyüşkən, mübarizlik rəmzidir. Bu «Dədə
Qorqud»da belədir, «Koroğlu»da, «Manas»da , «Oğuz Kağan»da
da! Koroğlunun oğlu Həsən özünü atasına «Qurdoğluyam, Ko-
roğlunun oğluyam» deyə təqdim edir. Beləliklə, türk xalqları-
nın dilində Qurdla bağlı çox deyimlər var ki, bu Orxon-Yenisey
abidələrində verilmiş daş heykəllərdə də özünü göstərir. Məsələn,
«Qurd kimi ulamaq», «Qurd ürəyi yemək», «Qurdla qiyamətə
qalmaq» və s.
Orxon-Yenisey abidələrində təsvir olunan hər daşda verilən
rəsmlər tarixin bir parçasıdır. Bu daşlaşmış heykəllər qədim, ibti-
dai insan, türklərdir, əsrlərin yadigarıdır. Türklər Qurdun göydən
gəldiyinə, hətta Tanrı oğlu olduğuna doğrudan da inanırdılar.
Bu inamın izlərini ayrı-ayrı türk xalqlarının zəngin folklor qay-
naqlarında görmək olar. Odur ki, bu abidələr gənclərin mənəvi
tərbiyəsində daim öz aktuallığını saxlayır.
Ədəbiyyat
1. Ə.Rəcəbov, Y,Məmmədov. Orxon-Yenisey abidələri. B.,
Yazıçı, 1993
2. Q.Paşayev. İraq-türkmən fokloru. B., Yazıçı, 1992, s. 8.
3. N.Xudiyev. Azərbaycan ədəbi dil tarixi.Bakı ,Maarif 1995
4. M.Seyidov. Azərbaycan mifik təfəkkürün qaynaqları.
Dostları ilə paylaş: |