279
Pedaqogika, Fəlsəfə, Psixologiya
B.,Yazıçı,1983
5. İslam Sadıq. Şumer və Türk folklorunda bozqurd obrazı.B.,
2010.
6. Yanardağ əfsanəsi. B.,1978.
7. N.Rzayev. Qayalar danışır. B., Elm, 1985.
8. Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim
mənbə. B., Nurlan, 2003, s. 124.
9. Hamid Zubeyr. Ədəbiyyat dərgisi. İstambul, 1952.
10. Ata Tərzbaşı. Kərkük hoyratları və maneləri. İstambul,
1975.
11. Erşat Hürmüzlü. Kərkük ağzında mani və horyata dair
(folklor dergisi), İstambul, 1999, № 2.
Резюме
Тарлан Аскерова,
младший научный сотрудник
ПРОБЛЕМЫ ДУХОВНОГО ВОСПИТАНИЯ
В ПИСЬМЕННЫХ ОРХОНА-ЕНИСЕЙСКИХ
ПАМЯТНИКАХ
В статье исследуются вопросы духовного воспитания
в письменных Орхана-Енисейских памятниках. Так как, в
монументе распространяются такие духовные качества, как
любов к учителю, дружба, чувство товариществе, семейные
узы, уважение родителских наставлений преданность,
честность.
280
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Summary
Tarlan Askarova,
Junior researcher of laboratory “Dede Korkut”
THE TASKS OF MORAL GİVİNG UP İN THE WRİTTEN
MONUMENTS OF ORKHAN-YENİSEY
It is researched, the tasks of moral giving up in the written
monuments of Orkhon-Yenisey in this article. So that it is researc-
hed the family artitute the love to the teacher, friendship the sense
of friendship, to listen to mothers and fathers love and to use from
them, moral gualityesasreality.
282
DƏDƏ QORQUD ARAŞDIRMALARI
baycan maarifpərvərləri təbii ki, bu məsələlərin həlli yolları-
nı da düşünürdülər. Onlar xalqı maarifləndirməyin qabaqcıl
vasitəsi olan dil, mədəniyyət, ideologiya, din və s. keyfıyyətləri
özündə ehtiva edən milli tərbiyə amillərinin tətbiqi və yayılma-
sı yolunda da əzmkarlıq nümayiş etdirirdilər.
Bu dövrdə Azərbaycanın əzəli bölgələrindən biri olan
İrəvan vilayəti və onun paytaxtı İrəvan şəhərində, eləcə də ətraf
bölgələrdə - Vedibasarda, Uluxanlıda qabaqcıl ictimai pedaqoji
fikir xeyli irəliləmiş, milli tərəqqi ideyaları təşəkkül tapmış, xal-
qın demokratik maariflənməsi yolunun başlıca meyarları olan
xəlqilik, demokratizm, humanizm, ümumbəşərilik, dünyəvilik,
ana dili uğrunda mübarizə səyi artmış, milli mücadilə əzmi öz
fəal dairəsini daha da genişləndirmişdir.
Irəvan maarifpərvərlərinin milli tərəqqi ideyalarına istinad
etməyin
ən yüksək nümunəsi, əlbəttə, təlim-tərbiyə prosesində,
məktəb həyatında daha çox cərəyan edir.
Burada fəaliyyət göstərərək İrəvan pedaqoji fikir tarixi-
ni zənginləşdirən Mirzə Ələkbər Elxanov 1828-ci ildə İrəvan
şəhəri yaxınlığındakı Uluxanlı kəndində anadan olmuş, İrəvan
şəhərində baş məscid nəzdindəki ruhani məktəbini bitirib,
sonralar rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasın-
da imtahan verərək Azərbaycan dili müəllimi adını almışdır.
M.Ə.El¬xanov XIX əsrin ortalarında Tiflisdə (Azərbaycanda və
Ermənistanda gimnaziya olmadığından və Tiflis Zaqafqaziyanın
inzibati mərkəzi olduğundan o, bu hüquqa malik idi) imtahan
yolu ilə rəsmi müəllimlik hüququ alan ilk azərbaycanlılardandır.
M.Ə.Elxanov 1856-cı ildən ömrünün sonunadək (30
ilə qədər) İrəvandakı dövlət məktəblərində (əvvəlcə qəza
məktəbində, sonra progimnaziya və gimnaziyada) Azərbaycan
dilindən dərs demişdir (vəfatından
sonra onun yerinə gələcəyin
görkəmli pedaqoqu və maarifçisi Firudinbəy Köçərli təyin edil-
mişdir).