245
Pedaqogika, Fəlsəfə, Psixologiya
abidələrindən fərqli olaraq kağız üzərində yazılmışdır. Onlar dörd
qrupa ayrılır:
I qrup – Mani dini məzmunlu yazılı abidələr – buraya
atəşpərəstlik dininə məxsus tərcümələr daxildir. Onlardan «Xuas-
tuanift» abidəsi uyğur əlifbası ilə yazılsa da, dilində İran sözləri
və cümlələrinin geniş yer tutduğu səbəbindən tərcümə əsəri hesab
edilir.
II qrup – Xristian dini məzmunlu uyğur yazılı abidələri – bu
abidələr X-XI əsrlərə aid edilir, «İncil»dən götürülmüş parçaların
tərcümələridir.
III qrup – Budda dini məzmunlu uyğun yazılı abidələri –
X əsrə aid olan bu abidələr Çin, Tibet, hind, toxar dillərindən
tərcümə edilmiş mətnlərdir. Onlar içində irihəcmli «Altun yaruk»
abidəsi («Qızıl işıq») xüsusi yer tutur.
IV qrup – Dini məzmun daşımayan və canlı danışıq dilinə ya-
xın olan uyğur yazılı abidələri – buraya falaçma məqsədilə yazı-
lan «İrk bitik» abidəsi, uyğur hüquq sənədləri daxildir. Təsərrüfat
münasibətlərini, uyğurların məşğuliyyət sahələrini, həyata ba-
xışlarını, məişətini, inam və inanclarını, ailə mədəniyyətini əks
etdirirlər.
Beləliklə də görürük ki, aparılmış tarixi, filoloji, etnoqrafik,
mətnşünaslıq tədqiqatları Orxon-Yenisey abidələrinin mahiyyə-
tini, mətnlərin mövzu və məzmun cəhətdən ümumiləşdirilməsi,
tapılma ərazilərinə görə qruplaşdırılması, yazılma tarixi ba-
xımından dəqiqləşdirilməsi, dilini və məxsus olduqları xalqı
müəyyənləşdirmək cəhətindən böyük nailiyyətlər əldə etmişdir.
Bu abidələr qədim türklərin həyatının müxtəlif tərəflərini əhatə
edən zəngin materiallar verir. Orxon-Yenisey abidələrinin pe-
daqoji, psixoloji və fəlsəfi araşdırılması müasir dövrümüzdə
bu əvəzsiz tarixi töhfələri dərk etməklə məişətimizə, mənəvi
tərbiyəmizə və milli qürurumuzun möhkəmlənməsinə xidmətə
yönəltmək baxımından gərəkli bir iş olardı. Aparılan tədqiqat işi
246
DƏDƏ QORQUD ARAŞDIRMALARI
məhz pedaqoji baxımdan dəyərli cəhətləri aşkar etməyə, milli,
psixoloji təfəkkürə əhəmiyyətli təsir göstərən tarixi reallıqları
əsaslandırmağa və fəlsəfi cəhətdən tarixi hadisələri dərk etməyə
kömək göstərən məqamları üzə çıxarmağa istiqamətlənmişdir.
Buna görə də araşdırmanın mövzusunu aşağıdakı istiqamətlər
üzrə tədqiqata cəlb etmək nəzərə alınmışdır:
1. Orxon-Yenisey yazılı abidələrində geniş əksini tapan
dövlətçilik sahəsində qəbul olunmuş davranış tərbiyəsi;
2. Orxon-Yenisey yazılı abidələrində ailədaxili davranış
tərbiyəsi;
3. Orxon-Yenisey yazılı abidələrində ictimai-sosial həyatda
davranış tərbiyəsi.
Tədqiqatın birinci istiqaməti Orxon-Yenisey yazı-
lı abidələrində özünə yer almış rəsmi siyasi davranış tərzinin
tərbiyəsi ilə bağlı problemləri əks etdirir və onunla əlaqədar
çoxçeşidli məqamları ilə maraq doğurur. Burada qabarıq şəkildə
əksini tapan aşağıdakı davranış normalarını müşahidə etmək olar:
I. Yazılı türk abidələrində türk eli və onun bütövlüyü prob-
lemi xüsusi şəkildə vurğulanır, bu məsələdə xaqanın və ya igid
bəylərin davranışındakı bu və ya digər özəl cəhətlər tarixi və icti-
mai zərurət halı olaraq əsaslandırılır.
Tərbiyə metodları arasında xüsusi yer tutan əqidəlilik, ide-
allaşdırma və inandırma məsələləri elmi-pedaqoji ədəbiyyatda
şəxsiyyətin formalaşmasında önə çıxarılan mühüm vasitələrdir:
«Əqidəlilik şəxsiyyətin ictimai-siyasi maraq və konsepsiyasının,
mənəvi-iradi keyfiyyətlərinin (fəallıq, müstəqillik, qətiyyətlilik,
prinsipiallıq və s.) və biliklərdən təcrübədə istifadə etmək, hər
hansı bir situasiya zamanı öz baxış və mövqeyini qoruya bilmək
qabiliyyətinin olması deməkdir. Belə bir şəxsiyyətin formalaşdı-
rılması üçün inandırmanın müxtəlif vasitələrindən istifadə edilir.
Siyasi məlumatlar geniş yayılmış vasitələrdən biridir» (7; 191).
Kül-tiginin şərəfinə yazılmış abidədə türk elinin əmin-
247
Pedaqogika, Fəlsəfə, Psixologiya
amanlığının əsasları məqsədyönlü şəkildə verilən siyasi
məlumatlara əsasən aşağıdakı kimi göstərilir: «İrəlidə – şərqdə,
sağda-cənubda, geridə-qərbdə, solda-şimalda, orada mərkəzi xal-
qın hamısı mənə tabedir, bu qədər xalqı mən çoxaltdım. Orada
indi pis (davranışlar) yoxdur. Ötükən meşəli dağında (taxtda) türk
xanı oturmuşdursa, (demək) eldə dərd-qəm yoxdur» (1; 219)? və
yaxud, «Ötükən meşəli dağında yaxşı hökmdar yox idi, el birliyi-
nin yeri Ötükən meşəli dağı idi. Bu yerdə (hökmdarlıq taxtında)
oturub tabğac xalqı ilə əlaqəni qaydaya saldım» (1; 219). Gör-
düyümüz kimi, türk xaqanı öz elinin bütövlüyü və mövcudluğu
uğruna çalışmaqla siyasi məqsədlərinə müvafiq xüsusi ictimai
mövqeyi ilə seçilir.
Tərbiyənin məqsədi problemi pedaqogika elminin əsas prob-
lemidir. Görkəmli pedaqoq-alimlər bu məsələni kəskin şəkildə
qabardaraq onu xalq pedaqogikasının mühüm aspekti hesab
edirlər. «Hər bir cəmiyyət öz şərait və ehtiyacına uyğun olaraq
gənc nəslin hansı keyfiyyətlərə yiyələnməsini zəruri bir tələb
kimi qarşıya qoyur. Tərbiyənin məqsədi də həmin tələbdən doğur.
Deməli, tərbiyənin məqsədi, obyekti olaraq insanların, cəmiyyətin
hər şəraiti, tələbat və ehtiyacı əsasında təşəkkül tapır». (5; 85)
Kül-tiginin dilindən yazılan kitabədə də dəyərli məsləhətlər
əksini tapmaqdadır, bu işarələr, tövsiyələr gələcək nəsillərə doğ-
ru yolu tutmaqda, eli və dövləti qorumaqda əvəzsiz kömək edən
tərbiyə vasitələridir. Kül-tigin məsləhət edir: «(Ey) türk xalqı, o
yerə (tərəf) getsən məhv olacaqsan. Ötükən ölkəsində (taxtda)
oturub karvanlar göndərsən, heç bir dərdin olmaz. Ötükən meşəli
dağında (hökmranlıq taxtında) otursan, həmişə qəbilə birliyini
saxlayarsan: (ey) türk xalqı tox olarsan» (1; 220). Və yaxud digər
bir yerdə keçmişlər xatırlanaraq xalqa aşağıdakı məlumatlar ve-
rilir: «İnsan oğlu üzərində (ulu) Atam-babam Bumın xan, İstəmi
xan hökmdar olmuşlar. Xan olmaqla (onlar) türk xalqının birliyi-
ni yaratmış, dövlətini qurmuşlar» (1; 223), və yaxud da «Onların
Dostları ilə paylaş: |