241
Pedaqogika, Fəlsəfə, Psixologiya
Müasir Azərbaycan dövləti çağ-
daş dünyanın sürətlə inkişaf etməkdə
olan bir dövləti, müasir elmi-texniki və
sosial-siyasi tərəqqi yolunu tutmuş və
fəal şəkildə qloballaşan dünyaya inteq-
rasiya edən qabaqcıl ölkələrindəndir. Bu
istiqamətdə xalqımızın psixologiyasında
baş verən ictimai proseslər, dəyişikliklər
öz əksini onun bu və ya digər həyat si-
tuasiyalarında fərdi və rəsmi davranışın-
da, gəldiyi ictimai qənaətlərdə, çıxardığı
nəticələrdə və qarşısına qoyduğu plan və
məqsədlərlə qabarıq şəkildə açıq-aydın
göstərir. Yeni dövr, yeni sosial tələblər və
cari şəraitə uyğunlaşma insanların nəinki
konkret məqamlarda davranış formaları-
na təsir edir, həm də milli xarakterin, mil-
li düşüncənin və əxlaqın mahiyyətində
əsaslı tarixi dəyişikliklərə gətirib çı-
xarır. Bunun nəticəsində xalqın milli-
mənəvi dünyası, tarixən əldə etdiyi milli
dəyərlər müasir tarixi inkişaf prosesində
qloballaşmaya məruz qalaraq unudul-
maq təhlükəsi ilə qarşılaşır və «gərəksiz
olma» kimi daha ağır tale ilə üzləşməyə
Səlimə Məmmədova,
kiçik elmi işçi
ORXON-YENİSEY TÜRK YAZILI ABİDƏLƏRİNDƏ
DAVRANIŞ TƏRBİYƏSİ
242
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sürüklənmiş olur. Nəzərə almaq lazımdır ki, xalqın milliliyi ara-
dan qaldırılarsa, onun dili, milli-mənəvi dəyərləri, milli-əxlaqi
xüsusiyyətləri məhv olar, həmin xalq öz sosial məzmununu
itirərək müxtəlif siyasi və iqtisadi münasibətlərdən asılı vəziyyətə
düşər və mənəvi birlik, mədəni-tarixi ittifaq halından uzaqlaşaraq
ayrı-ayrı fərd halında zəifləyər. Buna görə də, hər bir xalqın milli
qüruru, tarixi qüdrəti kimi problemlər müasir xalq pedaqogikası-
nın, milli psixologiyanın elmi, mədəni-tarixi vəzifələrindən sayı-
lır. Bu istiqamətdə məqsədyönlü pedaqoji fəaliyyət mühüm elmi
mövqedən çıxış edir. Bu zaman tərbiyə və təlqin məsələlərinin
ciddi təhlili aparılaraq onların milli, mədəni, tarixi aspektlərdən
əhəmiyyəti üzə çıxarılaraq mütərəqqi məqamları həyata keçiri-
lir. Pedaqogika elminin dəyərləndirmələri aspektindən nəzərdən
keçirilən bu tədqiqat mövzusu müasir Azərbaycan milli-mənəvi
tərbiyəsi məsələləri üçün böyük əhəmiyyəti ilə seçilir. Belə ki,
Orxon-Yenisey türk yazılı abidələrinin mətnləri bizim xalqın
mənşəyini təşkil edən çoxsaylı türk tayfalarının mədəniyyət ta-
rixini öyrənməkdə və bu tarixi yolda əldə etdikləri nailiyyətləri,
səhvləri, nöqsanlardan çıxardıqları nəticələri, dövlətçilik və milli-
lik uğrunda çalışan igid xanların mənəvi müdrikliyinin əsaslarını,
mədəni davranış qaydalarını və s. məsələləri əhatə edən gözəl
nümunələr təqdim edir.
Orxon-Yenisey türk yazılı abidələrinin ən qədim nümunəsi
VII əsrə aid edilir (1; 5), lakin bu abidələrin üzərindəki tarixə
əsaslanıldığından gəlinən nəticə olaraq heç də abidələrin yara-
dıcısı olan xalqın yazısının, mədəniyyət və dövlətçilik tarixinin
də VII əsrə aidliyini ifadə etmir. Belə ki, abidələr üzərindəki
tədqiqatlar aparan alimlərdən V.Tomsen A.Steynin 1906-cı ildə
Çində gözətçi qülləsində tapdığı eramızın II yüzilliyinə aid arami
yazılı abidəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Göytürk
abidəsi eramızın V əsrində meydana gəlmişdir. A.M.Amanjolov
243
Pedaqogika, Fəlsəfə, Psixologiya
isə əldə etdiyi bir sıra tarixi sənədlərə əsaslanaraq belə bir
nəticəyə gəlmişdir ki, Göytürk əlifbası eramızdan əvvəl birinci
minillikdən gec yaranmamışdır. O, öz fikrini sübut etmək üçün
Göytürk yazılı işarələrini yunan əlifbasının ilk variantı, finikiya
və arami əlifbaları ilə müqayisə etmiş və bir sıra oxşarlıqlar üzə
çıxarmışdır.
Orxon-Yenisey yazılı abidələrinin yazıya alınmasında bö-
yük xidmətləri olan S.Q.Klyaştornı göytürk əlifbası ilə yazılmış
abidələri tapıldığı əraziyə görə yeddi qrupa ayırmışdır. Son za-
manlar bu siyahıya Qafqaz ərazisində tapılmış Göytürk abidələri
də daxil edilərək qrupların sayı səkkizə çatmışdır. Həmin siyahı
aşağıdakılardan ibarətdir:
I. Şimal-Qərb və Cənubi Monqolustanda tapılmış yazılı
abidələr – bu abidələr «Orxon abidələri» adı altında öyrənilir və
sayı 33-dür, daha çox diqqətəlayiq mətnə malik olanları 14-dür.
Əsas etibarilə qəbirüstü daşlardır. Onlar sırasında Ongin abidəsi
(İltəris kağan və onun xatunu İlbilgə xatunun şərəfinə yazılıb),
Tonyukukun şərəfinə yazılmış abidə, Kül-tiginin şərəfinə yazıl-
mış abidə, Mogilyan kağanın (Bilgə kağan) şərəfinə yazılmış
abidə, Küli-Çorun şərəfinə yazılmış abidə, Moyun-Çorun şərəfinə
yazılmış abidə daha məzmunlu olaraq zəngin tarixi məlumat
təqdim edirlər.
II. Yenisey yazılı abidələri – D.D.Vasilyevin müəyyən etdiyi
siyahıya əsasən sayı 140-dır. Onların qədimi V-VI əsrə, yeniləri
XI əsrə aid edilir. Bu abidələr «Talas abidələri» adı altında tanın-
mışdır.
III. Lena-Baykal yazılı abidələri – onlar, əsasən, qayalar,
məişət əşyaları üzərində yazılmış abidələrdir, sayı 40-dır. Hesab
edilir ki, eramızın VII-VIII əsrlərində yaradılmışdır.
IV. Altay yazılı abidələri – onlar arxeoloji qazıntılar zamanı
altı gümüş qab və əsasən silahların üzərində aşkar edilmişdir, ən
244
DƏDƏ QORQUD ARAŞDIRMALARI
böyüyü hündür qaya üzərində yazılmış bir abidədir. Sayı 20 olan
bu yazılı mənbələr əsasən məişət məzmunlu etnoqrafik yazılardır.
V. Şərqi Türküstanda tapılan yazılı abidələr – bunlardan
bir qismi kağız üzərində yazılmış Toyok abidəsi, Turfan yazı-
lı sənədləri (sehrkarlıq məzmunu daşıyırlar), Irk bitik abidəsi
(Falnamə və s.), bir qismi müxtəlif tipli qab əşyalar üzərində
əksini tapmışdır (divar yazıları, güzgü üzərində yazı).
VI. Şimali Qırğızıstan və Qazaxıstan yazılı abidələri - on-
ların sayı 28-dir, müxtəlif əşyalar üzərində – daş, çubuq, kiçik
heykəl, üzük, qolbaq, gümüş, qab, güzgü, qızıl quş fiquru, möhür,
qaya üzərində yazılmışlar.
VII. Fərqanə, Ala və Şimali Toxarıstanda tapılan yazılı
abidələr – sayı 18 olan bu abidələr kuzə, bürünc üzük, kaşı qab,
dəri, daş lövhələr üzərində həkk olunmuşlar. Ən qədim nümunəsi
olan Muğ dağında Soğdada tapılmış dəri üzərindəki yazılı
abidə eramızdan əvvəl III-II əsrlərə aid edilir, bu sənəd oxuna
bilməmişdir.
VIII. Şərqi Avropada tapılan yazılı abidələr – bunlar Volqa-
boyunda, Dunay sahillərində, Azov gölü ətrafında, Şimali Qaf-
qazda tapılmışdır. Qızıl, gümüş, kaşı küplər, su qabı üzərində oy-
ma-cızma üsulu ilə yazılmışlar.
Orxon-Yenisey abidələri ilə yanaşı uyğur yazılı abidələri də
türk milli-mədəniyyət tarixində xüsusi yer tuturlar. Çində tapılan
bu abidələr sayca Göytürk abidələrindən çoxdur. Tarixən müxtəlif
dinlərə sitayiş edən uyğurlar oğuz-türk ittifaqına daxil olan xalq-
dır. Bu xalqın tarixi, mədəni inkişafı Göytürk mədəniyyətindən
uzaq olmamış, danışdığı dil isə ədəbi dil baxımından nəzərdən
keçirilən göytürk dilindən fərqlənməmişdir.
Uyğurlara məxsus yazılı abidələr əsasən bu türk xal-
qının mənəvi duyğularını, dini dəyərlərini və təsərrüfatını,
məşğuliyyətini, həyatını, ictimai, sosial, siyasi münasibətlərini
öyrənmək üçün dəyərli mənbələrdir. Bu yazılı abidələr Göytürk
Dostları ilə paylaş: |