D əniz neftqaz yataqlarının tikinti layihəsinin əsas mərhələləri



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix28.07.2023
ölçüsü1,54 Mb.
#120078
1   ...   15   16   17   18   19   20   21   22   23
Muhazire Sualti

a)
 
Quyuların aerasiya üsulu ilə mənimsənilməsi. 
D
ərin dəniz neft, qaz və qazkondensat yataqlarındakı quyuların mənimsənilməsi, 
perforasiyadan sonra quyuda olan gil m
əhlulunun, xüsusi çəkisi (sıxlığı) az olan mayelərlə 
(neft, kerosin v
ə s.) əvəzlənməsi ilə başlayır. Əgər bu zaman məhsuldar laydan quyudibinə 
axın yaranmırsa, onda aerasiya üsulundan istifadə edirlər. 
Aerasiya üsulunun mahiyy
əti ondan ibarətdir ki, quyudakı və qaldırıcı borulardakı 
mayenin sıxlığının tədricən azaldılması üçün eyni zamanda quyuya, qaldırıcı borular 
vasit
əsilə, maye (neft) və sıxılmış qazın (sıxılmış hava) vurulmasıdır. 
Aerasiya işlərini yerinə yetirmək üçün quyuların fontan armaturlarına, (iki cərgə 
nasos kompressor boruları endirilmiş quyularda) sıxılmış hava (qaz) manifoldu 
birl
əşdirilir. 
 
Şəkil. Quyuların mənimsənilməsi üçün hava
manifold sisteminin yığılması 
1

4

7
– texniki manometrl
ər; 
2

3

8

9

10
– ventill
ər; 
5
– 
qazpaylayıcı batareyadan gələn yüksək 
t
əzyiqli qaz xətti; 
6
– Na
sos aqreqatından gələn maye xətti.
Qaz x
ətti-5 həlqəvi fəzaya, maye xətti-6 isə boruarxası fəzaya birləşdirilir və uyğun 
olaraq onlarda qazpaylayıcı batareyaya və nasos aqreqatına birləşir. 
Quyulardakı maye səviyyəsindən asılı olaraq aerasiya işləri iki variantda görülür: 
Birinci variant – 
bu variant layda udulma olmadıqda, quyu lüləsi ağzınacan maye ilə 
dolu olan quyuların mənimsənilməsi üçün tətbiq edilir. 
3 v
ə 10 nömrəli ventillərin bağlı və 2, 8, 9 nömrəli ventillərin açıq vəziyyətində nasos 
aqreqatı vasitəsilə maye həlqəvi fəzaya ( I və II cərgə arasında qalan fəza) vurularaq maye 
dövriyy
əsi yaradılır. Maye dövriyyəsinin təzyiqini 1 və 7 manometrləri ilə qeyd edirlər. 
Qazpaylayıcı batareyadan gələn qaz xəttinin (5), 3-ventili bağlı olduqda təzyiqinə 4-
manometri il
ə nəzarət edilir; həlqəvi fəzadan dövriyyədə olan mayenin təzyiqi, qaz 
x
əttindəki təzyiqdən 0,2-0,3 MPa aşağı düşdükdən sonra, 3-ventili azacıq açaraq 
dövriyy
ədə olan mayeyə işçi agent (sıxılmış qaz) qaz verilir ki, bu da öz növbəsində 
dövriyy
ədə olan mayenin sıxlığının azalmasına səbəb olur. 
Qazın açıldığı andan etibarən, 1-manometri ilə qeyd edilən təzyiq tədricən qalxmağa 
başlayır və bu bir müddət davam edərək stabilləşir. Buna səbəb quyu daxilində hərəkət 
ed
ən mayenin sıxlığının çox olmasıdır. Qaz-maye qarışığı II cərgənin başmağından II 
c
ərgə qaldırıcı boruların daxilinə keçdikdən sonra təzyiq tədricən düşməyə başlayır və 


prosesin gedişi zamanı 3 nömrəli ventil tədricən açılaraq quyuya verilən qazın həcmi 
artırılır ki, bu da mayenin sıxlığının daha da azalmasına səbəb olur. 
Quyuya veril
ən qazın artırıldığı andan, verilən mayenin həcmi azaldılır və proses 
zamanı quyuya verilən sıxılmış qaz 3-ventili tam açılaraq, maksimum həddə çatdırılır, bu 
zaman quyuya maye vurulması tam dayandırılır və 8; 9 №li ventillər bağlanılır, quyu işə 
düşdükdən sonra isə 2; 3№li ventillərdə bağlanılır. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə