Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

TƏLƏBƏ QƏBULU – 2022 

 

87

 

/ №2



 

Beynəlxalq  sülh  və  təhlükəsizlik  üçün  ciddi  təhdid  mənbəyinə  çevrilən  Ermənistan-Azərbaycan 

münaqişəsi  beynəlxalq  təşkilatlar  çərçivəsində  ciddi  müzakirələrə  səbəb  oldu.  1992-ci  ildə  bu 

münaqişənin  Avropada  Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin  (ATƏM-in) prinsipləri əsasında 

sülh yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 1993-cü ildə 

işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb 

edən  beynəlxalq  hüquqda  çox  böyük  əhəmiyyətə  malik  4  qətnamə  qəbul  etdi.  Azərbaycan  üçün 

olduqca mürəkkəb şəraitdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev belə bir nəticəyə gəldi 

ki,  münaqişənin  həllində  kompleks  yanaşma,  mühüm  daxili  və  xarici  siyasət  amillərinin  nəzərə 

alınması tələb olunur.  Havadarlarından böyük dəstək almış  Ermənistanın  başlatdığı  Birinci  Qarabağ 

müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı. 

Azərbaycan  BMT-nin  Təhlükəslik  Şurasının  müvafiq  qətnamələrinin  icrasına  və  münaqişəni  dinc 

yolla həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə ümid bəsləyirdi. Lakin 1997-

ci  ildən  ABŞ,  Rusiya  və  Fransa  nümayəndələrinin  həmsədrlik  etdiyi  Minsk  qrupunun  təkliflərindən 

ikisi  Ermənistan  tərəfindən  qəbul  edilmədi.  “Ümumi  dövlət”  prinsipi  adı  altında  faktiki  olaraq 

Qarabağın  dağlıq  hissəsində  Azərbaycanın  suveren  hüquqlarını  heçə  endirən  üçüncü  təklif  isə 

Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. 

Qrup  həmsədrlərinin  sülhə  nail  ola  bilməmələrinə  diqqət  çəkən  Azərbaycan  Respublikasının 

prezidenti  Heydər  Əliyev  2001-ci  ilin  dekabrında  onlarla  görüşdə  “müharibə  təhlükəsinin  artdığını” 

söyləmişdi. Minsk qrupunun həmsədrləri isə “münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz 

da  çox  ciddi  və  güclü  şəkildə  zərər  çəkmiş  insanların  daha  böyük  müsibətlərə  məruz  qalacaqlarını” 

bildirməklə  faktiki  olaraq  münaqişəni  süni  yolla  uzatmaq  istəyən  Ermənistanın  mənafeyini  müdafiə 

etmiş oldular. 

2003-cü ildə Prezident seçiləndən sonra Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edən İlham 

Əliyev Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa ərazi 

güzəştinə getməyəcəyini qəti şəkildə bildirmişdi. 

2010-cu  ilin  oktyabrında  Azərbaycan  tərəfinin  qəti  təkidi  ilə  işğal  olunmuş  ərazilərə  ATƏT-in 

Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfəri təşkil 

edilmişdi.  Missiya  üzvləri  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  ermənilər  tərəfindən 

məskunlaşdırma siyasətinin davam etdirildiyini, infrastruktur,  yer adlarında dəyişikliklərin, həmçinin 

iqtisadi  fəaliyyətin  həyata  keçirildiyini  təsdiq  etmişdilər.  İşğal  olunmuş  ərazilərdəki  mövcud 

vəziyyətin  davam  etməsinin  qəbul  olunmazlığını  və  oradakı  qanunsuz  fəaliyyətə  son  qoyulmalı 

olduğunu  bildirmişdilər.  İşğalçılar  Azərbaycan  torpaqlarında  qanunsuz  arxeoloji  “tədqiqatlar” 

aparmaqdan  da  çəkinməmişdilər.  1999-cu  ildən  Azıx  mağarasında  aparılan  qazıntılar  zamanı  aşkar 

edilən  tapıntılar  dünyaya  “erməni  maddi  mədəniyyətinin  nümunələri”  kimi  təqdim  edilmişdi.  İşğal 

olunmuş ərazilərdəki faydalı qazıntılar və meşə ehtiyatları amansızcasına talan edilirdi. 

2016-cı  ilin  aprelində  atəşkəs rejimi  dövründə  Azərbaycan  və  erməni  qoşunlarının  təmas  xəttində 

ən böyük hərbi qarşıdurma baş verdi. Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu 

Azərbaycanın  mövqeləri  və  yaşayış  məntəqələri  erməni  silahlı  qüvvələri  tərəfindən  güclü  artilleriya 

atəşinə məruz qaldı. Əks-hücuma keçən Azərbaycan hərbçiləri ermənilərin lovğalıqla “keçilməz” elan 

etdikləri  istehkam  xətlərini  bəzi  yerdə  20  dəqiqəyə,  bəzi  yerdə  2  saata  yarıb  keçdi.  Azərbaycan 

mühəndis-istehkamçılarının  sərəncamında  olan  vasitələrin  beşdə  biri  səddi  yarmağa  kifayət  etmişdi. 

Aprel  döyüşləri  nəticəsində  erməni  tərəfinin  xeyli  canlı  qüvvəsi  və  hərbi  texnikası  məhv  edildi. 

Füzuli,  Cəbrayıl  və  Tərtər  rayonlarının  işğal  altında  olan  2  min  hektardan  çox  ərazisi  azad  edildi. 

Cəbrayıl  rayonunun  Cocuq  Mərcanlı  və  Füzuli  rayonunun  İranla  sərhəd  ərazilərinin  təhlükəsizliyi 

təmin edildi. 

Aprelin  5-də  Rusiyanın  vasitəçiliyi  ilə  Moskva şəhərində  Azərbaycan  və  Ermənistan  Silahlı 

Qüvvələrinin  baş  qərargah  rəisləri  arasında  əldə  edilən  razılığa  əsasən  atəşkəs  bərpa  olundu.  Aprel 

döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi “Madrid prinsipləri” yenidən 

gündəmə  gəldi.  Bu  prinsiplərə  görə ilk  mərhələdə erməni  silahlı  qüvvələri  və  onların  havadarları 

tərəfindən  işğal  olunmuş  Ağdam,  Füzuli,  Cəbrayıl,  Zəngilan,  Qubadlı  rayonları  və  Laçın  rayonunun 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə