Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

Vusat Azizov


TƏLƏBƏ QƏBULU – 2022 

Tarix 

 

88

 / №2

 

13 kəndi Azərbaycana qaytarılmalı, növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli idi. 



Azərbaycanlı icması öz yerlərinə qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 

hüquqi status müəyyən edilməli idi. 

Lakin  2018-ci  ildə  Ermənistanda  N.Paşinyanın  hakimiyyətə  gəlişi  danışıqlar  prosesinə  əngəllər 

törətməyə  başladı.  2019-cu  ilin  martında  Ermənistanın  müdafiə  naziri  Nyu-Yorkdakı  erməni 

icmasının  nümayəndələri  ilə  görüşü  zamanı  “yeni  torpaqlar  üçün  yeni  müharibə”nin  zəruriliyi 

haqqında  bəyanat  verdi.  Əvvəlcə  danışıqlarda  separatçıların  ayrıca  tərəf  kimi  iştirak  etməsini  təkid 

edən  N.Paşinyan  isə  2019-cu  ilin  avqustunda  Xankəndinə  etdiyi  qanunsuz  səfəri  zamanı  “Qarabağ 

Ermənistandır  və  nöqtə”  deməklə  sülh  prosesinə  ağır  zərbə  vurdu.  İki  ay  sonra  Rusiyada  keçirilən 

“Valday”  Beynəlxalq  Diskussiya  Klubunun  illik  iclasında  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Ermənistan Baş nazirinin məsuliyyətsiz sözlərinə də 

münasibət  bildirdi:  “Dünya  tərəfindən  həm  Aran,  həm  də  Dağlıq  Qarabağ  Azərbaycanın  ayrılmaz 

hissəsi  kimi  tanınıb.  Ermənistan  özü  də  bu  qanunsuz  qurumu  tanımır.  Qarabağ  tarixi,  əzəli 

Azərbaycan  torpağıdır.  Beləliklə,  Qarabağ  Azərbaycandır  və  nida  işarəsi”.  2020-ci  ilin  mayında 

Şuşada  qondarma  respublikanın  prezidentinin  andiçmə  mərasiminin  keçirilməsi,  parlamentin  və 

paytaxtın Şuşaya köçürülməsi planı, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər 

və  s.  təxribatçı  davranışlarla  Ermənistan  hökuməti  Qarabağ  probleminin  dinc  yolla  həll  edilməsinin 

mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi. 

Ermənistan rəhbərliyinin sülhü pozan addımları erməni hərbçilərinin təmas xətti boyu Azərbaycan 

Ordusuna  qarşı  təxribatçı  hərəkətləri  ilə  müşayiət  olunurdu.  2020-ci  iyulunda  Ermənistan  hərbi 

birləşmələri  Azərbaycanın  dövlət  sərhədində,  Tovuz  istiqamətindəki  strateji  yüksəklikləri  ələ 

keçirmək  məqsədilə  hücuma  cəhd  etdi.  Neft  strategiyası  və  kommunikasiya  siyasətində  mühüm  yer 

tutan  belə  bir  bölgədə  11  gün  davam  edən  şiddətli  döyüşlər  nəticəsində  düşmən  geri  oturduldu.  Bir 

çox zirehli texnika, radiokəşfiyyat qurğusu, pilotsuz uçuş aparatları ilə yanaşı, erməni tərəfi xeyli canlı 

qüvvə  itirdi.  Döyüşlərdə  3-сü  ordu  birliyinin  qərargah  rəisi  general-mayor  Polad  Həşimov  və 

polkovnik  İlqar  Mirzəyev  daxil  olmaqla  Azərbaycan  ordusunun  12  nəfər  hərbçisi  qəhrəmancasına 

həlak oldu. Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində isə bir mülki şəxs həyatını itirdi. 

İyulun 23-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Rusiya ilə birgə hərbi təlimlər keçirməsi, 

avqustda isə Goranboy rayonu ərazisinə diversiya qrupu göndərməsi, Yaxın Şərqdən gətirilən terrorçu 

qrupların Azərbaycan Ordusu ilə təmas xətti boyu yerləşdirilməsi ermənilərin müharibə hazırlığından 

xəbər verirdi. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  2020-ci  il  25  sentyabrda  BMT-nin 

sessiyasının  ümumi  debatlarında  videoformatda  etdiyi  çıxışında  dünya  ictimaiyyətini  Ermənistanın 

təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı: “Ermənistanın Baş Naziri Azərbaycana qarşı 

hərbi  əməliyyatlarda  iştirak  etməyə  məcbur  ediləcək  on  minlərlə  mülki  vətəndaşdan  ibarət 

silahlandırılmış  dəstələrin  yaradılmasını  elan  etmişdir.  Ermənistanın  müdafiə  naziri  “yeni  ərazilər 

uğrunda  yeni  müharibə”yə  çağırır.  Ermənistan  Azərbaycanın  böyük  şəhərlərinə  və  mühüm  mülki 

infrastrukturuna  –  Mingəçevir  su  anbarı  və  Bakının  yaxınlığında  yerləşən  dünyanın  ən  iri  neft-qaz 

terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına 

zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları 

Azərbaycana  qarşı  istifadə  edir”.  İlham  Əliyev  eyni  zamanda  Ermənistanın  havadarlarına  səslənərək 

bildirirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. İyulun 17-dən etibarən 

sentyabr  ayına  qədər  biz  hərbi  yük  təyyarələri  ilə  Ermənistana  min  tondan  artıq  hərbi  avadanlığın 

daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara 

milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi 

qənaətinə  gələ  bilərik.  Etnik  təmizləmə  aparmış  işğalçı  ölkənin  silahlarla  təchiz  edilməsi  sülh 

danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu 

mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”. 

Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin 

əmri ilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, 

Tərtər,  Ağdam,  Füzuli  və  Cəbrayıl  rayonlarının  təmas  xəttində  sıx  məskunlaşma  olan  kəndləri  ilə 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə