Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

Vusat Azizov


TƏLƏBƏ QƏBULU – 2022 

Tarix 

 

90

 / №2

 

kampaniyalara  qarşı  fədakar  fəaliyyət  göstərirdilər.  Müharibənin  gedişində  xalq-dövlət-ordu  birliyi 



daha  da  möhkəmləndi.  Azərbaycan  Respublikasının  bütün  vətəndaşları  etnik,  sosial,  dini  baxımdan 

bütövlük  nümayiş  etdirdi,  ön  və  arxa  cəbhədə  mükəmməl  birlik  yarandı.  Arxa  cəbhədə  olan 

vətəndaşlar  vuruşan  orduya  kütləvi  yardım  kampaniyaları  keçirir,  qanvermə  aksiyaları  təşkil  edir, 

həmçinin  müxtəlif  formalarla  mənəvi  dəstək  olurdular.  Müxtəlif  təşkilatlar,  özəl  müəssisə  və 

şirkətlərlə  yanaşı,  xeyli  sayda  vətəndaş  müharibə  zamanı,  eləcə  də  atəşkəsdən  sonra  orduya  daimi 

maddi  dəstək  verir,  geyim,  ərzaq,  tibbi  ləvazimat  və  s.  yardım  göndərməklə  vətəndaşlıq  borclarını 

yerinə yetirirdilər. Bu yardımlar o qədər geniş hal almışdı ki, Müdafiə Nazirliyi yardımlara ehtiyacın 

olmadığı,  ordunun  hər  bir  şeylə  təmin  edildiyi  barədə  ictimaiyyətə  dəfələrlə  açıqlamalar  verməli 

olmuşdu.  Ermənistana  aid  bəzi  kütləvi  informasiya  mənbələri  isə  bu  vəziyyətə  heyrətini  gizlədə 

bilmirdi. 

Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. 

Ölkə  başçısının  yüksək  siyasi  məharəti  sayəsində  diplomatik  cəbhədə  də  böyük  uğurlar  qazanıldı. 

Ölkə  Prezidenti  Ermənistanın  Azərbaycana  qarşı  apardığı  işğalçılıq  siyasəti  haqqında  dünya 

ictimaiyyətini  məlumatlandırırdı. Hərbi  əməliyyatların  nəticəsi  Prezidentin  rəsmi Twitter hesabından 

operativ  olaraq  paylaşıldığından,  vətəndaşlar  o  səhifədəki  xəbərləri  səbirsizliklə  gözləyir,  KİV 

nümayəndələri  də  oraya  istinad  edirdilər.  Müharibənin  gedişində  müxtəlif  nüfuzlu  əcnəbi  televiziya 

kanallarına  verdiyi  müsahibələrdə  Ali  Baş  Komandan  beynəlxalq  aləmdə  Azərbaycan  haqqında 

formalaşmış  yanlış  təsəvvürləri  aradan  qaldırırdı.  Azərbaycan  Prezidenti  erməni  yalanlarına  uymuş 

bəzi  xarici  müxbirlərin  qərəzli  suallarını  soyuqqanlıqla  cavablandıraraq  onları  məntiqli  arqumentlər 

əsasında  susdururdu.  Məsələn,  Almaniya  televiziya  kanallarından  birinin  müxbirinin  “Nəyə  görə 

Qarabağ  Azərbaycan  üçün  belə  önəmlidir?  Orada  resurslar  var,  yoxsa  bu,  bir  rəmzi  məna  daşıyır?” 

sualına  İlham  Əliyev  çox  sərrast  cavab  vermişdi:  “Elzas  və  Lotaringiya  sizin  üçün  önəmlidir? 

Bavariya  sizin  üçün  önəmlidir?  Yaxud  Reyn-Vestfaliya?  ...  Əsas  resurslar  burada,  Bakıdadır.  Bu, 

ədalət məsələsidir, bu, milli qürur məsələsidir ...”. 

Azərbaycan növbəti dəfə hücuma məruz qalsa da, çoxsaylı ölkələr və təşkilatlar münaqişəni kəskin 

şəkildə  qınamış  və  dinc  əhalini  hədəfə  alan  Ermənistana  sərt  reaksiya  vermək,  işğala  son  qoymaq 

çağırışı  etmək  əvəzinə  hər  iki  tərəfi  gərginliyi  azaltmağa  və  danışıqları  təxirə  salmadan  davam 

etdirməyə çağırmışdır. Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Şimali Kipr Türk Respublikası 

və bir neçə başqa ölkə isə Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu dəstəkləmiş, onun ərazi 

bütövlüyünü  tanıdıqlarını  bildirmişdir.  Türkiyənin  mənəvi  və  siyasi  dəstəyi,  yüksək  vəzifəli 

rəsmilərinin  müharibə  müddətində  Azərbaycana  çoxsaylı  səfərləri  diplomatik  mübarizədə  xüsusilə 

əvəzedilməz rol oynadı. 

Ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biri də Qoşulmama Hərəkatı təşkilatının 

işində fəal iştirak, bu təşkilata üzv ölkələrlə yaxın əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Belə ki, 

məhz bu ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi gedişində BMT 

Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul edilməsinin 

qarşısı alınmışdır. 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda fəaliyyət göstərən ölkələrin 

səfirliklərinin  məsul  işçiləri,  hərbi  nümayəndələri  və  beynəlxalq  təşkilatların  Azərbaycandakı 

nümayəndəliklərinin  rəhbərlərinin  hərbi  əməliyyatlar  dövründə  Ermənistan  silahlı  qüvvələri 

tərəfindən  vandalizmə  məruz  qalmış  Tərtərə,  Gəncəyə  və  digər  bölgələrə  səfərləri  təşkil  olundu. 

Erməni  işğalçılarının  azərbaycanlılara  məxsus  abidələrə  qarşı  dağıdıcı  və  hörmətsiz  davranışı  dünya 

ictimaiyyətinə nümayiş etdirildi. 

Azərbaycan  ordusu  oktyabrın  axırında  Çanaqçı  kəndini işğaldan  azad  etdi,  ardından  da  strateji 

Şuşa-Laçın  yolunun  bir  hissəsinə  nəzarəti  ələ  keçdi.  Bu  zaman  Şuşa  şəhəri  ətrafında  lokal  döyüşlər 

başladı.  Azərbaycan  tərəfinin  hesablamalarına  görə,  həm  ərazi,  həm  də  seçilən  marşrut  nəqliyyat 

vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada hərəkət 

etməli  idi.  Erməni  komandanlığı  Azərbaycan  qoşunlarının  Qırmızı  Bazar  istiqamətində  hücuma 

keçəcəyini güman edirdi. Çünki Şuşaya qalxan ən rahat Şuşakənd  yolu buradan keçirdi. Ermənistan 

ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi  ikinci  istiqamət  isə  Laçın  idi.  Lakin 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə