Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

Vusat Azizov


Abituriyentlər üçün elmi-metodiki məqalə

 

TƏLƏBƏ QƏBULU – 2022 

 

93

 

/ №2



 

Naxçıvanın  30  illik  blokadasına  son  qoymaq  üçün  onun  Mehri  dəhlizi  vasitəsilə  Azərbaycanın  əsas 

hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. 

Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə 

bağlı bir neçə fərman və sərəncam imzaladı. Bu sənədlər əsasında: 

- Hər il üçün 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. 

- Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi 

şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi. 

-  Prezident Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün müdafiəsi  ilə  əlaqədar  yaralananların 

və  şəhid  ailələrinin  təminatına  dəstək  üçün  “YAŞAT”  Fondunun  yaradılması  haqqında  Fərman 

imzaladı. 

-  “Vətən  Müharibəsi  Qəhrəmanı”  fəxri  adı,  “Zəfər”  və  “Qarabağ”  ordenləri,  “Cəsur  döyüşçü”, 

“Döyüşdə  fərqlənməyə  görə”,  “Suqovuşanın  azad  olunmasına  görə”,  “Xocavəndin  azad  olunmasına 

görə”,  “Füzulinin  azad  olunmasına  görə”,  “Zəngilanın  azad  olunmasına  görə”,  “Qubadlının  azad 

olunmasına görə”, “Şuşanın  azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın 

azad  olunmasına  görə”,  “Laçının  azad  olunmasına  görə”  və  digər  medallar  təsis  edildi.  Döyüşlərdə 

iştirak etmiş minlərlə hərbçi müxtəlif orden, medal və fəxri adla təltif edildi. 

-  Azərbaycan  xalqının  Vətən  müharibəsində  göstərdiyi  misilsiz  qəhrəmanlığın  və  qazandığı 

möhtəşəm  tarixi  zəfərin  nümayiş  etdirilməsi,  şəhidlərimizin  əziz  xatirəsinin  əbədiləşdirilməsi 

məqsədilə  Bakı  şəhərində  Vətən  müharibəsi  memorial  kompleksi  və  Zəfər  muzeyinin  yaradılması 

nəzərdə tutuldu. 

2020-ci il dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş 

“Zəfər Paradı”nda ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə müzəffər ordumuzun 

düşməndən  ələ  keçirdiyi  hərbi  qənimətlərin  bir  qismi  nümayiş  etdirildi.  “Zəfər  Paradı”nda  Şuşaya 

sancılmış Qələbə Bayrağını Azadlıq meydanına Şuşanın azad edilməsində müstəsna xidmətləri olan, 

Qarabağ  xanlığının,  Şuşa  qalasının  əsasını  qoymuş  Pənahəli  xan  Cavanşirin  nəslindən  olan  və  Şuşa 

azad olunandan sonra şəhərin ilk komendantı general-mayor Zaur Məmmədov gətirdi. Paradda qardaş 

Türkiyə  Respublikasının  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğan  və  ölkələrimiz  arasındakı  qardaşlığın 

rəmzinin  bariz  nümunəsi  kimi  Vətən  müharibəsində  şəhid  olan  azərbaycanlıların  sayı  qədər  türk 

əsgərlər iştirak etdilər. 

Azərbaycan  Respublikasının  Prezidenti  müharibə  bitdikdən  sonra  işğaldan  yenicə  azad  edilmiş 

torpaqlara bir neçə dəfə səfərlər etdi, orada  yeni  layihələrin təməlini qoydu. 2021-ci ilin  yanvarında 

“Qarabağ Dirçəliş Fondu” yaradıldı. 

2021-ci  il  yanvarın  11-də  Moskvada  Rusiya  Prezidenti  Vladimir  Putin,  Azərbaycan  Prezidenti 

İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra 

imzalanmış Bəyanatda nəzərdə tutulurdu: 

-  Rusiya  Federasiyasının  Prezidenti  V.V.Putinin  Azərbaycan  Respublikasının,  Ermənistan 

Respublikasının  Baş  nazirləri  müavinlərinin  və  Rusiya  Federasiyası  Hökumətinin  Sədr  müavininin 

birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. 

- İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirməli, bu iclasın nəticələrinə görə Bəyanatın 

9-cu  bəndinin  reallaşdırılmasından  irəli  gələn  işlərin  əsas  istiqamətlərinin  siyahısı  formalaşdırılmalı, 

prioritet qismində dəmir yolu və avtomobil yolları müəyyən edilməlidir. 

Prezident  İlham  Əliyev  Moskva  görüşündən  sonra  qeyd  etmişdir:  “Dağlıq  Qarabağ  münaqişəsi 

keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının 

açılması  məsələlərini  həll  etməyə  necə  çalışmaq  və  gələcəkdə  regional  sabitliyi  və  təhlükəsizliyi 

möhkəmlətmək haqqında düşünməliyik”. 

Artıq  2021-ci  ilin  yanvar  ayının  axırından  etibarən  Ağdamda  Türkiyə-Rusiya  Birgə  Monitorinq 

Mərkəzi fəaliyyət göstərməkdədir. 

Müharibədən  dərhal  sonra  Azərbaycan  Respublikasının  Prezidentinin  imzaladığı  fərman  və 

sərəncamların sürətlə icra edilməsinə başlanıldı. 

2021-ci  ilin  fevralında  Laçın  rayonunda  səfərdə  olarkən  Prezident  İlham  Əliyev

 

“Güləbird”  Su 

Elektrik  Stansiyasının  açılışında  iştirak  etdi.  Stansiyanın  istifadəyə  verilməsi    tarixi  və  əlamətdar 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə