242
düşərgəsinin üst Paleolitə aid daş məmulatları içərisindən də
qeydə alınmışdır (Rüstəmov, Muradova, 2003).
Üst Paleolit və Mezolit dövründə Azərbaycan ərazisində
yaşayan insanlar fiziki tipinə görə müasir əhaliyə qohum olmuşlar.
Aparılan arxeoloji və paleoantropoloji tədqiqatlar zamanı
müəyyən olunmuşdur ki, Qobustan ərazisində üst Paleolit –
Mezolit mədəniyyətlərinin yaradıcıları Azərbaycanın yerli qəbilə
və qəbilə qrupları olmuşlar (Rüstəmov, 1998).
Beləliklə, Qobustan ərazisində uzun müddət aparılmış
arxeoloji tədqiqatlar nəticəsində bu ərazidə qədim insanların 15-
20 min il bundan əvvəl məskunlaşması, əmək alətləri
hazırlamaları, qayaüstü rəsmlərin burada məskunlaşmış yerli
sakinlər tərəfindən yaradılması və burada maddi mədəniyyətin
köklərinin hələ üst Paleolitdən başlanması müəyyən edilmişdir
(Rüstəmov, 1994; Rüstəmov, Muradova, 2003).
Cədvəldən göründüyü kimi, Azərbaycan ərazisində aparılan
arxeoloji tədqiqatlar zamanı üst Paleolitə aid ən çox daş alətlər
Tağlar düşərgəsinin II təbəqəsindən (170 ədəd) və Qobustanın
“Qayaarası”
düşərgəsindən
tapılmışdır.
Eyni
zamanda
respublikamızın ərazisindən aşkar olunmuş üst Paleolitə aid
abidələrdə əmək alətləri içərisində əsas yeri qaşovcuqlar, bizlər,
bıçaqlar, ucluqlar, itiuclular və mikrolit alətlər tutur. Mikrolit
alətlər ancaq Qobustanın “Qayaarası” düşərgəsindən tapılmışdır.
243
Qayaarası abidəsində mikrolit alətlərin tapılması düşərgənin daş
məmulatının və burada məskunlaşmış insanların üst Paleolitin son
inkişaf mərhələsində yaşadıqlarını söyləməyə imkan verir.
X FƏSĠL
ĠBTĠDAĠ ĠNSANLARIN MƏNƏVĠ ALƏMĠ
Son 100 ildə Şərqi Afrikanın Tanzaniya, Efiopiya, Keniya
və başqa ərazilərdə aparılan kompleks elmi tədqiqatlar nəticəsində
ibtidai insanların əmələ gəlməsi, inkişaf etməsi və formalaşmasına
aid zəngin arxeoloji, paleontoloji və paleoantropoloji materiallar
aşkar edilərək alimlər tərəfindən tədqiq olunmuşdur. Məhz həmin
maddi mədəniyyət qalıqları əsasında ilk insanların əmək alətləri
244
hazırlamasının texnikası, tipologiyası ovçuluq və yığıcılıq
təsərrüfatının ayrı-ayrı xüsusiyyətləri müəyyən edilmişdir. Şərqi
Afrika ərazisində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının
özünəməxsus xüsusiyyətləri olması, ilk insanların 6 milyon il
bundan əvvəl çaydaşılarından kobud çapma alətləri hazırlamaları,
öz yaşayışlarını təmin etmək üçün ovçuluq və yığıcılıqla məşğul
olmaları elmi əsaslarla araşdırılmışdır. Maraqlıdır ki, bu gün
hələlik yaşı 6 milyon ilə bərabər olan insan düşərgəsi ancaq Şərqi
Afrika ərazisində qeydə alınmışdır (Cəfərov, 2004, Lübin, 1998).
Qafqaz ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində
yaşı 2 milyon ilə bərabər olan maddi mədəniyyət nümunələri,
heyvan sümüklərinin qalıqları, paleoantropoloji tapıntıları hələlik
Dmanisi paleolit düşərgəsindən, Azərbaycanın Azıx paleolit
düşərgəsinin ən aşağı təbəqələrindən və Cəbrayıl rayonu
ərazisindən qeydə alınmışdır (Cəfərov, 2004; Lübin, Belyayeva,
2006).
Avropa ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar
zamanı yaşı 1 milyon ilə bərabər olan arxeoloji materiallar
Fransanın Vallone, Sent-Aşel və Kordel-Araqo qədim insan
məskənlərində qeydə alınmışdır. Qeyd olunan elmi materiallar
Fransua Bord, Sonnevil Bord, Kombiyye, Anri dö Lümley,
Mariya Antuanetta dö Lümley, An Mari və digər görkəmli alimlər
245
tərəfindən tədqiq olunmuşdur (Bord, 1961; Lümley, 1969, 1971,
1998 və s.)
Beləliklə, son 100 ildə dünya arxeoloqlarının apardıqları
elmi araşdırmalar zamanı minlərlə mağara düşərgəsi, açıq yaşayış
yerləri, qaya sığınacaqları qeydə alınmış və orada arxeoloji
qazıntılar aparılmışdır. Aparılan arxeoloji qazıntılar zamanı
planetimzin ilk sakinlərinin həyat tərzi, maddi mədəniyyət
qalıqları əsasında öyrənilmişdir. Eyni zamanda dünyanın ilk
sakinlərinin mənəvi aləmi də görkəmli arxeoloq, etnoqraf,
antropoloq, paleontoloq, paleogeoloq və digər alimlər tərəfindən
elmi faktlarla tədqiq edilmişdir (Boriskovski, 1979; Lübin, 1998;
Oklavdnikov, 1983; Stolyar, 1976; Lümley, 1969, 1971, 1998;
Hüseynov, 1984, 1986; Əliyev, 1998, 2003; Cəfərov, 1990, 1994
və s.).
Erkən tarixi dövrlərdə, xüsusilə ibtidai insan sürüsü
mərhələsində Azərbaycan, Şərqi Afrika, Avropa, Asiya və digər
ərazilərin sakinlərinin mənəvi aləmi haqqında bizim biliklərimiz
çox azdır. Güman etmək olar ki, ibtidai insan sürüsü mərhələsi
qədim paleolit (çaydaşı və yaxud O lduvay mədəniyyətinə;
Azərbaycan ərazisində isə Quruçay mədəniyyətinə) və yaxud
erkən (qədim) aşel (abbevil) dövrünə təsadüf etmişdir.
Lakin həmin dövr planetimizin ilk sakinlərinin məhz əmək
alətlərinin nisbətən mürəkkəb məcmusuna arxalanaraq təbiətdən
Dostları ilə paylaş: |