246
fəal surətdə istifadə etmələri ilə heyvanlardan xeyli dərəcədə
fərqlənməsi şübhə doğurmur. O nlar məhv olmamaq, açıq tipli
məskənlərdə və mağaralarda həyatı davam etdirmək üçün ətraf
mühitə yaxşıca uyğunlaşmalı idilər. Şübhə yoxdur ki, onlar güclü
idilər, yaxşı silahlanmışdılar və əqli cəhətdən kifayət qədər inkişaf
etmişdilər.
Güman etmək olar ki, artıq erkən Aşel dövründə (bu vaxtın
tarixi güns mindellə və mindelin birinci yarısı ilə üst-üstə düşür,
təxminən 900-700 min il bundan əvvələ təsadüf edir) insan ilk
universal əmək alətini - əl çapacağını yaratmışdır. Bu, eyni
tipologiya
əsasında və eyni üsullarla hazırlanmış ilk
“standartlaşdırılmış əmək aləti” idi.
“Standartlaşdırılmış əmək aləti öz-özlüyündə qazıntı halında
tapılmış konsepsiyadır” (Q.Çayld), yəni mücərrədləşdirmənin
heyvan üçün mümkün olmayan yüksək səviyyəsini tələb edir, bu
əmək alətini yalnız “tanınma”,”təkrarlama” və digər hərəkətlər
əsasında əldə etmək mümkün deyildir.
Belə nəticə hasil olur ki, “standartlaşdırılmış əmək aləti”ni
hazırlamış fərddə həmin alət haqqında mücərrəd təsəvvür vardır.
Bu aləti hazırlayan insanın beynində alətin hazırlanmasından
əvvəl onun forması, nümunəsi mövcud idi. “Nümunənin təsəvvürə
gətirilməsi, onun haqqında biliyin olması o deməkdir ki, bu bilik
cəmiyyət tərəfindən mühafizə olunur və ötürülür” (Q.Çayld).
247
Əvvəllər bu hal yox idi və ola da bilməzdi. Bundan başqa, qədim
Aşel dövrünə aid olan əl çapacağının ritm hissəsinin mövcud
olduğunu təsdiqləyən səliqəli simmetriyaya malik olması bizə
deməyə imkan verir ki, həmin zamanın insanlarında bəsit də olsa,
ilk estetik vərdişlər təşəkkül tapmış, sadəcə olaraq zəruri, faydalı
əşyaların deyil, eyni zamanda gözəl əşyaların hazırlanmasına
tələbat yaranmışdır.
Beləliklə, işlək əllər ritmi dəqiqliyin, həmahəngliyin və
gözəlliyin ilk nümunələrini yaradırdı. Deməli, əmək prosesinin
özündə artıq emosional məqam vardı və sonralar incəsənətin
rüşeymləri həmin məqamdan başlanğıc aldı. Tədqiqatçılar belə
hesab edirlər ki, əmək ritminin ardınca rəqsin, (bəlkə də
mahnının), ritmik rəqslərin ardınca ornamentlərdə və sadə
rəsmlərdə xətlərin ritmik sıralanmasının meydana çıxması
şübhəsizdir.
Aşağı Paleolit dövründə yaşamış ilk insan artıq
mağaralardan daimi yaşayış yeri kimi istifadə etməyə başladı.
Yarandıqdan sonra başlanğıc dövründə həmin mağarada zaman-
zaman yaxın bölgələrin sakinləri məskunlaşırdılar. Bu bölgələrdə
onların dayanacaqları, ya da köç yerləri mövcud idi. Həmin
insanlar burada qərarlaşmış, müəyyən müddət ərazində mağarada
yaşamış, sonra isə günsmindel dövründən başlayaraq yeni yaşayış
248
yerində intensiv surətdə məskunlaşmağa başlamışlar (Boriskovski,
1979;, Lümley,1998).
Azıx sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən
yiyələnmiş, onu uzun müddət ərzində mühafizə etməyi
bacarmışdır. Mağarada aşkar olunmuş ocaq qalıqları bunu sübut
edir. Bu mağarada ocaq bir neçə yüz min il bundan əvvəl
alovlanmağa başlamışdı (Hüseynov, 1985; Cəfərov, 2004).
F.Engels göstərirdi ki, odun mühafizə olunması məharəti
“nəhəng, öz əhəmiyyətinə görə demək olar ki, ölçüyəgəlməz
kəşfdir”; od insanın nəinki həyatını, habelə şüurunu da dəyişdirdi.
Od nəhəng texniki və ictimai qüvvə olduğu üçün bu təəccüblü
deyildi. Od insanın iqlimdən asılılığını aradan qaldırdı, insanın
soyuqdan və vəhşi heyvanlardan daimi olaraq, etibarlı şəkildə
qorunması, vasitəsinə çevrildi, onun qidalanma mənbələrini
genişləndirdi, əmək alətlərinin hazırlanmasında ovlanmış
üsullarının inkişafında və s. mühüm rol oynadı. F.Engelsin
təbirincə desək, “odun dərk olunması insanın təbiət üzərində ilk
böyük qələbəsi idi” (Əliyev, 1998).
Bütün digər cəhətlərdən başqa odun kəşfi, mühafizəsi və
istifadəsi insanların həyatında tamamilə yeni hadisə olan
kəmiyyət-məkan münasibətlərinin dərk edilməsində də bilavasitə
özünü göstərdi. İnsan odu daim mühafizə etmək üçün onu
fasiləsiz surətdə müəyyən “paylarla”, yanacaqla “qidalandırmalı” ,
249
mövcud olan “qidanı” günün tələbinə uzlaşdırmalı, beləliklə,
hesablamalar aparmalı idi. Heç də təsadüfi deyildir ki, qədim
əfsanələrdə göstərildiyi kimi, Prometey insanlara odu bəxş
etmişdir. Erkən onlara hesablamalar aparmağı öyrətmişdi.
Tədqiqatçılar belə hesab edirlər ki, artıq indi bu süjetin keniantrop
- Pitikantrop dövrünə gedib çıxa bilməsi haqqında iddia
həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır (Ə liyev,
Cəfərov, 1998).
Qeyd etmək olar ki, artıq uzaq Aşel dövründə “ibtidai
insanların şüurunda forma (qədim Aşel dövrünə aid olan əl
çapacaqlarını xatırlayaq, çapacağın hazılanması üçün insan onun
haqqında, ilk növbədə onun forması haqqında mücərrəd təsəvvürə
malik olmalı idi), ölçü (odun yanma müddətinə və yanacağın
miqdarına da dair situasiyanı xatırlayaq) haqqında ən sadə
təsəvvür meydana gəldi və şüur say haqqında təsəvvürün
ərəfəsində dayanmışdır” (Florov, 1983).
Pitikantroplar erkən Aşel mədəniyyətinin yaradıcıları idi.
Onlar təşəkkül tapmaqda olan insanlar sırasında ən qədimlərindən
olmuş və elmi ədəbiyyatda “arxantroplar” kimi qeyd edilirdilər.
Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında yeni, əvvəlki
dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksək səviyyə idi.
Şübhə ola bilməz ki, Azıxın erkən Aşel mədəniyyətinin
yaradıcıları da artıq təfəkkürə və təşəkkül tapmaqda olan nitqə,
Dostları ilə paylaş: |