250
habelə mənəvi mədəniyyətin müəyyən elementlərinə malik idilər
(Cəfərov, 2004).
İnsanın və onun mədəniyyətinin inkişafında bu tərəqqi
cəmiyyətin, xüsusilə əməyin uzunmüddətli inkişafının nəticəsi
idi. Əmək prosesində insanın nitqində, aləmi dərk etməsində və s.
mütərəqqi dəyişiklik baş verirdi. Bu dəyişiklik artıq insanın və
insan cəmiyyətinin inkişafının erkən mərhələlərində - erkən Aşel
mərhələsində baş verməkdə idi.
Orta Aşel mərhələsindən başlayaraq (mindelin sonu və
mindel-rissin birinci yarısı – təxminən 400 min il əvvəl) son aşel
mərhələsinədək (rissin sonu və rissvyurmun başlanğıcı – təxminən
100 min il əvvəl) olan zamanı Azərbaycan sakinlərinin həyatında
müqayisə olunmayacaq dərəcədə daha yüksək mərhələ olmuşdur.
Azıx mağarasının orta Aşel mədəniyyətinə aid olan təbəqəsi
yalnız əmək alətləri ilə deyil, həm də Azıx adamının mənəvi
inkişafı haqqında danışmaq imkanı yaradan mədəniyyətilə kifayət
qədər zəngindir. İlk növbədə qeyd etmək lazımdır ki, artıq orta
aşel mərhələsinin başlanğıcında Azərbaycanda arxantroplardan
paleantroplara keçid təşkil etmiş insan yaşamışdır. Bu insan
arxantroplara nisbətən daha sapiental idi və preneandertallara və
yaxud, bizim elmi ədəbiyyatda qəbul edildiyi kimi, azıxantroplara
aid oluna bilər. Azıxantrop təxminən 450 min il bundan əvvəl
yaşamışdır (Hüseynov, Hacıyev, 1970).
251
Respublikamızın ərazisində aparılmış kompleks elmi
tədqiqatlar göstərir ki, Azərbaycanın ilk sakinləri lap qədim
zamanlardan, yəni Q uruçay mədəniyyəti dövründə mağara
düşərgələrində məskunlaşmağa başlamış, vəhşi heyvanlardan
qorunmaq üçün birlikdə yaşamış, çaydaşılardan əmək alətləri
hazırlamış, ilk ibtidai tikililər qurmuş, təbiətin sirlərini öyrənmək
və onu öz məqsədləri naminə istifadə etmək üçün birlikdə
fəaliyyət göstərməli olmuşlar (Hüseynov, 1985; Cəfərov, 1990,
1994, 1999).
İbtidai adamların birgə yaşayış tərzi onların qarşısına çıxan
çətinlikləri aradan qaldırmağa, minilliklər keçdikcə əmək
alətlərini
təkmilləşdirməyə,
maddi
və
mənəvi
sərvətlər
yaratmasına kömək etmişdir (Borisovski, 1979).
Aparılmış arxeoloji elmi tədqiqatlar zamanı müəyyən
olunmuşdur ki, Paleolit dövrünün ilkin vaxtlarında (Olduvay və
Quruçay mədəniyyətləri zamanı) ibtidai insanların əmək
fəaliyyəti,
əmək
alətlərinin
formalaşma
xüsusiyyətləri,
çaydaşılarından hazırlanmış kobud çapma alətləri 6-2 milyon il
bundan əvvəllər tamamilə bir-birinə yaxın və demək olar ki, oxşar
olmuşdur. Ən qədim ibtidai insanlar ilk zamanlar çaydaşılarından
əmək alətləri hazırlamış və bu alətlərdən özlərinin məşğuliyyəti
üçün istifadə etməyə başalamışlar. Qədim paleolitin ilk
vaxtlarında ibtidai insanların hazırladıqları daş alətlər olduqca
252
kobud və bəsit olmuşdur. Afrikanın O lduvay düşərgəsindən,
Keniya və Efiopiya ərazilərindən aşkar olunmuş kobud çapma
alətləri dediyimizi təsdiq edir (Qriqoryev, 1977; Klark, 1978;
Lümley, 1998). Zaman keçdikcə yeni-yeni əmək alətləri meydana
çıxmış, təkmilləşmiş və inkişaf etməyə başlamışdır. Azərbaycan
və dünyanın başqa paleolit düşərgələrində aparılan tədqiqatlar
göstərmişdir ki, əmək alətləri öz-özlüyündə inkişaf edə bilməz. Bu
inkişaf insan beyninin, onun təfəkkürünün məhsuludur. Əmək
alətlərinin inkişafı, təkmilləşməsi, yenilərinin yaranması ibtidai
adamların beyninin, təfəkkürünün və insan cəmiyyətinin
formalaşmağa başlaması ilə əlaqədardır.
Bəşəriyyətin ilk dövrlərində ibtidai insanlar ancaq təbiətin
hazır nemətlərindən istifadə edir, ovçuluq və yığıcılıqla məşğul
olurdular.
Coğrafi şəraitin də ibtidai insanların yaranması və
formalaşması prosesində mühüm rolu olmuşdur. Şərqi Afrikanın
Olduvay və Azərbaycanın Quruçay mədəniyyətlərinə aid aşkar
olunmuş arxeoloji tapıntılar göstərir ki, ibtidai adamların yaşaması
üçün əlverişli coğrafi şərait harada olmuşdursa, məhz, həmin
ərazilərdə ulu sakinlərimiz ilkin əmək fəaliyyətinə başlamış, bütün
inkişaf və formalaşma mərhələlərini keçmişlər.
Aparılan arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki,
planetimizin ilk sakinləri yaşayış üçün əlverişli olan yerlərdə -
253
təbii mağaralarda, qaya sığınacaqlarında, yerüstü yaşayış
düşərgələrində
və
çay
kənarlarında
olan
dərələrdə
məskunlaşmışlar.
İbtidai insanlar iqtisadi tələbatlarını ödəmək, təbiətin vəhşi
heyvanlarından qorunmaq və özlərini yaşatmaq üçün müəyyən
çıxış yolları axtarırdılar. Minilliklər ötür, planetimizin ilk
sakinləri isə axtarış yollarında addımlayırdılar. Uzun və gərgin
axtarışlarından sonra ibtidai adamlar təbii yaşayış məskənləri tapır
və bu düşərgələrdə məskunlaşmağa başlayırdılar. Eyni zamanda
bu vaxtdan etibarən təbiətdə ilk dəfə olaraq daşdan əmək alətləri
hazırlayıb ondan tələbatları üçün istifadə etməyə başlamışlar.
Aparılan arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki, ibtidai
adamların ilk dəfə çaydaşılarından əmək alətləri hazırlaması 6
milyon il bundan əvvəl baş vermişdir. Məhz bu vaxtdan etibarən
ibtidai insanlar əmək fəaliyyətinə, öz iqtisadi tələbatlarını ödəmək
üçün ovçuluğa başlamaq məqsədilə təbii çaydaşılarını seçir, əldə
rahat tutub istifadə etməkdən ötrü qəlpələr qoparmağa
başlamışlar. Bu dövrdən etibarən bəşəriyyətin ilk sakinləri ictimai
əməyin təsiri altında inkişaf edib formalaşmağa başlamışdır.
İbtidai adamların əmək fəaliyyətinin başlanmasından etibarən
insanlığın tarixi, artıq təbiət tarixi ilə deyil, ilk dəfə olaraq şüurlu
surətdə hazırlanmış daş alətlərin inkişaf tarixi ilə başlanmışdır.
Dostları ilə paylaş: |