283
Qeyri-levallua tipli nüvələr. Diskşəkilli ikiüzlü – 7,
çoxüzlü – 4, yarımdairəvi – 3, bir vurma səthli aşel nüvələri – 6,
prizmatik – 6, piramidal – 9, amorf – 7 şəkillidir. Levallua
nüvələri, üçbucaqlı bir səthli (3), dördbucaqlı iki vurma səthli iki
üzlü (2) işlənmiş tiplərə ayrılırlar.
Nüvələr üçün çox vaxt qaya lay qopuğu və kərpicvari təbii
daş parçalarından istifadə olunmuşdur.
Daş məmulatının 90%-ni qəlpələr təşkil edir (739 ədəddən
679-u). Eləcə də hazırlıqlar bir qayda olaraq hamar vurma
səthlidir. Müəyyən olunan 543 vurma səthindən 484- ü hamardır.
Üçbucaqlı hazırlıq cəmi 26 ədəddir. Bütöv xüsusiyyətləri ilə çıxış
edən üçbucaqlı qopuq tək-təkdir. Lövhə isə 34 ədəddir. O nu da
qeyd etməliyik ki, həqiqi mənada lövhəyə, demək olar ki, rast
gəlmirik. Amma bu da var ki, nüvələr üzərində lövhə izləri yaxşı
qalmış və kifayət miqdarda vardır. Bu əlamətlər bir tərəfdən
abidənin qədimliyi, digər tərəfədən kollektivin texniki ənənəsi ilə
izah edilə bilər.
Alət hazırlamada Şişquzey sakinləri iki üsuldan – retuş və
kiçik qoparmalar aparmadan geniş istifadə etmişlər. Alt üzdən
retuşlama, bir yanı alt, o biri yanı üst üzdən dişəklənmiş alətlər və
vurma səthi üst üzdən dişəklənmiş alətlər və vurma səthi üstdə
işlənmə tək-təkdir.
284
Məmulatın tipoloji təsnifində qeyd etməliyik ki, seriyalarla
birinci növbədə qalın, qısa hündür formalar (çopperşəkilli vurma
aləti, yan qaşovu, uc qaşov, qalın buruncuqlu alət, nüvəşəkilli uc
qaşovu) qəlpədə qaşov, iti uc alət, deşici, kəsərəcik, dimdikvari
alət, gəzli və dişli alətlər abidə üçün xarakterikdir. Burada
çoxfunksiyalı yan qaşovu uc qaşov kimi ikiağızlı alətin ölçüləri
7,3x6,4x3,2 sm-dir.
Lövhə və digər sistemli hazırlıqlar onlar üzərində alətlər
görünür başqa yerdə hazırlanmışdır.
Alətlər içərisində nukleus şəkilli material üzərində olan
alətlər aparıcı rol oynayır və tipoloji baxımdan abidə sakinlərinin
təsərrüfat- məşğuliyyət yönümünü göstərir. Xüsusi olaraq da qalın
hündür uc massiv dimdikli iri alətlər Şişquzey düşərgəsi ibtidai
insanları üçün xarakterik əmək alətləridir.
Klekton tipli uclular, iri dişli alətlər, biz kimi çıxıntılı
elementlər, yonucu, dəyişkən ağızlı, uc qaşov - kəsər, uc qaşov-
deşici alətlər də diqqəti cəlb edir.
Abidəni ətraf sinxron yaşayış yerlərindən fərqləndirən
cəhətlərdən bəzilərini də qeyd etmək olar. Piramidal, prizmatik
nüvələrin erkən nəzərə çarpması, yuxarı paleolitə xas uc qaşov və
kəsərlərin Aşel dövründə meydana çıxması maraq doğurmaya
bilmir. Bu kimi keyfiyyətlər belə təsir bağışlayır ki, yuxarı paleolit
texnikası hələ aşeldə icad olunur, istehsalı mənimsənilir, müəyyən
285
inkişaf dövrü keçdikdən sonra sanki, bir ara sönükləşir, yaddan
çıxır və bir də Mustyenin axırlarından üst Paleolitin başlanğıc
özülündən yenidən başqa əsasda təzələnməyə, təkmilləşməyə,
rəngarəngliyə keçir. Belə texniki manevrli abidələrə tək-tək olsa
belə digər iqlim qurşaqlarında da rast gəlinir (Korobkov, 1971;
Anisyutkin, 1970; Şelinski, 2004; Derevyanko, Petrin, 2000).
Şişquzeydə yan qaşovlar, eninə ucunda formalaşan və
bıçaqvarı qaşovlar, eləcə də dişli-gəzli alətlər diqqəti cəlb edir.
Abidə materiallarının birinci və ikinci işlənmə xarakteri
və onların qonşu ərazi abidələri ilə müqayisəsi göstərir ki, burada
nüvəni formaya salmada və qəlpələmə sistemində birbaşa oxşarı
yoxdur. Amma Şişquzeyin prizmatik, qütblü nüvələri arxaikliyinə
baxmayaraq Çaxmaqlının (Qərbi Azərbaycan) müvafiq formalı
nüvələrini xatırladır. Bundan başqa bəzi piramidal nüvələr
(qəlpələnmənin böyür, arxa hissəyə keçməsi ilə) Qayalıda da rast
gəlinirsə, bu da təsadüfi oxşarlıq ola bilər.
Şişquzeyin qəlpələnmə texnikasında klekton ənənəsi aydın
izlənir. Belə nüvələr və qəlpələnmə texnikası Qara dəniz sahili
Qafqaz abidələrində rast gəlinirsə, bu da müqayisəyə adı çəkilən
abidələrin eyni mənşəli, ümumi köklü olduğunu demir. Qeyd
etdiyimiz kimi, Şişquzeyin bəzi nüvələri və bir çox alət formaları,
onların dişəklənməsi qayalı abidəsinin qədim kompleksilə
müqayisə olunar və ümumilik yarada bilər.
286
Qəlpələnmə üsulları, ikinci işlənmə fəndləri və alət
hissələri göstərir ki, bu düşərgə Köçəsgər ətrafı abidələrdən
qədimdir və onu təxminən Aşelin ikinci yarısına aid etmək olar.
(Mənsurov, 1993).
Digər böyük paleolit abidəsi dağətəyi maili düzənliyin
daha alçaq terrasa keçdiyi qurşaqda yerləşir. Qədirdərə düşərgəsi
Azərbaycanda ilk böyük açıq yaşayış yeridir (Mənsurov,1965).
Yaşayış məskəni hələ 1960-cı ildə qeydə alınmışdır.
Sonrakı illərin tədqiqatı nəticəsində burada paleolitin müxtəlif
mərhələlərinə aid zəngin materiallar əldə olunmuşdur. Düşərgənin
daş məmulatı monoqrafik şəkildə öyrənilərkən daş məmulatı
içərisində Mustye dövründən daha qədimə aid hazırlıq və alətlər
olduğu müəyyənləşdirilmişdir. Ara müddətdə əsas tapıntı yerindən
nisbətən hündür terrasda axtarış aparılaraq daha qədim dövrə aid
yeni materiallar üzə çıxmışdı.
Qafqazın ən qədim paleolit düşərgələri materialları
fonunda Qədirdərə paleolit yaşayış məntəqəsini çoxdövrlü, geniş
təsərrüfat sahəli abidə olduğu qabarıq nəzərə çarpır (Mənsurov,
2003).
Abidə Qərbi Azərbaycanda Qazax rayonunun Şıxlı
kəndi arasında Taxta adlanan düzənlik sahəsinin daha alçaq
terrasa keçdiyi zolaqda yerləşir. Arxeoloji qalıqların yayıldığı
yerdə qoyulan yoxlama xəndəyi kəsiyinin təhlili və geomorfoloji
Dostları ilə paylaş: |