Daġ DÖVRÜ alti cġlddə


Qeyri-levallua  tipli  nüvələr



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə70/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   66   67   68   69   70   71   72   73   ...   106

283 

 

    Qeyri-levallua  tipli  nüvələr.  Diskşəkilli  ikiüzlü  –  7, 

çoxüzlü – 4,  yarımdairəvi – 3, bir  vurma səthli aşel  nüvələri – 6, 

prizmatik  –  6,  piramidal  –  9,  amorf  –  7  şəkillidir.  Levallua 

nüvələri,  üçbucaqlı bir  səthli  (3), dördbucaqlı  iki  vurma  səthli  iki 

üzlü (2) işlənmiş tiplərə ayrılırlar. 

 Nüvələr üçün çox  vaxt qaya  lay qopuğu  və kərpicvari  təbii 

daş parçalarından istifadə olunmuşdur. 

   Daş məmulatının 90%-ni qəlpələr təşkil edir (739 ədəddən 

679-u).  Eləcə  də  hazırlıqlar  bir  qayda  olaraq  hamar  vurma 

səthlidir.  Müəyyən  olunan  543  vurma  səthindən  484- ü  hamardır. 

Üçbucaqlı  hazırlıq cəmi 26 ədəddir. Bütöv  xüsusiyyətləri  ilə çıxış 

edən  üçbucaqlı  qopuq  tək-təkdir.  Lövhə  isə  34  ədəddir.  O nu  da 

qeyd  etməliyik  ki,  həqiqi  mənada  lövhəyə,  demək  olar  ki,  rast 

gəlmirik.  Amma bu da  var ki,  nüvələr  üzərində  lövhə  izləri  yaxşı 

qalmış  və  kifayət  miqdarda  vardır.  Bu  əlamətlər  bir  tərəfdən 

abidənin qədimliyi, digər  tərəfədən kollektivin  texniki ənənəsi  ilə 

izah edilə bilər. 

   Alət hazırlamada Şişquzey sakinləri  iki  üsuldan – retuş və 

kiçik  qoparmalar  aparmadan  geniş  istifadə  etmişlər.  Alt  üzdən 

retuşlama, bir yanı alt, o biri yanı üst üzdən dişəklənmiş alətlər və 

vurma  səthi  üst  üzdən  dişəklənmiş  alətlər  və  vurma  səthi  üstdə 

işlənmə  tək-təkdir. 



284 

 

  Məmulatın tipoloji təsnifində qeyd etməliyik ki, seriyalarla 



birinci  növbədə  qalın,  qısa  hündür  formalar  (çopperşəkilli  vurma 

aləti,  yan qaşovu,  uc qaşov, qalın buruncuqlu alət,  nüvəşəkilli  uc 

qaşovu)  qəlpədə  qaşov,  iti  uc  alət,  deşici,  kəsərəcik,  dimdikvari 

alət,  gəzli  və  dişli  alətlər  abidə  üçün  xarakterikdir.  Burada 

çoxfunksiyalı  yan  qaşovu  uc  qaşov  kimi  ikiağızlı  alətin  ölçüləri 

7,3x6,4x3,2 sm-dir. 

Lövhə  və  digər  sistemli  hazırlıqlar  onlar  üzərində  alətlər 

görünür başqa yerdə hazırlanmışdır. 

    Alətlər  içərisində  nukleus  şəkilli  material  üzərində  olan 

alətlər aparıcı rol oynayır   və tipoloji baxımdan abidə sakinlərinin 

təsərrüfat- məşğuliyyət  yönümünü  göstərir. Xüsusi olaraq da qalın 

hündür  uc  massiv  dimdikli  iri  alətlər  Şişquzey  düşərgəsi  ibtidai 

insanları üçün xarakterik əmək alətləridir. 

   Klekton  tipli  uclular,  iri  dişli  alətlər,  biz  kimi  çıxıntılı 

elementlər,  yonucu,  dəyişkən  ağızlı,  uc  qaşov  -  kəsər,  uc  qaşov-

deşici alətlər də diqqəti cəlb edir. 

       Abidəni  ətraf  sinxron  yaşayış  yerlərindən  fərqləndirən 

cəhətlərdən  bəzilərini  də  qeyd  etmək  olar.  Piramidal,  prizmatik 

nüvələrin erkən  nəzərə çarpması,  yuxarı paleolitə  xas  uc qaşov  və 

kəsərlərin  Aşel  dövründə  meydana  çıxması  maraq  doğurmaya 

bilmir. Bu kimi keyfiyyətlər belə təsir bağışlayır ki, yuxarı paleolit 

texnikası hələ aşeldə icad olunur, istehsalı mənimsənilir, müəyyən 




285 

 

inkişaf  dövrü  keçdikdən  sonra  sanki,  bir  ara  sönükləşir,  yaddan 



çıxır  və  bir  də  Mustyenin  axırlarından  üst  Paleolitin  başlanğıc 

özülündən  yenidən  başqa  əsasda  təzələnməyə,  təkmilləşməyə, 

rəngarəngliyə  keçir.  Belə  texniki  manevrli  abidələrə  tək-tək  olsa 

belə  digər  iqlim  qurşaqlarında  da  rast  gəlinir  (Korobkov,  1971; 

Anisyutkin, 1970; Şelinski, 2004; Derevyanko, Petrin, 2000).  

      Şişquzeydə  yan  qaşovlar,  eninə  ucunda  formalaşan  və 

bıçaqvarı qaşovlar, eləcə də dişli-gəzli alətlər diqqəti cəlb edir. 

    Abidə  materiallarının  birinci  və  ikinci  işlənmə  xarakteri  

və onların qonşu ərazi abidələri  ilə  müqayisəsi  göstərir ki, burada 

nüvəni  formaya  salmada  və  qəlpələmə  sistemində  birbaşa  oxşarı 

yoxdur.  Amma Şişquzeyin prizmatik, qütblü  nüvələri arxaikliyinə 

baxmayaraq  Çaxmaqlının  (Qərbi  Azərbaycan)  müvafiq  formalı 

nüvələrini  xatırladır.  Bundan  başqa  bəzi  piramidal  nüvələr 

(qəlpələnmənin böyür,  arxa  hissəyə keçməsi  ilə) Qayalıda da  rast 

gəlinirsə,  bu da təsadüfi oxşarlıq ola bilər. 

   Şişquzeyin qəlpələnmə texnikasında klekton ənənəsi aydın 

izlənir.  Belə  nüvələr  və  qəlpələnmə  texnikası  Qara  dəniz  sahili 

Qafqaz  abidələrində  rast  gəlinirsə,  bu  da  müqayisəyə  adı  çəkilən 

abidələrin  eyni  mənşəli,  ümumi  köklü  olduğunu  demir.  Qeyd 

etdiyimiz kimi, Şişquzeyin bəzi  nüvələri  və bir çox alət  formaları, 

onların  dişəklənməsi  qayalı  abidəsinin  qədim  kompleksilə 

müqayisə olunar və ümumilik yarada bilər. 




286 

 

      Qəlpələnmə  üsulları,  ikinci  işlənmə  fəndləri  və  alət 



hissələri  göstərir  ki,  bu  düşərgə  Köçəsgər  ətrafı  abidələrdən 

qədimdir  və  onu  təxminən  Aşelin  ikinci  yarısına  aid  etmək  olar.  

(Mənsurov, 1993). 

      Digər  böyük  paleolit  abidəsi  dağətəyi  maili  düzənliyin 

daha  alçaq  terrasa  keçdiyi  qurşaqda  yerləşir.  Qədirdərə  düşərgəsi 

Azərbaycanda ilk böyük açıq yaşayış yeridir (Mənsurov,1965). 

      Yaşayış  məskəni  hələ  1960-cı  ildə  qeydə  alınmışdır. 

Sonrakı  illərin  tədqiqatı  nəticəsində  burada  paleolitin  müxtəlif 

mərhələlərinə aid zəngin materiallar əldə olunmuşdur. Düşərgənin 

daş  məmulatı  monoqrafik  şəkildə  öyrənilərkən  daş  məmulatı 

içərisində  Mustye  dövründən  daha  qədimə  aid  hazırlıq  və  alətlər 

olduğu müəyyənləşdirilmişdir. Ara müddətdə əsas tapıntı yerindən 

nisbətən  hündür  terrasda  axtarış  aparılaraq  daha  qədim  dövrə  aid 

yeni materiallar üzə çıxmışdı. 

      Qafqazın  ən  qədim  paleolit  düşərgələri  materialları 

fonunda  Qədirdərə  paleolit  yaşayış  məntəqəsini  çoxdövrlü,  geniş 

təsərrüfat  sahəli  abidə  olduğu    qabarıq  nəzərə  çarpır  (Mənsurov, 

2003). 


       Abidə  Qərbi  Azərbaycanda  Qazax  rayonunun  Şıxlı 

kəndi  arasında  Taxta  adlanan  düzənlik  sahəsinin  daha  alçaq 

terrasa  keçdiyi  zolaqda  yerləşir.  Arxeoloji  qalıqların  yayıldığı 

yerdə qoyulan   yoxlama  xəndəyi kəsiyinin  təhlili  və  geomorfoloji 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə