Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə67/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   63   64   65   66   67   68   69   70   ...   106

271 

 

Qara düzdə dişli-gəzli    və dimdik, buruncuq şəkilli alətlər 



iri  ağır  alətlər  kimi  massiv  hazırlıqlar  üzərində  düzəldilmişdir. 

Onların  kəsmə,  sıyırma,  çapma  sahəsində  istifadə  olunmasını 

söyləmək olar. 

Qaşovlar az olsa da orijinal  və dövrə  xarakterik  alətlərdir. 

Trapes  formalıdır.  Yanları  maili  vurulub  yuxaldılıb,  enli  ağzı  iri 

fasetlərlə  işlənmişdir.  Yanlarında  dəstəyə  bərkitmək  üçün  yivlər  

açılmışdır.  Bunlar  yastı  təbii  andezit  parçaları  üzərindədir. 

Əsasları  düzdür.  Qəlpələr  üzərində  alt  üzdən  dişəkli  alətlər  də 

vardır.  Yuxarı  ucu çəp  vurulmuş  uc qaşovu qabarıq  və düz ağızlı 

qaşovlarda  üstün  yer  tutur.  Alətlərin  bir  qismini  çoxfunksiyalı 

alətlər  təşkil  edir.  Onlar  qısa  yuxa  lövhələr  üzərindədir.  Gah  alt, 

gah da  üst  üzdən  itiləndirici dişəklə  işlənmişdir. Küncləri  yonma, 

sıyırma  iş  elementlidir.  Deşmə,  burma  işlərində  istifadə  oluna 

biləcək  alətlər  də  vardır.  Hələ  ibtidai  insanın  əmək  fəaliyyəti 

dairəsinin cəmi bir neçə əməliyyatı əhatə etdiyi duyulur. 

Lövhələr  üzərində  olan  alətlər  də  maraq  doğurur.7-si  iri, 

10-u  orta  ölçüdədir.  Bir  yanı  adətən  təbii  qabıqda,  o  biri  yanı 

dişəkdədir.  Bəzilərinin  uzunluğu  15  sm-ə  çatır,  eni  4-5  sm 

arasındadır.  Əsasən  bıçaq  kimi  və  nizə  ucluğu  rolunda  çıxış  edə 

bilərdi.  Bir  ədədi  iki  ucda  da  kəsilmiş  və  altdan  üstə  tərəf 

işlənmişdir. Bəzən ucları itilənmişdir.  



272 

 

Kəsərlər qalın massiv qəlpələrin aşağı və ya yuxarı ucunda 



iki  üzdən  də  yardımçı  işlənmələrlə  alınmışdır.  Ağız 

hissəküncündə işlək yer vardır. Bərk material üzərində istifadədən 

kütləşmişdir. 

Qeyd  etdiyimiz  kimi,  Qara  düz  abidəsində  nüvələr  və 

arıtlama  qəlpələri  qabarıq  nəzərə  çarpır.  Alətlər  xüsusi  qəlpə  və 

lövhələr  üzərində  hazırlanmışdır.  Bununla  belə  tapıntı  sahəsinin 

bəzi  kvadratlarından  bütün  parametrləri  qədim  aşelə  uyğun  qəlpə 

və  lövhələr tapılmışdır. Qəlpələr  enli,  uzunsov  nazikdir. Lövhələr 

düzgün biçimli, paralel  yanlı  və kifayət qədər uzundur. Amma bu 

qəbil  hazırlıqlar  ikinci  işlənməyə  uğramamışdır.    O la  bilsin, 

yararlı  hazırlıqlar  başqa  yerə  -  ov  bərəsində    və  ya  müvəqqəti 

dayanacaq  məntəqəsinə  aparılmaq  üçün  hazırlanmışdır.  Belə 

səhnələri biz Qayalıda, Çaxmaqlıda və Daşsalahlıda müşahidə edə 

bilərik.  Qara  düzü  emalatxana  –  düşərgə  adlandırmaq  olar. 

Alətlərin bəzi nümunələri 142-ci şəkildə göstərilmişdir. 

Ceyrançöldə digər aşel  abidəsi Sarı burundur.  Yaşayış yeri 

Ağ  göldən  şərqə,  Karvan  dərəsinin  tirələrarası  düzənliyə  çıxdığı 

sahədə,  təpə  ətəyi  ərazidə  yerləşir.  Abşeron-Bakı  çay  terrası 

üzərində salınmışdır. Qara düz abidəsində olduğu kimi, Sarı burun 

qədim  paleolit  yaşayış  yerində  də  xammal  kimi  andezit  daşından 

istifadə  edilmişdir.  Mütəxəssislərin  fikrincə,  andezit  cinsli  daş 

süxurları  çay  vasitəsilə  Kiçik  Qafqaz  dağlarından  gətirilmişdir. 




273 

 

Belə  ki,  Qabırrı  (İori)  çay  vadisində  belə  süxurlara  rast 



gəlinməmişdir. 

Sarı  burun  ərazisindən  80-ə  yaxın  daş  məmulatı 

tapılmışdır.  Materiallar  relyefin  üst  çöküntü  qatı  ilə  əlaqədardır. 

Onların  aşınmaya  cüzi  məruzluğu,  tillərin  itiliyi,  sığallanma  və 

diyirlənmənin  hiss olunmaması,  hətta bəzilərinin  üzərində  yüngül 

patinadan  əlavə  əhəng  qabığının  yaranması  məmulatın  lay 

tərkibində  olmasına  və  çöküntü  daxilindən  yaxın  dövrlərdə  üzə 

çıxmasını göstərir. 

Daş  məmulatı arasında  nüvələr qabarıq yer tutur (26 ədəd) 

və  bir  neçə  tipdə  təmsil  olunmuşdur.  Qoparmalar  bir  üzdən 

getmişdir. Formalarına  görə orta  və son  həddə qalmış  nümunələri 

nəzərə çarpır. Bir qism nüvənin üzərində paralel izlər olmaqla yarı 

boyu  üstə tərəf  xırda  fasetlər  getmişdir.  Tısbağa şəkilli  nüvələr də 

vardır.  Qəlpələnməyə  hazırlanmanın  bir  səpkili  əlamətləri  və 

nüvələr  üzərində  neqativləri  levallua  prinsipində  olduğunu 

göstərən dəlillərdir. 

   Bu  qədər  levallua  xarakterli  nüvələrin  mövcudluğu 

qarşısında  onlara  müvafiq  qəlpə  və  lövhələr  cüzi  miqdardadır. 

Alətlər başlıca olaraq  üz  və çıxdaş qəlpə  üzərində  hazırlanmışdır. 

Çopperlər  (5  ədəd),  balta  (haşero)  tipli  alət  (2  ədəd),  qaşovlar  (4 

ədəd).  Sonuncu  alətlər  biryanlıdır,  ağız  hissələri  yarımdik  sığallı 

retuşludur.  Mükəmməl  işlənmiş  nümunələri  vardır.  Kina  tipli 




274 

 

qaşov  diqqəti  daha  çox  cəlb  edir.  Uc  qaşovları  qısa  qəlpə  və 



lövhələrdə  formalaşıb,  yuxarı  ucları  əsas  iş  elementi  kimi 

dişəklənsə də hazırlığın adətən bir yanı alt üzdən dişəklənmişdir. 

Sarı  burun  abidəsində  lövhələır  xüsusi  seçilir.  Bəzilərinin 

uzunluğu  8-15  sm,  eni  3-7  sm,  qalınlığı  1,5-2  sm-dir.  Bu  yaşayış 

yeri  üçün orijinal, dəhrə  formalı alətlər  xarakterikdir. Ona görə də 

onları  “Ceyrançöl  tipli  dəhrə  formalı  alət”  kimi  qeydə  almağı 

məqsədəuyğun  hesab edirik.  Bu tipə  yaxın daha  massiv  və qədim 

alət  Azıx  (Hüseynov,  1975),  Kudaro  (Lübin,  1980)  və  Soni 

(Kalandadze, 1965)  mağara düşərgəsinin aşel  təbəqələrindən əldə 

olunmuşdur. 

Yerüstü  paleolit  düşərgələrinin  böyük  bir  qrupu  Kür 

çayının  sağ  sahili  boyu,  Kiçik  Qafqazın  şimal-şərq  ətəklərində, 

aşağı  dağlıq  qurşağında  aşkar  edilmişdir.  Bunların  sırasında  ən 

böyüyü  və  həm də qədimi Qayalı abidəsidir. O, Qazax rayonunun 

II  Şıxlı  kəndindən  7  km  cənubda,  Acı  dərənin  yuxarısında,  Kəkil 

dağının  şərq  ətəyində  yerləşir.  Material  hündür  terras  üzərində 

qalmışdır.  Cənub  və  şimal  səmtlərində  sərt  yamaclı  dərə  vardır. 

Abidə  1965-ci  ildə  axtarış  kəşfiyyat  işləri  zamanı  qeydə 

alınmışdır.  Tədqiqatlar sonrakı beş  ildə davam etdirilmişdir. 3017 

daş məmulatı tapılmışdır. 

1967  və  1969-cu  illərdə  geomorfoloq  N.Ş.Şirinov  paleolit 

abidələri  mövcud olan rayonlarda xüsusi  geomorfoloji tədqiqat  işi 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə