Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə63/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   59   60   61   62   63   64   65   66   ...   106

254 

 

  Əl  çapacaqlarının  hazılanması  və  ondan  istifadə  olunması 



ibtidai  insanların  həyatında  mühüm  rol  oynamışdır.  Əl  çapacağı 

vasitəsilə qədim  insanlar ovçuluq təsərrüfatında  mühüm  irəliləyiş 

etmiş  oldular.  İndi  artıq  onlar  bu  alətləri  ilə  ov  edir,  ovlanmış 

heyvanları  parçalayır  və  Azıx  düşərgəsinə  gətirirdilər. 

Düşərgələrdə  isə ovlanmış  heyvanların dərisini soyur, ətini  yeyir, 

sümükləri  Azıx  düşərgəsinə  tullayırdılar.  İbtidai  insanlar  heyvan 

ovlayarkən kobud daş çapacaqlardan istifad ə etməklə yanaşı, qaya 

və iri ağac parçalarından da istifadə edirdilər. Qədim zamanlardan 

ovçuluqla məşğul olmaq o qədər də asan deyildi. Çünki heyvanlar 

sürətlə  qaçır  və  onlara  iri  qaya  daşları  ilə  zərbə  vurmaq 

çətinləşirdi.  Ona  görə  qədim  insanlar  ovçuluqla  daha  sıx  meşələr 

və  iri  uçurum  qaya  aralarında  məşğul  olurdular.  İbtidai  sakinlər 

çox  vaxt  ovlayacaqları  heyvanları  iri  qayalıqlar  arasına  qovur  və 

daha  yüksəkdə  duran  adamlar  daş  məmulatı  və  iri  daşlarla 

heyvanlara zərbələr vururdular. 

  Arxeoloji  qazıntılar  zamanı  məlum  olmuşdur  ki,  ibtidai 

insanlar  Azıx  düşərgəsinə  ilk  dəfə  süni  odla  qədim  Aşel 

mədəniyyəti  dövründə  tanış  olmuş  və  ondan  istifadə  etməyə 

başlamışlar. Süni odun kəşfi  ilə əlaqədar olaraq  ibtidai  insanların 

həyatında 

yeni  bir  inkişaf  mərhələsi  başlamışdır.  Azıx 

düşərgəsinin  ulu  sakinləri  ayazlı-şaxtalı  qış  aylarında  soyuqdan 

qorunmaq  üçün  Azıx  mağarasının  VI  və  V  təbəqələrində  ocaq 



255 

 

yerləri  hazırlamış  və oddan  istifadə etməyə başlamışlar.  Aparılan 



arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin qədim Aşel dövrünə 

aid  təbəqəsindən  bir,  orta  Aşel  dövrünə  aid  təbəqəsindən  isə  üç 

ocaq  yeri  aşkar  olunmuşdur.  Maraqlıdır  ki,  orta  Aşel 

mədəniyyətinə  aid  təbəqədən  aşkar  edilmiş  ocaq  yerləri  qaya 

daşları  ilə  əhatə  olunmuşdur.  Ocaq  yerlərindən  çoxlu  yanmış 

heyvan  sümükləri  tapılmışdır.  Bu,  ibtidai  Azıx  sakinlərinin 

ovlanmış  heyvanların  ətini  ocaqda  bişirib  yediklərini  göstərir 

(Hüseynov, 1982, 1984, 1985). 

  Azıx 

düşərgəsinin 



Quruçay 

mədəniyyətinə 

aid 

təbəqələrdən  daş  məmulatı  arasında  4-5  kq  ağırlığında  olan 



nəhəng kobud çapma alətləri diqqəti cəlb edir.  Hələlik ölkəmizin, 

Qafqaz  və  Yaxın  Şərq  ölkələri  ərazisində  olan  paleolit 

düşərgələrindən  belə  alətlər  qeydə  alınmamışdır.  Bu  alətləri  şərti 

olaraq  Azıx  tipli  kobud  çapma  alətlər  adlandırmaq  olar.  Azıx 

qədim  insan  düşərgəsinin  VII-X  təbəqələrindən  aşkar  olunmuş 

Quruçay  mədəniyyətinin  əmək  alətləri  Şərqi  Afrikanın    Olduvay 

mədəniyyəti kompleksinin arxeoloji  materialları  ilə oxşarlıq təşkil 

edir.  Lakin  Azıx  düşərgəsinin  Quruçay  mədəniyyətini  əmək 

alətlərinin  tipologiyasında  və  texniki  hazırlanmasında  fərqli 

cəhətlər və xüsusiyyətlər də çoxdur. 

  Aparılan 

arxeoloji 

tədqiqatlar 

zamanı 


müəyyən 

olunmuşdur  ki,  Azıx  qədim  insan  düşərgəsində  Quruçay 




256 

 

mədəniyyəti  dövrü  uzun  müddətdən  sonra  Aşel  mədəniyyəti  ilə 



əvəz  olunmuşdur.  Aşel  mədəniyyətinə  aid  zəngin  maddi 

mədəniyyət nümunələri Azıx  mağarasının V  və VI  təbəqələrindən 

qeydə  alınmışdır.  Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  Aşel 

mədəniyyətinə  aid  maddi  mədəniyyət  qalıqlarının  elmi  təhlili 

ibtidai  insanların  ilk  dini  təsəvvürlərinin  meydana  çıxmasına, 

ibtidai  incəsənətə,  ibtidai  tikililərin  meydana  çıxmasına  dair 

zəngin  elmi  məlumatların  əldə  olunmasına  və  həmin  məsələlərə 

dair  müəyyən  elmi  fikirlər  söyləməyə  şərait  yaratmışdır 

(Hüseynov, 1982, 1985). 

  1972-ci 

ilin 

arxeoloji 



tədqiqatları 

zamanı 


Azıx 

düşərgəsinin  Aşel  mədəniyyətinə  aid  olan  təbəqəsindən  mağara 

divarının  sağ tərəfində qaranlıq bir yerdən 3 ədəd mağara ayısının 

kəlləsi aşkar olunmuşdur (şəkil 57). Mağaranın bu sahəsi olduqca 

möcüzəli  bir  guşədə  yerləşir.  Bu  hissədə  qaya  rəfi  təbii  surətdə 

əmələ  gəlmişdir.  Məhz  bu  rəfdə  mağara  ayılarının  kəllələri 

qoyulmuşdur.  Aparılan  elmi  tədqiqatlar  zamanı  müəyyən  olundu 

ki,  düşərgənin  bu  sahəsində  mağara  ayılarının  kəllə  və  çənələri 

ibtidai  insanlar  tərəfindən  oyulmuşdur  (Hüseynov,  1975,  1985). 

Bu  proses  qədim  adamların  ilk  ibtidai  dini  görüşləri  barədə 

məlumat  verir  və  Azıx  sakinlərinin  mağara  ayılarının  kəllələrinə 

bir  növ  sitayiş  etdiklərini  söyləməyə  imkan  yaradır.  Bu,  ilk  dəfə 

olaraq Azıx düşərgəsinin orta Aşel  mədəniyyətinə aid təbəqəsində 



257 

 

müəyyən olunmuş  və  ibtidai Azıx sakinlərində  ilk dini  görüşlərin 



və  təsəvvürlərin  meydana  çıxmasını  orta  Aşel  dövründən 

başlanmasını  söyləməyə  əsas  verir.  Qafqazın  Kudaro-1  və 

Fransanın  Kondel-Araqo  mağara  düşərgələrinin  də  orta  Aşel 

dövrünə  aid  təbəqələrindən  ibtidai  insanların  dini  görüşlərinə  aid 

maddi  mədəniyyət  nümunələri  qeydə  alınmışdır  (Lübin,  1977, 

1979;  Lümley, 1969; Lübin , 1998). 

  Azıxın V  təbəqəsində  mağara ayılarının kəllə qapaqlarının 

qaranlıq  bir  guşədə  qoyulması,  görünür,  düşərgənin  bu  sahəsi 

müqəddəs yer hesab olunmuş və ona görə də ibtidai adamlarda ilk 

dini  təsəvvürlərin  meydana  çıxmasına  şərait  yaratmışdır.    Eyni 

zamanda  Azıx düşərgəsinin orta  Aşel  təbəqəsindən  zəngin  maddi 

mədəniyyət  nümunələrinin  qeydə  alınması,  müqəddəs  sahənin 

müəyyən  olunması  Azərbaycanın  ibtidai  adamlarında  ilk  dini 

təsəvvürlərin    və  görüşlərin  orta  Aşel  mədəniyyəti  dövründən, 

yəni 350 - 400 min il bundan əvvəl meydana çıxmasını söyləməyə 

imkan vermişdir. 

   Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  gizli  yerindən  qeydə 

alınmış  ayı  kəllələri  içərisində  bir  ədədinin  üzərində  olan  xətlər 

diqqəti  cəlb  edir.  Həmin  ayı  kəlləsinin  üzərində  8  əyri  xətt 

çəkilmişdir.  Xətlərin  ayrı-ayrılıqda  uzunluğu  15,  18,  20,  21,  30, 

36,  45  və  47  mm-dir.  Bu  ölçülərdən  müəyyən  etmək  olur  ki, 

xətlərin  uzunluğu  və  onların  arasındakı  məsafələr  eyni  deyildir. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə