Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə60/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   56   57   58   59   60   61   62   63   ...   106

242 

 

düşərgəsinin  üst  Paleolitə  aid  daş  məmulatları  içərisindən  də 



qeydə alınmışdır (Rüstəmov, Muradova, 2003).  

Üst  Paleolit  və  Mezolit  dövründə  Azərbaycan  ərazisində 

yaşayan insanlar fiziki tipinə görə müasir əhaliyə qohum olmuşlar. 

Aparılan  arxeoloji  və  paleoantropoloji  tədqiqatlar  zamanı 

müəyyən  olunmuşdur  ki,  Qobustan  ərazisində  üst  Paleolit  – 

Mezolit  mədəniyyətlərinin  yaradıcıları Azərbaycanın  yerli  qəbilə 

və qəbilə qrupları olmuşlar (Rüstəmov, 1998). 

Beləliklə,  Qobustan  ərazisində  uzun  müddət  aparılmış 

arxeoloji  tədqiqatlar  nəticəsində  bu  ərazidə  qədim  insanların  15-

20  min  il  bundan  əvvəl  məskunlaşması,  əmək  alətləri 

hazırlamaları,  qayaüstü  rəsmlərin  burada  məskunlaşmış  yerli 

sakinlər  tərəfindən  yaradılması  və  burada    maddi  mədəniyyətin 

köklərinin  hələ  üst  Paleolitdən  başlanması  müəyyən  edilmişdir 

(Rüstəmov, 1994; Rüstəmov, Muradova, 2003). 

Cədvəldən  göründüyü kimi,  Azərbaycan ərazisində aparılan 

arxeoloji  tədqiqatlar  zamanı  üst  Paleolitə  aid  ən  çox  daş  alətlər 

Tağlar  düşərgəsinin  II  təbəqəsindən    (170  ədəd)  və  Qobustanın 

“Qayaarası” 

düşərgəsindən 

tapılmışdır. 

Eyni 

zamanda 


respublikamızın  ərazisindən  aşkar  olunmuş  üst  Paleolitə  aid 

abidələrdə  əmək  alətləri  içərisində  əsas  yeri  qaşovcuqlar,  bizlər, 

bıçaqlar,  ucluqlar,  itiuclular  və  mikrolit  alətlər  tutur.  Mikrolit 

alətlər  ancaq  Qobustanın  “Qayaarası”  düşərgəsindən  tapılmışdır. 




243 

 

Qayaarası  abidəsində  mikrolit  alətlərin  tapılması  düşərgənin  daş 



məmulatının  və burada  məskunlaşmış  insanların  üst Paleolitin son 

inkişaf mərhələsində yaşadıqlarını söyləməyə imkan verir. 

 

 

 



 

 

 



 

 

 



 

 

X FƏSĠL 



ĠBTĠDAĠ ĠNSANLARIN MƏNƏVĠ ALƏMĠ 

 

Son  100  ildə  Şərqi  Afrikanın  Tanzaniya,  Efiopiya,  Keniya 

və başqa ərazilərdə aparılan kompleks elmi tədqiqatlar nəticəsində 

ibtidai insanların əmələ gəlməsi, inkişaf etməsi və formalaşmasına 

aid  zəngin  arxeoloji,  paleontoloji  və  paleoantropoloji  materiallar 

aşkar edilərək alimlər tərəfindən  tədqiq olunmuşdur. Məhz  həmin 

maddi  mədəniyyət  qalıqları  əsasında  ilk  insanların  əmək  alətləri 



244 

 

hazırlamasının  texnikası,  tipologiyası  ovçuluq  və  yığıcılıq 



təsərrüfatının  ayrı-ayrı  xüsusiyyətləri  müəyyən  edilmişdir.  Şərqi 

Afrika  ərazisində  aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqlarının 

özünəməxsus  xüsusiyyətləri  olması,  ilk  insanların  6  milyon  il 

bundan əvvəl çaydaşılarından kobud çapma  alətləri  hazırlamaları, 

öz  yaşayışlarını  təmin  etmək  üçün  ovçuluq  və  yığıcılıqla  məşğul 

olmaları  elmi  əsaslarla  araşdırılmışdır.  Maraqlıdır  ki,  bu  gün 

hələlik yaşı 6  milyon  ilə bərabər olan  insan düşərgəsi  ancaq Şərqi 

Afrika ərazisində qeydə alınmışdır (Cəfərov, 2004, Lübin, 1998). 

Qafqaz  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində 

yaşı  2  milyon  ilə  bərabər  olan  maddi  mədəniyyət  nümunələri, 

heyvan  sümüklərinin  qalıqları,  paleoantropoloji  tapıntıları  hələlik 

Dmanisi  paleolit  düşərgəsindən,  Azərbaycanın  Azıx  paleolit 

düşərgəsinin  ən  aşağı  təbəqələrindən  və  Cəbrayıl  rayonu 

ərazisindən  qeydə  alınmışdır  (Cəfərov,  2004;  Lübin,  Belyayeva, 

2006). 

Avropa  ərazisində  aparılan  kompleks  arxeoloji  tədqiqatlar 



zamanı  yaşı  1  milyon  ilə  bərabər  olan  arxeoloji  materiallar 

Fransanın  Vallone,  Sent-Aşel  və  Kordel-Araqo  qədim  insan 

məskənlərində  qeydə  alınmışdır.  Qeyd  olunan  elmi  materiallar 

Fransua  Bord,  Sonnevil  Bord,  Kombiyye,  Anri  dö  Lümley, 

Mariya Antuanetta dö Lümley, An Mari və digər görkəmli alimlər 



245 

 

tərəfindən  tədqiq  olunmuşdur  (Bord,  1961;  Lümley,  1969,  1971, 



1998  və s.) 

Beləliklə,  son  100  ildə  dünya  arxeoloqlarının  apardıqları 

elmi araşdırmalar  zamanı  minlərlə  mağara düşərgəsi, açıq  yaşayış 

yerləri,  qaya  sığınacaqları  qeydə  alınmış  və  orada  arxeoloji 

qazıntılar  aparılmışdır.  Aparılan  arxeoloji  qazıntılar  zamanı 

planetimzin  ilk  sakinlərinin  həyat  tərzi,  maddi  mədəniyyət 

qalıqları  əsasında  öyrənilmişdir.  Eyni  zamanda  dünyanın  ilk 

sakinlərinin  mənəvi  aləmi  də  görkəmli  arxeoloq,  etnoqraf, 

antropoloq,  paleontoloq,  paleogeoloq  və  digər  alimlər  tərəfindən 

elmi  faktlarla  tədqiq  edilmişdir  (Boriskovski,  1979;  Lübin,  1998; 

Oklavdnikov,  1983;  Stolyar,  1976;  Lümley,  1969,  1971,  1998; 

Hüseynov, 1984, 1986; Əliyev, 1998, 2003; Cəfərov, 1990, 1994 

və s.). 

Erkən  tarixi  dövrlərdə,  xüsusilə  ibtidai  insan  sürüsü 

mərhələsində  Azərbaycan,  Şərqi  Afrika,  Avropa,  Asiya  və  digər 

ərazilərin  sakinlərinin  mənəvi  aləmi  haqqında  bizim  biliklərimiz 

çox  azdır.  Güman  etmək  olar  ki,  ibtidai  insan  sürüsü  mərhələsi 

qədim  paleolit  (çaydaşı  və  yaxud  O lduvay  mədəniyyətinə;  

Azərbaycan  ərazisində  isə  Quruçay  mədəniyyətinə)  və  yaxud 

erkən (qədim) aşel (abbevil) dövrünə təsadüf etmişdir. 

Lakin  həmin  dövr  planetimizin  ilk  sakinlərinin  məhz  əmək 

alətlərinin  nisbətən  mürəkkəb  məcmusuna  arxalanaraq  təbiətdən 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə